“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı
Türkiyənin çoxəsrlik mənzərəli şəhərləri Cittaslow Şəbəkəsinə qoşulur


02.03.2017  11:01 

“Yanan bina“ yanmasaydı...





A+  A-

Azadlıq prospektindəki 16 mərtəbəli monolit binanın yanması səbəbindən (19 may 2015) 15 nəfər həyata vida etdi, bir çoxları yaralandı, sakinlərin əmlakı külə döndü–bunlar bir göz qırpımında baş verənlərin görünən tərəfi və yanğın səbəbinin ilkin nəticəsi idi. “Səbəb-günahkar” axtarışına yanğın sönər-sönməz start verildi. Poliuretan üzlüklərin oda davamlı olmaması səbəb, bunu istehsal edənlər və istifadəyə yararlılığına “zəmanət verənlər” günahkar bilinərək tutuqlandı – üzlüyü “icad” edən, “Jek” müdiri, icra başçısının sabiq müavini və daha bir neçə kiçik ranqlı məmur. Hazırda, məhkəmə istintaqı davam etməkdədir. Sonluq nə ilə sonuclanacaq, nələr necə olacaq o da sonda bilinər. Bununla işimiz yox. Təbii ki, günah donu kimlərinsə boyuna biçiləcək, amma cəmiyyətdə “kimdir günahkar” axtarışı çox uzun sürəcək. Ölənləri, ötənləri və itənləri isə heç nə geri qaytarmayacaq.
Bina nədən yandı? Cavablar o qədər qarışıqdır ki, düzün əyriyə nisbətini ayırd etmək olmur, çünki “nədən”dən sonra “kim(lər)”... gəlir. Əsas “səbəb” üzlük göstərilsə də, binanın bu səbəbdən yanmasına, həm də binaya bitişik (binanın arxa tərəfində yerləşən və zamanında lahiyəyə uyğun inşa edilmiş) birmərtəbəli tikilinin damında zibilin yuxarı mərtəbədən atılan siqaret kötüyündən alışmasına cəmiyyətdə inam çox azdır. Yanğın kadrlarından da görünür ki, həmin ərazi – binanın tikiliyə bitişik hissəsinin bir neçə mərtəbəsi ilk dəqiqələrdə yanğına məruz qalmayıb. Yanğının episentri birmərtəbəli tikilinin damı olubsa, o zaman nədən tikiliyə bitişik və sonrakı bir necə mərtəbədən alov yan keçib? Deyək ki, yanğın elə iddia edildiyi kimi, birmərtəbəli tikilinin damından “start” götürüb. O zaman alovlanarkən böyük və qorxunc tonqalı xatırladan 16 mərtəbəli bina hansı səbəbdən 12-15 metrliyində yerləşən və özü kimi “üzlənmiş” 9 mərtəbəli binanı və ona bitişik digər binaları ağuşuna almayıb? Halbuki, yanğın zamanı yanan üzlük parçaları 150-200 metr məsafəyə qədər səpələnmişdi. Əgər, yanğına səbəb keyfiyyətsiz üzlük olubsa, o halda ətrafdakı binalar da növbə ilə alova bürünməliydi və 8-ci mikrorayon xəritədən silinməliydi. Bütün bunlar cəmiyyətdə dolaşan bu fikri bir qədər də qətiləşdirir ki, bina planlı şəkildə, həm də peşəkarcasına qəsdən yandırılıb (sakinlərdən və qeyrilərdən bir çoxunun iddia etdiyi kimi).

Məhkəmə istintaqı zamanı da həm zərərçəkmişlərin, həm də təqsirli bilinənlərdən bir neçəsinin ifadəsində binanın qəsdən yandırıldığı iddia olunur. Bunu 1-ci Avropa Yay Oyunları öncəsi “sürpriz təxribat” hesab edənlərin də sayı az deyil.

Yanğının binaya bitişik birmərtəbəli tikilinin damından start götüməsinə inamın azlığına ayrı bir səbəb də var. Əgər, bina aşağıdan alovlanıbsa və üzlük iddia edildiyi kimi oda davamsız olubsa, o zaman ilkin olaraq alov üzük kimi binanı açağı mərtəbələrdən dövrəyə almalıydı. Amma binanın ön tərəfində aşağıdan bir neçə mərtəbənin yanğından yan keçməsi bu sayaq düşünməyə əsas verir ki, “start nöqtəsi” yuxarı mərtəbələrin birində (və ya bir neçəsində) baş verib. Oradan da ilkin olaraq arxa tərəfin aşağı mərtəbələrinə, daha sonra ön tərəfə (yuxarıdan aşağıya) istiqamət götürüb. Bu, kadrlardan da aydın görünür. Sakinlərdən bir neçəsinin də iddia etdiyi kimi, binanın yuxarıdan alovlanması səbəbindən yanan konstruksiyaların parçaları binaya bitişik tikilinin damına düşərək yanmağa başlayıb.

