Pensiya və müavinətlər artırıla bilər?
Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək
Bellevue azərbaycanlıları... - Amerikaya getmək asandır, yoxsa orda yaşamaq?


13.03.2017  14:03 

”Bunlar Avropa demokratiyası üçün ləkədir” - Elman Nəsirov





A+  A-

“Avropa İttifaqında sistemli böhran yaşanmaqdadır. Türkiyə ilə bağlı hadisələr göstərdi ki, bura daha bir diplomatik böhran da əlavə edilib”.
XəzərNews.az xəbər verir ki, bu fikri Azadinform-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.
O qeyd edib ki, Hollandiya və Türkiyə arasında yaşanan son hadisələr təsdiqlədi ki, bir çox hallarda Aİ və onun qurumları insan hüquq və azadlıqları, insanların sərbəst toplaşmaq hüquqlarından danışdıqca, digər tərəfdən həmin hüquqları pozan tərəf kimi çıxış edirlər: “Napoleonun məşhur ifadəsini xatırlatmaq yerinə düşər. Napoleon vaxtında deyirdi ki, Avropada kimin nədə problemi varsa, ən çox ondan danışır. Napoleon məntiqi ilə yanaşsaq, demokratiya, insan haqları ilə bağlı Avropa qədər heç bir qitə danışmır. Avropadakı qədər bu hüquqların pozulduğu ikinci bir məkan da tapmaq mümkün deyil. Son hadisələrə də bu prizmadan yanaşmaq lazımdır”.
Deputat deyib ki, Türkiyə dövləti öz suveren hüququndan istifadə edərək aprelin 16-da Konstitusiya ilə bağlı düzəlişlər edəcək və bunu xalqın müzakirəsinə, referenduma çıxaracaq: “Nəzərə alsaq ki, Hollandiyada 700 minə yaxın türk yaşayır, Türkiyə XİN və sosial siyasət nazirinin bu ölkəyə səfər etməsi, türk icması ilə görüşlər keçirməsi məntiqlidir. Qeyri-qanuni heç nə yoxdur, beynəlxalq hüquq prinsiplərinə uyğundur. Amma qarşı tərəf guya təhlükəsizlik prizmasından çıxış edərək bu tədbirlərə icazə vermədi. Dünya praktikasında bu nadir hadisələrdəndir ki, nazirin Türkiyənin konsulluğunun binası, öz ərazisinə daxil olmasına icazə verilmir, nazir xanıma mənəvi-psixoloji təzyiq edilir, polisin müşayiəti ilə onu zorla Almaniya sərhədinə göndərirlər. Bunlar hamısı Avropa demokratiyası üçün bir ləkədir”.
E.Nəsirov qeyd edib ki, hələ 2 il öncə Azərbaycan prezidenti İlham Əliyev faşizm üzərində qələbənin ildönümü ilə bağlı Rusiya televiziyasına müsahibəsində bugünkü hadisələri proqnozlaşdıraraq bir həyəcan təbili çaldı: “Prezident dedi ki, 10-15 il bundan əvvəl söyləsəydilər ki, Avropada neo-faşizm baş qaldıracaq, bu ideyaların daşıyıcları olan gənclər mitinqlərə çıxacaq heç kim inanmazdı. Amma bu gün bu reallıqdır. Həmin qüvvələr Avropada hakimiyyətdə deyil. Lakin kim təminat verir ki, onlar 3-5 ilə hakimiyyətə gəlməyəcəklər? Onlar hakimiyyətə gələrsə, dünyanı nə gözləyir? Prezident dəfələrlə bunları çıxışlarında qeyd edib”.
Deputat əlavə edib ki, Hollandiyada Azadlıq Partiyasının rəhbəri Vilders öz bəyanatlarında İslamla faşizm arasında bərabərlik işarəsi qoyur. O deyir ki, Qurani-Kərimlə Adolf Hitlerin “Mənim mübarizəm” adlı irqçi əsəri arasında heç bir fərq yoxdur: “Bu gün həmin insanlar Avropa Parlamentində təmsil olunur və hakimiyyətə gəlmək istəyirlər. Bu bizi narahat edir. Həmin qüvvələr başqa bir müsəlman və ya xristian dövlətini də hədəf seçə bilər. Onlar neo-faşist qüvvələrdir”.
Deputatın fikrincə, Türkiyə baş verənlərə simmetrik reaksiya verməkdədir: “Türkiyə prezidenti Ərdoğan vurğuladı ki, Aİ ölkəsi üçün yeganə yer deyil və qurumun elə bir ciddi perspektivi də yoxdur. Əgər Böyük Britaniya bu təşkilatı tərk edibsə, digər dövlətlərə də bu nümunə ola bilər. Türkiyə üçün alternativ Şanxay Əməkdaşlıq təşkilatıdır. Ərdoğan bildirdi ki, ölkəsi bununla bağlı Rusiya və Qazaxıstanla danışıqlar aparıb. Avropa hesab etməsin ki, Türkiyə çıxılmaz vəziyyətdədir”.
O sonda qeyd: “Bir dövlətin daxilində baş verənlərlə bağlı bu nə ikili yanaşmadır? Hesab edirəm ki, Hollandiya əsl simasını ortaya qoydu. Deməli, mitinq Türkiyə əleyhinədirsə, ona icazə vermək lazımdır, lehinədirsə icazə vermək lazım deyil. Buna demokratiya deyirlər? Fikrimcə, bu hadisələrdən sonra Hollandiya kimi dövlətlərin demokratiya sözünü leksikonundan çıxartmasının vaxtı gəlib”.

Xəbər 1662 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

29.03.2024  11:23 

Kimlər hakim ola biləcək?

29.03.2024  11:00 

Lavrov Paşinyanı ittiham edib

29.03.2024  10:37 

Ombudsman bəyanat yayıb

29.03.2024  10:28 

Tanınmış jurnalist vəfat edib

28.03.2024  23:50 

Yevlaxda yol qəzası baş verib

28.03.2024  19:08 

Bişkekdə güclü fırtına

28.03.2024  18:58 

Sabah bu rayonda qaz olmayacaq

28.03.2024  17:41 

Rahib Əliyev vəfat edib


BÜTÜN XƏBƏRLƏR +