Yardım alacaq sahibkarlara xəbərdarlıq!
Saxta arayış satan “jurnalistlər“ saxlanıldı
İngiltərədə mövsüm ləğv ediləcək
ABŞ ÜST-ə maliyyə yardımını dayandıracaq?
8 rayon üzrə pensiyalar verilir
Uhandan çıxışa icazə verildi
Neft ucuzlaşdı
Dünyanın ən varlı insanları açıqlandı
Nazirlik yardımla bağlı müraciəti sadələşdirdi
Sabah da yağışlı hava olacaq


04.03.2017  14:34 

Azərbaycanı ayaq əskisinə çevirmək istəyənlər





A+  A-

Biz bir millət olaraq, kiminlə dost olmalıyıq? Qonşu ölkələrlə sıx münasibət qurmaq istəyi anlaşılandır. Amma başqa millətlərə bizi yem etmək istəyənlər ilk növbədə milli mənliyimizi tapdalamaq niyyətindədirlər. Bu gün Azərbaycanı ayaq əskisinə çevirmək niyyətində olanlar ilk növbədə türklüyümüzü hədəf seçiblər.
Türk deyilik ki? Bunu deməkdən niyə çəkinməliyik? Niyə millətin adını və dilini kiməsə güzəştə getməliyik? İranda bir din xadimi çıxışında bəyan edib ki, "türkcə danışanlar cənnətə gedə bilməzlər, türk dili cəhənnəm dildir. Cənnət dili ərəb və fars dilidir”. Buna dözməliyikmi? Məzhəb, din birliyi də yada düşmür. Türksənsə, deməli, cəhənnəmə gedəcəksən. Bizə "eşşək” deyən, adam hesab etməyən millətlərin ayaqları altına sərilməliyik?
Türkük. Bu, nöqsanımızdır ki? Biz heç kəsdən üstün deyilik. Heç kəsdən əskik də deyilik. Dara kimi bir utancverici tariximiz də yoxdur. Hakimiyyətə gəlmək üçün anası ilə evlənən birisi ilə fəxr də etmirik. Millətçiliyi dəstəkləmirik. Lakin bizə "qaradərili heyvan” deyənlərlə, bizi "eşşək” adlandıranlarla bir cərgədə də ola bilmərik. Milli kimlikləri yox etmək istəyən, dinimizi "redaktə” edən Qərb də bizim üçün bir dəyər və nümunə deyil. Milli dəyərlərimiz, dini inanclarımız paradiqmamızdır. Bütün bunlar demokratik cəmiyyət qurmağımıza əngəl olmur.

Dünyanın gözü qarşısında bir Türkiyə modeli var. Hansısa bir dili cəhənnəm dili adlandırmayan, inancına sayğı duran bir ölkə var. Türk sözündən çəkinənlər var deyənə, bu modeli lənətləməliyik? Azərbaycanın başlıca sərvəti ərazisində müxtəlif millətlərin və etnik qrupların yaşamasıdır. Bu, ölkəmizə bir gözəllik verir. Biz hər kəsi öz adı ilə çağırmaq, onların dilini, mədəniyyətini qorumaqlarının tərəfindəyik. Amma özümüzə də türk deyə bilmək haqqına sahibik. Millətimizin özünün və dilinin adını bərpa etmək uğrunda mübarizə hələ bitməyib.

Milyonlarla vəsait xərclənməsinə baxmayaraq, milli kimliyini itirməyən yüz minlərlə insanımız hələ də bu ümidlə yaşayır. Dünyanın xilası elə islam birliyindən keçir. Azərbaycan türkləri isə bu zəncirin əsas halqasıdır. Kimliyimizə qayıtmaq, özümüzü dərk etmək, torpaqlarımızı azad etmək başlıca məqsədimizdir. Kiməsə nifrət etmirik, insanlığa düşmən olanlara isə yerlərini göstərmək gücündəyik. Xilasımız elə də uzaqda deyil. Düzdür, bu gün Azərbaycan və Türkiyə cəmiyyətləri bir-birilərindən fərqlənir. "Bir millət, iki dövlət” olan Türkiyə və Azərbaycanda milli-dini dəyərlərə münasibət fərqlidir. Lakin bu fərqlər birliyə mane olacaq qədər ciddi deyil.

Ümumiyyətlə, dünyada baş verənlər fonunda türkdilli dövlətlər arasında daha sıx əməkdaşlığa nail olmaq zəruri hesab olunur. Türk ölkələrinin bir-birilərinə münasibətindəki problemlər də geosiyasi güc mərkəzlərinin iddialarından asılıdır. Rusiya, ABŞ və İran türk ölkələrinin birliyinə qarşıdır. Elə bu səbəbdən də türk ölkələri arasında anlaşılmazlıqlar mövcuddur. Bu məsələdə Türkmənistan Rusiyanın təzyiqləri ilə türk birliyinin yaranmasına daha çox mane olur. Türkmənistanla Azərbaycan arasında neft yatağı ilə bağlı gərginliyin yaşanması, Özbəkistanın özünü Rusiyanın forpostu kimi aparması ciddi problemlər yaradır. Bu baxımdan, türk ölkələri arasında yaradılacaq birliyinə gedən yol da Azərbaycanla Türkiyənin daha sıx inteqrasiyasının gerçəkləşməsindən keçir. Bu ideyanın reallaşması Azərbaycanın ümumi inkişafına, siyasi, iqtisadi, strateji cəhətdən uğurlar qazanmasına səbəb ola bilər. Ən əsası isə Türkiyə ilə daha sıx birlik Qarabağın işğaldan azad olunmasına çox müsbət təsir göstərə bilərdi…

Azər Rəşidoğlu

Xəbər 5106 dəfə oxunub.



08.04.2020  11:37 

CeyLonun toyu olmayacaq

08.04.2020  11:09 

8 rayon üzrə pensiyalar verilir

08.04.2020  10:18 

Uhandan çıxışa icazə verildi

08.04.2020  09:36 

Neft ucuzlaşdı

07.04.2020  16:20 

“Karantindən sonra toy olacaq”

07.04.2020  14:46 

Sabah da yağışlı hava olacaq

07.04.2020  11:09 

Neftin qiymətindən nə xəbər?


BÜTÜN XƏBƏRLƏR +