Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı
Türkiyənin çoxəsrlik mənzərəli şəhərləri Cittaslow Şəbəkəsinə qoşulur
“Nə komitədən, nə də səfirlikdən heç bir dəstək görməmişik...” – Diaspor rəhbəri
“Diaspor təşkilatlarına vergi, gömrük güzəşti baş ağrı ola bilər”


04.03.2017  11:17 

“Zöhrəvi xəstəliklər də infeksion keçici olur“ - Həkim-dermoveneroloq





A+  A-


Bədən üzvlərinin qayğısına necə qalırıqsa, qarşılığını da elə alırıq. Dərimiz də onlardan biri və ən böyük bədən orqanıdır. Son illər dəri xəstəliklərinə yoluxmada statistik artım onu göstərir ki, a) dərimizin qayğısına qalmırıq; b) düzgün müalicə olunmuruq; c) düzgün müalicə oluna bilmirik. Bunlardan biri faktdır, üçün birdən olması isə fəlakətdir. Dəridə baş verən fəsadlardan bir çoxunun bədəndaxili proseslərdən qaynaqlandığını da nəzərə alsaq, görərik ki, biz ümumiyyətlə sağlamlığımızın bir elə də fərqində deyilik.
Bu gün dəridə 2 minə yaxın xəstəlik növü olsa da - dermatologiyanın göbələk və parazitar xəstəliklərini çıxsaq, qalanlarının çoxunun səbəbi məlum deyil və infeksion xarakter daşımır. Bəs, dəri xəstəliklərinin yaranma səbəbləri hansılardır və müalicəyə tabe olan növlərinin sağalma faizi nə qədərdir?

Respublika Dəri-zöhrəvi Dispanserinin (RDZD) həkim-dermoveneroloqu Zaur Nuriyevin sözlərinə görə, xəstəliyin yaranma səbəbləri müxtəlifdir, əsasən endokrinoloji, sinir faktoru mühüm rol oynayır, irsiyyət faktoru da önəmlidir. Göbələk, parazitar xəstəliklər isə infeksion keçici xarakter daşıyır. Zöhrəvi xəstəliklər də infeksion keçici olur. Onlar bir şəxsdən digərinə keçə bilər. Əgər, vaxtında diaqnozu qoyularaq müayinə edilmədikdə fəsadları daha ağır ola bilər.

Həkim öz fikirlərində haqlıdır. Amma etiraf etməliyik ki, fəsad bəzən diaqnozun yanlış təyini ilə də bağlı ola bilər (və olur da), bunu inkar etməməliyik – bu, həm də səhiyyəmizin ən ağrılı və “müalicəyə” ehtiyacı olan tərəfidir.

Z.Nuriyevin qənaətinə görə, müalicə zamanı yaxşı nəticənin alınmasında əsas şərt düzgün diaqnozun təyin edilməsidir, yəni ilkin olaraq özünə inam, dəqiq diaqnoz və xəstənin sənə inanması: “Təbii ki, burada təcrübə də çox vacib amil hesab olunur. Çünki dəri-zöhrəvi xəstəliklərin çoxu bir-birinə oxşayır – həm əlamətləri, həm də xarici görünüşlərinə görə. Bunları bir-birindən fərqləndirmək, təsnifatlandırmaq alınacaq düzgün nəticənin 50 faizi deməkdir”.

Həkim-dermoveneroloq son illər ölkəmizdə ən çox təsadüf edilən dəri-zöhrəvi xəstəliklərdən psoriaz - pullu dəmirov, ekzema, neyro-dermit, allergik-dermatitlər, atepik-dermatit (əsasən, uşaqlarda daha çox yayılıb), irsi dermatozlar, kollagenozlar, dermatit-salyari, göbələk xəstəlikləri, rəngbərəng dəmirov olduğunu qeyd etdi. Həmçinin onu da vurğuladı ki, allergik-dermatitlər qida mənşəli olur və tənəffüslə, kontakt vasitəsilə keçə bilər.

