Prezident Zəngilanda beşinci yaşayış kompleksinin təməlini qoyub
Mirzoyan Azərbaycana qarşı uyğun olmayan fikirlər səsləndirib -Ayxan Hacızadə
“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident
Çex Respublikası Dövlətçilik Gününü qeyd etdi -Fotolar
Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub -FOTO, VİDEO
Genişmiqyaslı Rusiya-Ukrayna müharibəsinin 944-cü günü…
“Din radikalizmdən uzaqdır“- Foto
Maaş və pensiyalar yenə artırılacaq - Prezident açıqladı
Prezident Sərəncam imzalayıb
Antoni Blinken İlham Əliyevə zəng edib


16.03.2017  14:50 

Ölümə məhkum edilmişlər...





A+  A-

Son dövrlərin ən çox müzakirə olunan problemi intiharlarla bağlıdır. Belə halların sayı getdikcə artır, üstəlik intihar yaşı da cavanlaşır. Problemin ciddi nəticələri var, amma biz səbəblərini axtarmağa çalışaq.
Ümumdünya Səhiyyə Təşkilatının son illər apardığı tədqiqatların nəticəsi əsasında hazırladığı məlumata görə, hər il təxminən 60 milyon insan intihara cəhd edir. İntihar nəticəsində hər il 1 milyon insan həyatını itirir.

Dünya Psixiatriya Assosiasiyası XXI əsri “depressiya və intiharlar əsri” adlandırıb. Proqnozlara görə, 2020-ci ildə intiharların sayının 5 milyona qədər artacağı gözlənilir.

İntiharlar kapitalizm cəmiyyətlərində artım tempi azalmaq bilməyən adi haldır. Dünyada ən çox intihar hadisəsi inkişaf etmiş ölkələrdə baş verir. Liderlər qrupuna Şimali Avropa ölkələri, ABŞ və Yaponiya başçılıq edir. Buradan aydın olur ki, ökənin zəngin olması, adambaşına düşən gəlirlərin yüksək olması hələ hər şey demək deyil.

Dunyada intihar edənlərin təxminən 1 faizi Azərbaycanın payına düşür. Bu ölkəmiz üçün həddən artıq böyük rəqəmdir. 2015-ci ildə Azərbaycanda 515 nəfər həyatına qəsd edib. Nəzərə almaq lazımdır ki, müxtəlif səbəblərdən baş tutmamış yüzlərlə suisid faktı da baş verir ki, bu da vəziyyətin daha qəliz olduğunu göstərir.

İntiharlar son dövrlərdə şiddətlənmiş problemdir. 20-30 il əvvəl belə hallar demək olar ki yox idi, ya da çox nadir hallarda olurdu. Dəyərlərin dəyişməsi, psixoloji gərginlik, mənəvi böhran və s. bu prosesə təkan verdi.

Düzdür, intiharlarda sosial problemlər məngənəsində boğulmağın böyük rolunu qeyd edirlər. Amma müqayisəli statistika başqa şey deyir. Maraqlıdır ki, aclıq, müharibə dövrlərində intiharlar demək olar ki olmur. Əksinə, intiharlar əsasən bolluq zamanında olur.

Böyük Vətən Müharibə illərində - ən ağır sosial problemlərin olduğu vaxtda intiharlar ən aşağı səviyyədə olub. Daha bir arqument isə odur ki, intiharların səviyyəsinə görə, dünya üzrə ilk yerləri məhz inkişaf etmiş ölkələr tutur.

Demək, intiharlarda sosial problemlərin rolu cüzidir. Əsas faktor psixoloji, mənəvi problemlərdir. Nə qədər gizlədilsə də, aydındır ki, intihar edən gənc qızların azı 90 faizi zorlamaya məruz qalanlardır. Bundan başqa, uşaqlar və gənclər arasındakı intihar hallarının çoxu psixoloji problemlər, narkotik asılılığı və bu kimi digər səbəblərlə bağlıdır.

Qeyd etmək lazımdır ki, ölkədə psixoloji problemlərin çoxalmasında özəl televiziyaların çox böyük rolu var. Adamlar televiziyada daha çox qan-qırğın, terror, qətl, intihar hadisələri ilə rastlaşırlar. Bu hallar adiləşir və sonda insanlar hansısa problemi yarananda çıxış yolunu intiharda görür.

Hətta, intiharlara qarşı fəaliyyət göstərən, maddi imkanı heç də pis olmayan tanınmış psixoloqun özünün intihar etməsi faktı da göstərir ki, burda sosial problemlərin heç bir rolu yoxdur.

