Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI


09.03.2017  16:42 

Bakıda icra başçısının “yaşıl soyqırımı” - Mehriban Əliyevaya müraciət





A+  A-

"MEHRİBAN XANIM HƏR YERDƏ AĞAC ƏKDİRİR, BUNLAR İSƏ AĞACLARI KƏSİB OBYEKT TİKİRLƏR”
Metronun "Neftçilər” stansiyasının yaxınlığı, Nizami rayon İcra Hakimiyyətinin beşaddımlığındakı yaşıllıq zonası məhv edilir.

XəzərNews.az BakiPost.az-a xəbər verir ki, əsasən gecə saatlarında ağaclar kəsilərək, ərazidən təmizlənir. Sakinlərin sözlərinə görə, ağaclar yeni ticarət obyektlərinin tikilməsi üçün məhv edilir.

Bildirilir ki, Qara Qarayev prospektində bu işlər Ramin Əhmədov adlı şəxs tərəfindən həyata keçirilir: "Bu ərazilərdəki bütün obyektlər onundur. Əvvəllər buradan "Xalqlar Dostluğu” metrosuna kimi ağaclıq idi. Həmin o Ramin bütün ağacları kəsdirib, yerində obyektlər tikdirdi”.

Bir müddət əvvəl sakinlər ağacların məhv edilməsinə görə aksiya keçiriblər, yolu bağlayaraq, aidiyyəti qurumlardan bu "yaşıl soyqırımı” dayandırmağı tələb ediblər: "Həmin vaxt icra başçısı Arif Qasımov gəldi. Guya, heç nədən xəbəri yoxmuş kimi məsələyə əncam çəkəcəyini bildirdi. Görəndə ki məsələ ictimailəşir, kəsilən hündür ağacların yerinə balaca kollar əkdirdi. İndi o kolların yeri də maşın dayanacağına çevrilib, yavaş-yavaş kollar yoxa çıxır. Yəqin bir müddət sonra Ramin Əhmədovun yeni obyektinin inşası başlayacaq”.



Şikayətçilər bildiriblər ki, bu azmış kimi, həmin ərazinin davamı olan meşə zolağının da məhvi başlayıb: "Gecəylə ağacları kəsib daşıyırlar. Artıq bir obyektin tikintisi başlayıb. Digərlərinin yeri isə hazırlanır. Deyilənə görə, Ramin Əhmədov burada icra başçısıyla şərik çay evi açır. Bütün aidiyyəti qurumlara müraciət etmişik. Burada xeyli adam yaşayır. Yeganə nəfəs alacağımız yer idi bu ağaclıq. Onu da alırlar əlimizdən. Fikir versəniz görərsiniz ki, hətta yolun kənarını, düz asfalta qədər zəbt edib, obyekt tikiblər. Nəinki istirahət yeri, heç piyada yolu da saxlamayıblar. Qanunları pozurlar, bunlar bir tərəfə, burada yaşayan insanların əsəbləri, heysiyyətləri ilə oynayırlar. Hər yeri bazar, hər yeri obyekt ediblər. Səs-küydən, tikintinin tozundan yaşaya bilmirik. Bu meşə zolağı, bizim istirahət yerimizdən başqa həm də, bizi səsdən, tozdan qoruyurdu. Onu da aldılar əlimizdən”.



Qara Qarayev prospekti, 69 və 81 saylı binanın sakinləri məsələ ilə bağlı aidiyyəti qurumlara və birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edəcəyini bildiriblər: "Mehriban xanım və Leyla Əliyevanın bir başa təşəbbüsü ilə ölkənin hər yerində ağaclar əkilir, yaşıllıq zolağı salınır. Bu işdə hakim Yeni Azərbaycan Partiyasının və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tez-tez iməcilik təşkil etdiyini də bilirik. Amma gör bu rayonun rəhbərliyi nə qədər məsuliyyətsiz adamdır ki, Bakının mərkəzində olan ağacları hansısa maraqlarına görə məhv etdirir. Düz gözünün qabağında, bəlkə kabinetinin pəncərəsindən baxsa görə biləcəyi yerdə bu boyda həngamələr baş verir”.

Məsələ ilə bağlı əlavə materiallarımız olacaq...

Xəbər 3095 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib


BÜTÜN XƏBƏRLƏR +