Müharibə veteranları üçün yeni güzəşt müəyyənləşir
Pensiya və müavinətlər artırıla bilər?
Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək


16.03.2017  11:40 

“Çətinliklərin öhdəsindən gəldik, bu il iqtisadi artım olacaq”





A+  A-

“25 il ərzində Azərbaycan torpaqlarının 20 faizinin işğal altında olmasına baxmayaraq, ölkə böyük uğurlar əldə edib”.
XəzərNews.az-ın məlumatına görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev V Qlobal Bakı Forumunun açılışında deyib. O bildirib ki, hökumət və xalq arasında birlik olanda torpaqlar işğal altında qalsa belə, iqtisadiyyat inkişaf edə bilər: “Azərbaycanda yoxsulluğu son 15 ildə 5 faizə qədər azaltmışıq. Azərbaycan iqtisadiyyatı neft qiymətlərinin aşağı düşməsindən əziyyət çəkib. Ancaq islahatlarla qısa müddətdə çətinlikləri həll edə bildik. Neft gəlirləri 3-4 dəfə aşağı düşürsə, bu, həyat tərzinə təsir edir. Buna baxmayaraq, çətinliklərin öhdəsindən gəldik. Müəyyən çətinliklər var, ancaq neft qiymətlərinə adaptasiya baş verir. Bu il iqtisadi artım olacaq. Hətta keçən il neft və qaz sahəsini kənara qoysaq, görərik ki, qeyri-neft sektorunda artım var. Son iki ay ərzində qeyri-neft məhsullarının ixracını iki dəfəyə qədər artıra bilmişik. Biz ixracımızı genişləndirməliyik, bizə xarici bazarlar lazımdır. Bunun üçün həmin bazarlara malik ölkələrin rəhbərləri ilə yaxşı siyasi əlaqələrə malik olmalıyıq”.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan dünyada özünü etibarlı tərəfdaş kimi təsdiqləyib: “Bu da qarşılıqlı hörmətdən və daxili işlərə qarışmamaqdan irəli gəlib. Əgər qonşu ölkə ilə problem varsa, bu, hər iki tərəfə pis təsir göstərir. Ermənistanı kənara qoysaq, digər qonşularla çox yaxşı münasibətlər qurmuşuq. Avropa İttifaqına 9 üzv ölkə ilə strateji tərəfdaşlıq haqqında sənəd imzalanıb. Bu, tək enerji ilə bağlı deyil. Keçən ay Avropa İttifaqı ilə strateji tərəfdaşlıq sazişi üzrə danışıqlara başlamışıq. Biz siyasətimizi milli maraqlara, reallıqlara əsaslanaraq qurmalıyıq. Avropa İttifaqına münasibətdə də real məqsədlər irəli sürmüşük. Tərəfdaşlarımız da belə yanaşır. Avropa İttifaqı ilə assosiasiya sazişi imzalamaqdansa, strateji tərəfdaşlıq sazişinin imzalanması təşəbbüsü ilə çıxış etdik. Bizim siyasətimiz real vəziyyətə əsaslanır. Bəzi hallarda isə bizim siyasətimiz reallıqları dəyişməyə yönəlib. Bəzən bizim qonşularımız arasında anlaşma itir, bu zaman biz sabitləşdirici rol oynamağa çalışırıq”.

Prezident xatırladıb ki, bir müddət əvvəl Bakıda ABŞ və Rusiya silahlı qüvvələrinin baş qərargahlarının rəislərinin görüşü keçirilib: “Bu, onların təşəbbüsü idi. Azərbaycanın rolu artıq qiymətləndirilir. Satellit tərəfdaş olmaq uğur gətirməz, Azərbaycanın ətrafında belə tərəfdaşlar var. Onu da qeyd edim ki, Azərbaycan terrorçuluğa qarşı mübarizədə iştirak edir, hərbçilərimiz Əfqanıstanda bu mübarizədə iştirak edir. Eyni zamanda, Azərbaycan bu sahədə hərbi yüklərin daşınmasına dəstək verir”.


Xəbər 1032 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

29.03.2024  16:18 

Küləyin sürəti güclənəcək

29.03.2024  13:05 

Sabahın hava proqnozu açıqlanıb

29.03.2024  11:23 

Kimlər hakim ola biləcək?

29.03.2024  11:00 

Lavrov Paşinyanı ittiham edib

29.03.2024  10:37 

Ombudsman bəyanat yayıb

29.03.2024  10:28 

Tanınmış jurnalist vəfat edib


BÜTÜN XƏBƏRLƏR +