Lukaşenko yenidən prezident olmaq istəyir
Gürcüstan müxalifəti aksiyalara başladı
Azərbaycan yığmasında növbəti itki
Fransada 264 “sarı jiletli” saxlanıldı
Ərdoğan AKP-dəki yerini ona verəcək - İddia
İlk iş günü hava necə olacaq?
İraq İranla sərhəd keçidini bağladı
Belarusda parlament seçkiləri keçirilir
Boliviyada aksiyalarda 23 nəfər öldü
Suriyada partlayış - 10 ölü, 30 yaralı


27.03.2017  20:45 

Anar Məmmədov borcunu qaytardı: Əmlakı üzərindən həbs götürüldü





A+  A-

“Garant Holding» və «Garant İnşaat Sənaye” MMC-ləri kredit müqavilələri üzrə borc öhdəliklərini tam icra etdiklərindən, hazırda “Paşa Bank” ASC ilə onlar arasında hər hansı məhkəmə çəkişməsi yoxdur».
XəzərNews.az virtualaz.org-a istinadən xəbər verir ki, bu açıqlama ilə bankın Korporativ Kommunikasiyalar Departamentinin nümayəndəsi Əmir Məmmədov çıxış edib.
Xəbər verildiyi kimi bu ilin yanvar ayında Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən “Paşa Bank” –ın iddiası əsasında keçmiş nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun Bakıdakı bir sıra daşınmaz əmlakı üzərində həbs qoyulduğu məlum olmuşdu. Məhkəmənin çıxardığı qərardadda deyilirdi ki, Anar Məmmədov həmin əmlakı girov qoyaraq bankdan kredit götürüb. Bu kredit faizləri ilə birlikdə 1 milyon 141 min manat təşkil edir.Kredit ödənilmədiyinə görə bank Anar Məmmədovu və onun şirkətlərini məhkəməyə verib, əmlakın üzərinə həbs qoyulması barədə qərar çıxarılıb.
Qərara əsasən cavabdehlər «Garant İnşaat Sənaye» MMC, «Garant Holding» MMC, «Azpod» MMC və Anar Ziya oğlu Məmmədova məxsus bir neçə əmlaka («Bakı şəhəri, Nərimanov rayonu, 507-ci küçə, 2093-cü məhəllə»də yerləşən müəssisə (eyni zamanda əmlak kompleksi), «Nərimanov rayonu, İslam Abışov küçəsi, 5A» ünvanında yerləşən qeyri-yaşayış binası və Anar Məmmədovun mülkiyyətindəki «Nərimanov rayonu, Məmməd Araz küçəsi, 25V, giriş 5» ünvanında yerləşən 9 saylı qeyri-yaşayış sahəsi) həbs qoyulmuşdu.
Bu məsələnin “Azadlıq” radiosu tərəfindən ictimailəşdirilməsindən sonra bankın yaydığı açıqlamada deyilir ki, «məsələ hüquq normaları çərçivəsində və qanunun aliliyi şəraitində, tərəflərin qarşılıqlı anlaşmasına əsasən» öz həllini tapıb. Kredit öhdəlikləri icra edildikdən sonra «Paşa Bank» ASC ipoteka predmetləri üzərinə qoyulmuş həbsin və məhkəmə qaydasında görülmüş mühafizə tədbirlərinin götürülməsinə, eyni zamanda, iddia ərizələrinin baxılmamış saxlanılmasına dair ərizələrlə məhkəmələrə müraciət edib. Bankın «Garant Holding» MMC, «Garant İnşaat Sənaye” MMC və holdinqə daxil digər şirkətlərə qarşı iddiasına Abşeron Rayon Məhkəməsində və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılıb.

Xəbər 647 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

17.11.2019  13:19 

İlk iş günü hava necə olacaq?

16.11.2019  15:46 

Sabah yağış yağmayacaq

16.11.2019  14:38 

Bu meşələr icarəyə verilib

16.11.2019  11:05 

Qanunsuz ov edənlər saxlanıldı

15.11.2019  21:26 

Putin Türkiyəyə gedəcək


BÜTÜN XƏBƏRLƏR +