Gəncədə oğul atasını öldürdü
5 nəfər PKK-lı zərərsizləşdirildi
Bu yollarda sürət aşağı endirildi
İraqda aksiyalarda 4 nəfər öldü
Rayonlara qar yağacaq
Nazirlik bələdiyyə sədrini cərimələdi
Konqresin sədri Trampı korrupsiyada ittiham etdi
Bu gündən Bakıya istilik verilir
Sabahdan məktəblərdə tətil başlayır
Venesiyada fövqəladə vəziyyət elan olundu


27.03.2017  18:11 

Azərbaycan Sarkisyanla bağlı hərəkətə keçdi - ATƏT-ə məktub





A+  A-

Xarici İşlər Nazirliyinin təlimatı əsasında Azərbaycanın ATƏT yanında Daimi Nümayəndəliyi Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində keçirdiyi hərbi təlimi, Ermənistan prezidentinin Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri və orada səsləndirdiyi bəyanatları ilə əlaqədar ATƏT üzv dövlətlərinə, ATƏT-in Daimi Şurasının sədrinə, ATƏT-in katibliyinə və müvafiq təsisatlarına məktub ünvanlayıb.
XİN-dən XəzərNews.az-a daxil olan məlumata görə, məktubda deyilir:

“Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri, ATƏT-ın sənəd və qərarlarının pozaraq, Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində tabor səviyyəsində genişmiqyaslı hərbi təlimlər keçirib.

Ermənistan Prezidenti 25 mart 2017-ci il tarixində hərbi təlimlərin son mərhələsində şəxsən iştirak edib. Bu münasibətlə o, işğal edilmiş Azərbaycan ərazilərinə qanunsuz səfər edib, “döyüş vəzifələrini yerini yetirərkən fərqlənən hərbi qulluqçuları təltif etmiş” və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə təhdid məzmunlu təxribatçı bəyanatlar verib.

Ermənistan Prezidenti Ermənistan silahlı qüvvələrini xristianlığın keşikçiləri adlandıraraq, münaqişəyə dini çalar verməyə cəhd edib. Bununla belə, o, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərinin işğalında iştirakını və bu xüsusda özünün fərdi məsuliyyətini qəbul edib. O bəyan edib ki, 2016-cı il aprel döyüşləri gedişində “cavab hücumuna keçmək əmri verib”.

Ermənistan Prezidentinin bəyanatı atəşkəs üçün baza sənədi olan Bişkek Protokolunun Ermənistan tərəfindən pozulmasının aydın göstəricisidir. Bunun müqabilində Ermənistan işğal olunmuş ərazilərdə hərbi mövqelərini möhkəmləndirir və genişləndirir, hərbi avadanlıq və vasitələri işğal edilmiş ərazilərə ötürür, bununla da hərbi əməliyyatların dayandırılmasından işğala əsaslanan status kvo-sunu möhkəmləndirmək üçün istifadə edir.

Bu baxımdan, Ermənistan Prezidentinin bəyanatı kifayət qədər aydındır və izaha ehtiyacı yoxdur: “bu gün Ermənistan Ali Baş Komandanı gözünü belə qırpmadan lazım olacağı təqdirdə, İskəndər raketləri ilə zərbə endirmək əmri verəcək. Qonşu dövlət bunu çox yaxşı bilir” (Serj Sarkisyan).

Hərbi təlimlər və Ermənistan prezidentinin bəyanatı Ermənistanın real niyyətini və danışıqlar yolu ilə münaqişənin həll edilməsində Ermənistanın maraqlı olmadığını açıq-aydın göstərir. Qeyd edilməlidir ki, Ermənistan Prezidenti bu çıxışını işğalı BMT Təhlükəsizlik Şurasının 853 saylı qətnaməsi ilə pislənmiş və qoşunların dərhal, qeyd-şərtsiz və birbaşa çıxarılmasını tələb edilmiş Azərbaycanın Ağdam rayonunda etmişdir. 24 ildir ki, bu tələb beynəlxalq ictimaiyyət tərəfindən yerinə yetirilməmişdir.

Əvəzində, Ermənistan atəşkəsdən öz silahlı qüvvələrinin təkmilləşdirilməsi və təlimlərin keçirilməsi üçün istifadə edərək, silahlı qüvvələrini yeni işğallar üçün hazır vəziyyətə gətirir. Bu, erməni tankları tərəfindən azərbaycanlı əhalinin qovulduğu dağıdılmış evlərin hədəf alınaraq atəşə tutulması zamanı da nümayiş etdirilmişdir. Bu, həmçinin Ermənistan rəhbərliyi tərəfindən Azərbaycan və onun mülki əhalisinə qarşı aparılmış insanlığa qarşı silsilə cinayətlər və genosid fəaliyyətlərinə əyani sübütdür. Bu, Ermənistan rəhbərliyinin “sülh, tolerantlıq və birgəyaşayış” anlayışıdır.

Ermənistan və onun yüksək rütbəli rəsmilərinin təxribatçı və təcavüzkar ritorikası ölkənin beynəlxalq hüquq və Ermənistan və Azərbaycan münaqişəsinin həlli üzrə siyasi proseslərə çərçivəsində verdiyi öhdəliklərin əleyhinədir. Bu, Ermənistan tərəfindən Azərbaycana qarşı gücdən qanunsuz istifadənin davamının göstəricisidir. Ona görə də Helsinki Yekun Aktında da əks olunduğu kimi dövlətlərarası münasibətlərin baza prinsiplərinin kobud şəkildə pozulmasının qarşısının alınması üçün ATƏT yekdil mövqe nümayiş etdirməlidir.

Azərbaycan ATƏT, xüsusilə ATƏT-ın Minsk Qrupu və həmsədrlərini, həmçinin Avstriyanın ATƏT Sədrliyini BMT Təhlükəsizlik Şurasının müvafiq müddəalarını və atəşkəs rejiminin kobud şəkildə pozulmasını ictimai şəkildə pisləyərək, Ermənistandan Azərbaycana qarşı təcavüzə son qoymasını, qoşunlarını çıxarmasını və münaqişənin həlli istiqamətində davamlı həllə nail olunması üçün substantiv danışıqlara cəlb olunmaqda xoş niyyət göstərməsini tələb etməyə çağırır.

Ermənistan tərəfindən bu səpkidə olan və təkrarlanan təxribatlara qarşı lazımı reaksiyanın verilməməsi sülh prosesinə ciddi zərbə olaraq gözlənilməz fəsadlar doğura bilər ki, bunun da məsuliyyət tam şəkildə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”.

Xəbər 404 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.11.2019  21:26 

Putin Türkiyəyə gedəcək

15.11.2019  18:45 

İraqda aksiyalarda 4 nəfər öldü

15.11.2019  15:08 

Elmar Məmmədyarov BƏƏ-yə getdi

15.11.2019  13:17 

Rayonlara qar yağacaq

15.11.2019  11:43 

Bu gündən Bakıya istilik verilir

15.11.2019  11:09 

Ronaldo rekorda doğru

14.11.2019  21:19 

Dəm qazı daha bir can aldı


BÜTÜN XƏBƏRLƏR +