ABŞ Rusiya və Çinlə kosmik müharibəyə hazırlaşır
Güclü külək əsəcək - XƏBƏRDARLIQ
Arif Hacılı saxlanıldı
Lütvəli Babayev işdən çıxarıldı
Xətaiyə yeni başçı təyin edildi
Yasamalın icra başçısını vəzifəsindən azad edildi
Nazirlikdən şirkətin iddialarına cavab
Şirvan şəhərinə yeni icra başçısı təyin edildi
Metronun iki stansiyasının adları dəyişdiriləcək
Maqomayevin xanımı xəstəxanaya yerləşdirildi


09.03.2017  10:04 

6 DƏHŞƏT





A+  A-

Yalandan yox, gerçəkdən ömrüm boyu qumar oynamamışam. Böyrümdə “şot” yazıb pul qazanıblar, tüküm də tərpənməyib. Evə çörək almayıb o çörək pulunu “...az”da uduzub üzüqara qayıdan qonşuma dişimin dibindən çıxanı o qədər demişəm ki... İnsafən yaxşı azarkeş olmuşam vaxtilə. Bir kənddə hamının inək və camışlarını birə-bir tanıyırdım, bir də bütün ölkələrin futbolçularını. Futbolçuları yaddan çıxarmamaq üçün onları hansısa inək və camışlara bənzədirdim. Məsələn, Kamılın inəyi elə bil Zikonun burnundan düşmüşdü. Ağa kişinin qara camışına “ay Pele, cəhənnəm ol, geri dön” deyən kimi pambıqlıqdan uzaqlaşardı. O vaxtlardan danışıram ki, onda “krosnı” nədi, heç “svetnoy” televizor da yoxuydu.
Yadıma düşür, bir dəfə “Neftçi” güclülər dəstəsində çempionatın birinci yarısını 3-cü yerdə başa vurdu, çempionluq təzyiqimiz bəri başdan kəllə çarxa çıxdı, sonradan bu təzyiq komandanı kəllə-mayaq saldı və tulladı birinci dəstəyə. Və mənim də futbola olan marağım öldü. Burda kənd nobatının (naxırının) da rolu oldu. Çünki, mən orta məktəbi qurtarıb kəndə də, nobata da, inək-camışlara da “Əlvida” demişdim. İnək və camışlara tay tutduğum futbolçularla da əlvidam təbii olmalıydı. Məhz elə bu əhdimə sadiq qalaraq 29 il idi ki, futbol və futbolçular, komandalar haqqında dilimi ağzımda narahat etmirdim.
Dünən axşam, üzr istəyirəm yekə danışdığıma görə, oğlum dedi ki, Ata, pultu ver mənə.
Məəttəl qaldım:
- Neynirsən, a bala?
- “Barselona”nın oyunu başlayır.
Eşitmişdim ki, dərvişin partlatdığı Parisin JS komandası keçən dəfə “Barselona”nı 4:0 partladıb. Gicimişliyim tutdu və başladım uşaqla (uşaq deyil eey, Allah sizinkiləri də saxlasın, 16-nı aşırdı) məzələnməyə.
- Ay-hay! Mənim futbol azarkeşimə bax ey. Gör vaxtın nəyə sərf edir? Ayə, ölünün də qıdığı gələr? “Barselona” partlayıb ölüb. Sən bu oyunun nəyinə baxırsan?
- Ata, bilmək olmaz hələ. “Barsa” da “Barsa”dı.
- “Barsa” nədi? Bizim vaxtda futbol varıydı, “Devyatka”nı dalbadal vuran Maşallah varıydı. Futbolu o vaxtdan ovcumun içi kimi bilirəm. Mal təzəkləri quruyan kimi elə bilirdik, futbol topudu, bir təpik! Düz gedib inəyin qulağına dəyirdi. Sizlərin internetdən, İnstaqramdan başınız açılır ki, biləsiniz futbol nədi?
-Vallah, udacaq “Barsa”!
Elə bu an şeytan girdi qəlbimə. 47 il qumar oynamayan mənim gözümdə qığılcım oynadı, içimdə udma istəyi baş qaldırdı (düzün deyim ki, qəfil şeytanı rədd edib fikirləşdim ki, udsam da qaytarıb verəcəm, hazırlıq pulunun üstünə qoyar):
-Elkin, bax mərc gəlirəm, sənin “Barsa”n udsa 50 manat verəcəm, yox uduzsa 1 manat alacam!
Sözümdən alınan və az qala “Ata, sənlik deyil, bu “qığ-mərə” oyunu deyil” demək istəyən Elkin başını yuxarı-aşağı yellədi.
Mən dərmanlarımı atıb yatdığım yerə getdim. Ürəyimdə özümü qınadım ki, budu mənim verdiyim tərbiyə? Göz-görəti qumarı təbliğ elədim. Əşşi, bir səhvdi də. Götürmərəm o 1 manatı.
Yatdım, yuxuda 6 başlı əjdahanı gördüyümü yuxudakı yoldaşlarım da təsdiqləyə bilərlər. Və həm də narahatlıq keçirdiyimə görə düz 6 dəfə oyanıb təzədən yatmışam.
...
Hər səhər vərdişkaram, qalxan kimi telefona əl atıram, birinci Feyzbukun üstündəki qırmızı rəqəmləri yoxlamaq üçü ora girirəm.
Vay dədə, vaaayyy! 6-1?????
Mətbəxdən səs gəlir:
-Elkin dedi ki, Atam 50 manatı qoysun stolun üstünə, məktəbdən gələndə götürəcəm!

İlqar ŞAHMAROĞLU

Xəbər 6506 dəfə oxunub.



12.11.2019  18:01 

Arif Hacılı sərbəst buraxıldı

12.11.2019  16:52 

Röya əməliyyat olundu

12.11.2019  15:54 

Uşaq baxçasına kimyəvi hücum

12.11.2019  15:23 

Arif Hacılı saxlanıldı

12.11.2019  09:17 

Atəşkəs snayperlərlə pozulub

12.11.2019  09:05 

15 yaşlı Niyazi itkin düşüb


BÜTÜN XƏBƏRLƏR +