Dəri xəstəlikləri müxtəlif olduğu kimi, onu yaradan səbəblər də müxtəlifdir. Burada “ağırlıq mərkəzinin” hansı tərəfə düşdüyü də maraq kəsb edir: genetik, bioloji, yoxsa gigenik. RDZD yetkilisi hər üç amili dəri xəstəliklərinin yaranmasında mühim faktor hesab edir: “Genetik amil – genodermotozlardan ibarətdir. Bura ixtioz, keratodermiya, albinizm, darye xəstəliyi və s aiddir. Bioloji amil ekzogen və endogen faktorlardan ibarətdir. Bu səbəbdən yaranan xəstəliklərə dermatitlər, göbələk xəstəlikləri, pidermiyalar, qoturluq, ziyillər viruslar aiddir. Gigenik amillər də dəri xəstəliklərində böyük rol oynayır. Çünkü dəriyə düzgün qulluq etmədikdə müxtəlif dəri xəstəlikləri əmələ gələ bilər”.

Deyilənlərdən aydın olur ki, çağdaş günümüzdə - problemlərin bir-birinə zəncirvari bağlı olduğu bir zamanda hər birimiz bu xəstəliklərlə “təmas” qura bilərik – istəməsək də belə. Belə qənaətə gəlməyimin səbəbi Z.Nuriyevin “daha geniş yayılan dəri xəstəlikləri hansılardır və bunları təsnifatlandırsaq ilk üçlüyə hansı növlərini aid edərdiniz” və sonrakı suallara verdiyi cavablar oldu:

- 1-ci yerə virus mənşəli dəri xəstəliyi olan “Herpes”-i aid etmək olar. Əhalinin 85%-i bu virusa yoluxub. Onun 8 növü var. Onlardan ən çox 1-ci və 2-ci tipə rast gəlinir. 2-ci yerə dermatozlar mənşəli olan “Akma” xəstəliyidir. Gənclərin 80%-i bu xəstəliklə “tanışdır”. Xəstəliyin əmələ gəlməsinin üç səbəbi vardır: 1.Hormonal dəyişikliklər. 2.Genetik faktlar. 3.Mədə-bağırsaq sisteminin xəstəlikləri. 3-cü yerə isə “Övrə” adlı allergik dəri xəstəliyini aid emtək olar. Əhalinin 30%-nin rastlaşdığı bir xəstəlikdir.

- Həkimlər dəri xəstəliklərini iki qrupa aid edirlər: sağalan və sağalmayan. Bunlar hansılardır?

- Sağalmayanlar - ekzema,vitiligo, atopik dermotit və psoriaz kimi xəstəliklərdir.Sağalanlar isə allergik və kontakt dermotitlər, qoturluq, akke, göbələk və s xəstəliklərdir.

- Yaz-yay aylarında dəri-zöhrəvi xəstəliklərinə daha çox təsadüf olunur. Xəstəliyin mövsümi xarakterliyi nə ilə bağlıdır – təbiətlə “rabitənin” düzgün qurulmaması, yoxsa düzgün qidalanmama?

- Hər iki faktorun öz rolu var. Bunun səbəbi yaz-yay aylarında insan orqanizmində olan dəyişikliklərlə bağlıdır. İmmun və ekdokrik sistemlərində olan dəyişikliklərlin baş verməsi, hava temperaturunun artması ilə yaz aylarında daha çox allergik xəstəliklər baş qaldırır. Buna səbəb güllərin və ağacların çiçəklənməsidir. Bir çox insanlar yay aylarında Günəş faktorunu düzgün dəyərləndirmədikdə onlarda müxtəlif ciddi dəyişiklər əmələ gələ bilər.

- Arzuolunmaz “dəri qonağına”, yəni dəri xəstəliklərinə yoluxmamaq üçün ilk olaraq nələrə əməl etmək lazımdır?

- Dəri xəstəliklərinin profilaktikasında dərinin təmizliyi və düzgün qulluq böyük rol oynayır. Ona görə də açıq dəri xəstəlikləri ən azı gündə 2 dəfə sabunla yuyulmalıdır və heç olmasa, həftədə 1 dəfə çimmək lazımdır. Eyni zamanda təmiz hava, günəş şüaları, hava vannaları və idman bədəni bərkidir və immuniteti gücləndirir.

Rüstəm Əliyev

Xəbər 7189 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb

10.04.2024  16:36 

Ehsan fırtınası


BÜTÜN XƏBƏRLƏR +