Cəmiyyətdə mənəvi dəyərlərin deqradasiyaya uğraması, insanların tərbiyə və əxlaqının normal səviyyədə olmaması, ünsiyyət ənənəsinin itməsi, hansısa ağır xəstəlikdən əzab çəkməsi, təklənmək problemi, şəxsiyyətin sın(dırıl)ması, başqaları tərəfindən başa düşülməmək, cəmiyyətdə gözlənilmədən baş verən hadisələrə uyğunlaşa bilməmək, fərdin qayğısına qalan və onu sevən birinin olmaması, sevdiyi şəxsin xəyanəti, norkotik maddələrdən asılılıq kimi problemlər intiharların əsas səbəbidir.

Səbəb nə olursa olsun- intihar hadisəsi fərdin cəmiyyətə etirazının ən yüksək formasıdır. Bu artıq cəmiyyətin problemidir, fərdin yox. Cəmiyyət də eqoizm altruizmdən üstün tutulanda, “mən” “bizdən” üstün tutulanda, bütün mənəvi dəyərlər pulla ölçüləndə, insan insan cəmiyyətində boğulanda başqa yol qalmır.

Faciənin ən dəhşətli tərəfi isə azyaşlı uşaqların intiharıdır. Bu faciəyə uşaqlar yox, “əmilər” və “xalalar” məsuliyyət daşıyır. Mədəni dildə desək, bütün cəmiyyət. Bəli, uşaqları yelləncək əvəzinə boğazlarına keçirdikləri kəndirdə yellənməyə məcbur etmək cəmiyyətin faciəsidir.

Uzaq qohumlarımdan birinin 11 yaşlı uşağı “Qurdlar Vadisi” serialında asılan adamı görüb o vəziyyətdə insanın nə hisslər keçirdiyini yoxlamaq qərarına gəlir. Valideynləri onu tapanda “teleterror”un qurbanı olmuş cansız bədəni kəndirdə yellənirdi...

Lakin bu fakt onun qohum və qonşularının öz azyaşlı uşaqlarına bu seriala və bu kimi teleistehsallara baxmağı qadağan etməsinə gətirib çıxarmadı. Demək, bizim cəmiyyət faciədən belə dərs çıxarmağı bacarmır.

Valideynlər üçün bəzi məsləhətlər:

1. Uşaqları TV və internetdən mümkün qədər aralı tutun, zəruri hallarda yalnız sizin ciddi nəzarətiniz altında TV və internetə baxmasına imkan yarada bilərsiniz. Onu müasir multfilmlər və bədii filmlərdən aralı tutun. (bəzi istisnalarla)
2. Uşağınızın hansı ədəbiyyatı oxuduğuna, kimlərlə dostluq etdiyinə, boş vaxtlarını necə keçirdiyinə ciddi fikir verməlisiniz.
3. Uşağınızla mümkün qədər çox vaxt keçirməli, onu kompüter oyunları əvəzinə faydalı əməyə, zehni bacarıqlarını inkişaf etdirən vasitələrə cəlb etməlisiniz.
4. İdmanla məşğul olmasına, ailə üzvləri və sizin seçdiyiniz yaxın qohumlarla ünsiyyətinin çox olmasına imkan yaradın.
5. Uşağın sağlam və təbii qidalanmasına, dərs hazırlığı ilə bağlı çox yüklənməməsinə, təbiət qoynunda vaxt keçirməsinə çalışın.
6. Öz övladınızla dost olmağa çalışın, onun sizdən gizli heç nəyi olmamalıdır, problemlərini, arzularını sizdən gizlətməməlidir.
7. Nəhayət, uşağın psixologiyasında hər hansı bir dəyişiklik görəndə dərhal səbəbi araşdırın, nəzarəti artırın, problemi həll edin.

Bunları etməsəniz, sizin uşağın potensial intiharçı olması ehtimalı 90 faizdən yuxarıdır. Uşağın tərbiyəsi ilə məşğul olmağa vaxtım yoxdur deyə bəhanə etmək lazım deyil. Buna vaxtınız yoxdursa gedin özünüzü asın. Böyüklərin intiharı uşaqların intiharından daha az ağrıdıcıdır cəmiyyət üçün.

Uşaqları intihara sürükləyən cəmiyyət ölümə məhkumdur!

Elçin Bayramlı

Xəbər 6386 dəfə oxunub.




01.10.2024  18:22 

Sabah bu ərazilərdə su olmayacaq


BÜTÜN XƏBƏRLƏR +