Yanğının söndürülməsində kənar maneələrin olması səbəbindən – guya binanın ətrafında gərəkli və gərəksiz tikililərin olması, yolun darısqallığı və s. səbəblərdən alovun qarşısının alınmasında maneələr olub – yanğınsöndürən texnikanın əraziyə zamanında çatmasına imkan yaradılmayıb, əks halda fəlakətin miqyası, xüsusən də itkilərin sayı bu qədər olmayacaqdı. “Kənar maneə” ola bilsin ki, olub, amma binanın ətrafında deyil, çoxlarının iddia etdiyi kimi, prospektdə süni tıxacın yaradılması ilə - nəticədə yanğınsöndürənlər hadisə yerinə zamanında yetişməyiblər.

Bina Azadlıq prospekti ilə S.S.Axundov küçəsinin kəsişməsində yeləşir. Prospektlə paralel yardımçı yolun binaya bitişik olması və orada heç bir maneənin olmaması, həmçinin binanın sol tərəfində ara yolun mövcudluğu yanğının söndürülməsində ideal şərait hesab oluna bilərdi. Bir çoxlarının idda etdiyi kimi, binanın yaxınlığında 3 və ya 4 mərtəbəli yarımçıq tikilinin maneçilik törətməsi də inandırıcı görünmür.

Görünən odur ki, bina yandı (yaxud da yandırıldı). İnnən belə necə yozulması heç nəyi geri qaytarmayacaq. Amma bir sual hələ də cavabsız qalır: o binada yanğın baş verməyə bilərdimi? Qənaətimizə görə, əlbəttə, əgər zamanında – Xətaidəki yanğından həmən sonra - qarşısı alınsaydı. Oradakı yanğının çox ərazini əhatə etməsinə səbəb kimi üzlük hesab edilirdisə, demək, Azadlıq prospektindəki 16 mərtəbəli bina yanğın “məşəlini” Xətaidə yanan binadan götürüb. Həmin yanğında insan tələfatı olmadğıından və alov tez zamanda ram edildiyindən o qədər də səsə-küyə səbəb olmadı.

Baş verənlər isə “yanğın hadisəsi” kimi kölgədə itdi. Eyni üzlük, eyni şirkətin istehsal etdiyi məhsul... Bu, ilk həyacan siqnallı ona görə olmadı ki, orada insan itkisi olmadı.

Bu sayaq üzlüklü binalar şəhərin demək olar ki, bütün rayonlarında, həmçinin ölkənin digər iri şəhərlərində var idi. 15 nəfərin itkisindən sonra “ölüm üzlükləri”nə bürünmüş binaların bütün ölkə boyu donu dəyişdirildi – ona qədər isə 15 günahsız insan qurban getməliydi.

Əgər, həqiqətən də bina iddia edildiyi kimi, qəsdən yandırılıbsa və məqsəd bir şirkətin başçısını nələrəsə görə cəzalandırmaq, yaxud bir rayon rəhbərini “vurmaq”, yaxud da daha böyük məqsədlər üçün kimlərə nəyisə “sübut” etmək üçün bu qədər insan qətliamına gedilibsə, bu işin arxasında duranlar hətta bütün ölkəni də alova bürüyər(di)lər. Yüzlərlə (bəlkə də minlərlə) insanın qan bahasını isə 15 yanmış cəsəd ödədi.

İndi o bina əvvəlkindən də gözəl görkəmdə - özü və ətrafı təmiz və səliqəli – 8-ci mikrorayona bir ayrı gözəllik verir. Amma içindəki ağırlıq yükü – 15 insanın narahat ruhu o binaya uzun müddət “ağırlıq” verəcək – bəlkə də bina ömrünü başa vuranadək.

Vasif Hüseynov


Xəbər 5975 dəfə oxunub.




18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb

10.04.2024  16:36 

Ehsan fırtınası


BÜTÜN XƏBƏRLƏR +