İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili


06.03.2017  11:41 

Bayram öncəsi qalxan qiymətlər… - Hökumət harada səhv edir?





A+  A-

"Bayramlar öncəsi bazardakı bahalaşmanın qarşısını inzibati yollarla almaq mümkün deyil”.
XəzərNews.az xəbər verir ki, bunu BakiPost.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli Novruz bayramı öncəsi qiymətlərin artımının qarşısını alma üsullarını şərh edərkən deyib. Onun sözlərinə görə, əgər hökumət inzibati yollarla hər hansı bir nəzarət mexanizmlərini işə salmaqla bu işin qarşısını almaq istəsə, yenidən daha kəskin bahalaşma ilə qarşılaşacaq: "Hətta bazarda məhsulların keyfiyyəti və kəmiyyəti də azalacaq. Bunun yeganə yolu rəqabətli mühiti artırmaqdır. Bununla da həm daxili istehsalda, həm də xaricdən gətirilən məhsulların sayını, çeşidini və oyunçuların iştirakını artırmaq yolu ilə müəyyən dərəcədə qiymətləri nəzarətdə saxlamaq və yaxud da aşağı çəkmək mümkündür. Amma obyektiv reallıq da var ki, Azərbaycanda bir çox məhsulların maya dəyəri və təsir edən əsas elementlərdən biri məzənnə fərqidir. Çünki daxili istehsalda belə istifadə olunan xammalın bir çox hissəsi xaricdən gətirilir. Ona görə də düşünürəm ki, bu məzənnə fərqinin obyektiv səbəbə görə qiymətlərə təsiri getdikcə davam edəcək. Bunun başqa yolu da yoxdur”.

İqtisadçı bildirib ki, Azərbaycanda manat dəyərdən düşdükcə məzənnə fərqinə görə qiymətlər də qalxacaq: "Hər hansı bayram öncəsi bütün dünyada endirim kampaniyaları olduğu halda Azərbaycanda həm yeni il, həm də Novruz bayramı qabağı qiymətlər əksinə olaraq kəskin şəkildə qalxır. Bu il həm də qiymətlərin artımı tələbatla əlaqədardır. Tələb artdıqca biz qiymətlərin artımını müşahidə edəcəyik”.

Natiq Cəfərli qeyd edib ki, manat ucuzlaşmaqda davam etsə, bayramdan sonra da bahalaşmanın sürəti aşağı düşməyəcək: "Əksinə bayramdan sonrada biz kifayət qədər sürətlə gedən bahalaşmanı görə bilərik. Azərbaycanda rəqabətli mühit, rəqabətli şəkildə iqtisadi münasibətlər hələ ki, tam yerində olmadığı üçün bu baş verir. Həm də bazara birbaşa nəzarət edən böyük inhisarçı qüvvələr var. Hansı ki, daxili istehsalda inhisarçılıq mövqeyindədirlər. Yəni bazarın böyük hissəsinə nəzarət edirlər. Həm də xarici ticarətdə ölkəyə malların gətirilməsində çox mühüm paya sahibdirlər. Həmin inhisarçı şirkətlər və yaxud da şəxslər bayramlar öncəsi tələbatın artdığını bəhanə edərək qiymətlərin artım sürətini kifayət qədər artırlar. Bu il də həmin prosesi yenidən müşahidə edirik. Amma bu tərsinə olmalı idi. Əgər normal iqtisadi münasibətlər və rəqabətli mühit olsaydı, bayramlardan öncə müxtəlif aksiyaların, qiymət endirimlərinin şahidi olmalıydıq”.

Xəbər 2307 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib

22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı

20.04.2024  14:04 

Cavanşir Məmmədov vəfat edib


BÜTÜN XƏBƏRLƏR +