Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


07.03.2017  11:35 

İmişlidə təhsil işçilərinin PUL QALMAQALI: “...öz günahdır, gözükölgəli işi var, verib”





A+  A-

İmişli rayon orta məktəbin müəllimlərinin hamısından pul yığılır.
Bu iddia ilə bağlı redaksiyaya daxil olan məlumatda bildirilir ki, İmişli rayon Təhsil Şöbəsi məktəblərin direktorlarından, direktorlar da müəllimlərdən pul tələb edirlər.

“Pul Təhsil Nazirliyi tərəfindən “Ölkəmizi tanıdaq” layihəsinin icra olunması məqsədilə tələb olunur. Layihə çərçivəsində hər rayon üzrə məktəblilər başqa rayonlara göndərilir. Məktəbli orada 1 həftə qalır. Məlumdur ki, Maliyyə Nazirliyi tərəfindən bu layihənin icrası üçün vəsait ayrılır. Ötən il sentyabr ayında belə bir hal olmuşdu. Hər məktəbdən 200 manat pul istədilər. İmişli rayon orta məktəbinin direktoru da həmin pulu müəllimlərdən 10-15 manatdan yığıb rayon təhsil şöbəsinə verdi.

Yenidən mart ayında təhsil şöbəsindən göstəriş gəlib ki, bütün məktəb direktorları 250 manat pul versin. Hətta tapşırıq var ki, martın 6-sı saat 2-yə qədər həmin məbləğ çatdırılmalıdır. Direktor da kimini qorxudaraq, kiminə xahiş edərək, kimiyə də minnət edib bütün müəllimlərdən həmin vəsaitin yığılmasın istəyir. Getdi-getmədi hər məktəbdən bir şagirdin layihədə iştirakı nəzərdə tutulur”.

Müəllimin dediyinə görə, pulun yığılmasında heç kimə güzəşt edilmir: “Elə müəllimlər var ki, narazılıq edirlər, ancaq yenə də verirlər. Verməsə müdir müəllimi sıxışdırır. Bu fakt tək İmişli rayonunda qeydə alınmır. Demək olar ki, bütün rayon məktəblərində eyni vəziyyət yaranıb”.

İmişli rayon Təhsil Şöbəsinin mətbuat katibi Vilayət Əliyev sözügedən məsələdən məlumatlı olduğunu bildirib. O, müəllimlərdən daxil olan müraciətin yanlış olduğunu deyib: “Qətiyyən belə bir şey yoxdur. Varsa da kiminsə səhlənkarlığından irəli gəlir. Cənab prezidentin təşəbbüsü ilə həyata keçirilən bu layihənin həyata keçirilməsilə bağlı məktəblərdə pul yığılmır.

Müəllimlərin şikayətinin nədən yaranmasına gəlincə, qurum rəsmisi bildirib ki, ola bilsin şikayət edən öz marağına nəsə deyib:

“Məsələ ilə bağlı hazırda rayon üzrə bütün məktəb direktorlarına zəng vurub “kim deyib”, “kim eləyib” deyə məlumat öyrənirəm. Hazırda o işlə məşğulam. Məsələnin konkret hansı ərazidən qaynaqlandığını bilmirəm. Buna görə də əlifba sırası ilə bütün orta məktəblərə zəng edirəm. Heç bir məktəb direktoru nə belə bir söz işlədə, nə də fikrindən keçirə bilər. Əgər belə bir şey ediblərsə və ya həyata keçirmək məqsədləri olubsa, bu, dərhal yığışdırılmalıdır. Onun yeganə fikri-zikri təhsilimizi inkişaf etdirmək və dövlətin təhsillə bağlı verdiyi bütün tapşırıqları yerinə yetirməkdən ibarətdir“.

Pul verən müəllimlərin olmasına münasibət bildirən Vilayət Əliyev bildirib ki, müəllim pulu özü verib:

“İmişli rayon Təhsil Şöbəsinə zəng vurub məsələ barədə məlumat verə bilərdi, biz də araşdırardıq. Bu hal müəyyən edildiyi halda şöbə tərəfindən müəyyən tədbirlər görülərdi. Müəllim niyə harasa pul verməlidir? O əziyyət çəkir, məktəbə gedib dərs saatını keçir. Onun zəhmətinin haqqından kimsə məcburi pul ala bilməz. Əgər müəllim pulu verib sonra bunu deyirsə, deməli, onun öz səhvdir. Onu məcbur edən, döyən, incidən yox. Hər kəs ki, təhsildə işləyir, dərsin keçir və özü üzərinə düşən vəzifəni yerinə yetirirsə, ona düşən zəhmət haqqını dövlət ödəyir. Müəllim həmin vəsaitdən kiməsə məcburi pul verməyə borclu deyil. Əgər bunu müəllim özü yerinə yetirirsə, deməli, o insanın gözükölgəli işi var, kimdənsə qorxur. Bu da öz günahıdır”.

(cebhe.info)

Xəbər 2550 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb

29.04.2024  15:24 

Tanınmış jurnalist vəfat edib

29.04.2024  08:20 

Bu yollarda tıxac var -SİYAHI


BÜTÜN XƏBƏRLƏR +