Müharibə veteranları üçün yeni güzəşt müəyyənləşir
Pensiya və müavinətlər artırıla bilər?
Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək


10.03.2017  14:04 

Dövlət Komitəsinin şöbə müdiri ətrafında qalmaqal böyüyür - YENİ FAKTLAR





A+  A-

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq problemləri şöbəsinin müdiri Cəmilə Bağırovanın qardaşı ilə bağlı məsələ böyüyür. Adıçəkilən komitənin sədri Hicran Hüseynovanın da adı qarışan “Dubay işi” üzrə yeni sensasion faktlar əldə etmişik.
Vəkil Abdulla Əfəndizadənin redaksiaya təqdim etdiyi sənədlərdən məlum olur ki, Qırğızıstan vətəndaşı Merim Beyşekeyevanın azyaşlı qızı Ceyla ABŞ vətəndaşıdır. Amma atası, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq problemləri şöbəsinin müdiri Cəmilə Bağırovanın qardaşı Davud Bağırov saxtakarlıq nəticəsində uşağa Azərbaycanın doğum şəhadətnaməsini ala bilib. Vəkilin sözlərinə görə, D.Bağırov 2012-ci ilin sentyabrından 2013-cü ilin martınadək Azərbaycanda olmayıb. Bu fakt rəsmi şəkildə təsdiqini tapıb. A.Əfəndizadə sual edir ki, belə olan halda 2012-ci ilin dekabrında Səbail Qeydiyyat Şöbəsində Ceylanın adına doğum şəhadətnaməsi almaq üçün atası necə imza atıb: “Ceyla Amerika vətəndaşıdır və pasportu var. Düzdür, uşağın anasının yaşadığı Birləşmiş Ərəb Əmirliklərində Dubay şəhər məhkəməsi Merim Beyşekeyevanın uşağını qəyyumluğa götürməsi ilə bağlı iddiasını təmin etməyib.
Məhkəmədə cavabdeh tərəfdən çıxş etmiş şahidlər Asel Mamırova, Zarina Jekşenbayeva, Fikrət İsmayılov bildiriblər ki, Merim Ceyla üzərində qəyyumluqda bacarıqsızdır, spirtli içkilər qəbul edir, köhnə dostu Əhmədlə olan münasibətlərinə görə qızının həyatı onu maraqlandırmır. Şahidlər deyiblər ki, 05.10.2015-ci ildən Merim polis tərəfindən Dubayda başqa kişi ilə tutulmasından sonra uşaq atası Davudun anasının yanında, yəni dövlət sərhədindən kənardadır. Lakin Dubay Apellyasiya Məhkəməsi şahid ifadələrinin doğru olmadığını sübuta yetirib. AFN-ə danışan vəkilin sözlərinə görə, Apelyasiya Məhkəməsinin araşdırmaları nəticəsində Merimin spirtli içki qəbul etmədiyi müəyyən edilib, onun hər hansı kişi ilə münasibəti olmadığı aydınlaşıb: “Hətta qadın maddi çətinlik səbəbindən Dubayda məscidlərin birində 20 gün qalıb. Əvəzində isə şahidlərdən ikisinin spirtli içki aludəçisi olduğu sübuta yetirilib. Məhkəmə bildirib ki, yaxınlardan şahid kimi ifadə götürmək olmaz. O halda olar ki, tamamilə düzgün danışsınlar və ədalətli olsunlar.
Ancaq ikinci şahid - Zarina cavabdeh Davudun dostudur və onunla üzbəüz mənzildə yaşayır. Bu da onun ifadəsinin intiqam məqsədi ilə olduğuna əas yaradır. Həmçinin Zarina sərxoş vəziyyətdə maşın sürməkdə təqsirli bilinib. Sonuncu şahid Fikrət də Davudun dostudur və ifadələri şaiyələrə əsaslanır. Merimin Dubay otellərindən birində nigeriyalı kişi ilə polis tərəfindən yaxalanması ilə bağlı Dubay Baş Prokurorluğu araşdırma aparıb. Nəticədə Davudun şikayəti rədd edilib. Ona görə də, Dubay Apellyasiya Məhkəməsi Merimin iddiasını təmin edib”.

Araşdırmalar zamanı o da məlum olub ki, Davudun Dubayda biznesi var. Onun Dubayda “Potok General Treding” şirkətində direktor vəzifəsində çalışdığı, Ras-Əl-Xayma şəhərində “Qlobal Marketinq İnvestment” şirkətinin sahibi olduğu, Dubaydakı Bürc Olqanada 1 milyon 500 minlik əmlakı olduğu üzə çıxıb. Dubay Apelyasiya Məhkəməsinin qərarına əsasən, D.Bağırov aliment ödəmək imkanlarına malikdir. Vəkil bildirib ki, D.Bağırov Səbail Rayon Məhkəməsində iddia qaldırıb: “Məhkəmə formal keçirilib və elə ilk prosesdə uşağın atasının xeyrinə qətnamə qəbul edilib. Hazırda uşaq atasındadır, Davud qızını anasından gizlədir və görüşməyə şərait yaratmır.
Dubay Apelyasiya Məhkəməsi Merimin uşağın qəyyumluğunu təmin etməsinə baxmayaraq, Səbail Rayon Məhkəməsi ilk prosesdə belə bir qətnamə çıxarıb. Artıq bu qərardan apellyasiya şikayəti vermişik və ayın 15-də məhkəmə prosesi keçiriləcək.
Bu məsələdə Ailə, Uşaq, Qadın Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın susqunluq nümayiş etdirməsi də narazılıq yaradan məqamlardandır. Komitə sədri maraqlanmır ki, uşaq oğurlanıb və ortada böyük bir cinayət var. Guya Merim Dubayda 15 sutka inzibati həbs cəzası alıb. Halbuki, yalandır. Sadəcə, Davudun bacısı Cəmilə Bağırovanın bu komitədə vəzifə tutmasına görə bu işlə maraqlanmırlar. Biz bu məsələ ilə bağlı sonuna qədər hüquqi müstəvidə mübarizə aparacağıq. Əlimizdə tutarlı sübutlar var və hələ ki, onları açıqlamırıq”.

Bütün qeyd edilənlərlə bağlı daha dəqiq məlumat təbii ki, Merim Beyşekeyevanın özündə ola bilər. Əməkdaşımız adıçəkilən xanımdan müsahibə almağa çalışır, bizi izləyin.

P.S. Qeyd edək ki, saytımızda dərc edilən birinci yazı ilə bağlı qarşı tərəf təkzib xarakterli mətn göndərib. Həmin mətnlə buradan tanış ola bilərsiz:

Davud Bağırovdan təkzib: "Absurddur..."

(afn.az)

Xəbər 3121 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

29.03.2024  13:05 

Sabahın hava proqnozu açıqlanıb

29.03.2024  11:23 

Kimlər hakim ola biləcək?

29.03.2024  11:00 

Lavrov Paşinyanı ittiham edib

29.03.2024  10:37 

Ombudsman bəyanat yayıb

29.03.2024  10:28 

Tanınmış jurnalist vəfat edib

28.03.2024  23:50 

Yevlaxda yol qəzası baş verib


BÜTÜN XƏBƏRLƏR +