Pensiya və müavinətlər artırıla bilər?
Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək
Bellevue azərbaycanlıları... - Amerikaya getmək asandır, yoxsa orda yaşamaq?


28.02.2017  14:18 

Prezident İlham Əliyev: “Düşmən öz istəyinə nail ola bilmədi“





A+  A-

Azərbaycan Prezidenti İlham Əliyev Avropa Azərbaycanlıları Konqresinin V qurultayının iştirakçılarına müraciət edib.
XəzərNews.az bildirir ki, müraciətdə qeyd olunur: "Hörmətli qurultay nümayəndələri! Əziz dostlar! Sizi Avropa Azərbaycanlıları Konqresinin növbəti ali toplantısının işə başlaması münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Təqdirəlayiq haldır ki, 2004-cü ildə təsis olunmuş Konqres Avropa ölkələrində məskunlaşan soydaşlarımızın təşkilatlanması və diaspor qurumlarının fəaliyyətinin əlaqələndirilməsi istiqamətində ardıcıl iş aparmış, qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsində uğurlar qazanmışdır.

Müstəqillik illərində Azərbaycanın Avropa dövlətləri ilə siyasi, iqtisadi və humanitar sahələrdə sıx əməkdaşlıq münasibətləri formalaşmışdır. Ölkəmizin əlverişli coğrafi mövqeyi, təbii ehtiyatları, xalqımızın zəngin mədəniyyəti qitə dövlətləri ilə hərtərəfli əlaqələrin inkişafında əhəmiyyətli yer tutur. “XXI əsrin müqaviləsi” adlandırılan “Cənub qaz dəhlizi” və Bakı-Tbilisi-Qars dəmir yolu kimi nəhəng transmilli layihələrin təşəbbüskarı və əsas icraçılarından biri olan Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində, Asiya ilə Avropanı birləşdirən Şərq-Qərb nəqliyyat infrastrukturunun yaradılmasında müstəsna rol oynayır. Ölkəmiz həm də mədəniyyətlərarası dialoqun, multikulturalizm və tolerantlığın təşviqinə, qlobal humanitar problemlərin həllinə sanballı töhfələr verir, müasir Avropa mədəniyyətinə və dəyərlər sisteminə yeni çalarlar qatır.

Hazırda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında ədalətli həllinə nail olmaq qarşımızda duran ən mühüm ümummilli vəzifədir. Bu günlərdə biz erməni işğalçılarının törətdiyi Xocalı soyqırımının iyirmi beşinci ildönümü ilə bağlı faciə qurbanlarının xatirəsini bir daha dərin hörmətlə yad edirik. Vaxtilə bu qanlı aksiyanı həyata keçirənlər Azərbaycan xalqını sarsıtmaq və mübarizədən çəkindirmək məqsədi güdürdülər. Lakin əminliklə demək olar ki, düşmən öz istəyinə nail ola bilmədi. Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra xalqımız öz qəddini düzəltdi, daxili potensialına güvənərək güclü və müasir dövlət qurdu. Ötən ilin aprelində Ermənistanın cəbhə xəttindəki təxribatlarına ordumuzun layiqli cavab verməsi və torpaqlarımızın bir hissəsinin azad edilməsi əyani şəkildə göstərdi ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməyə tam qadirdir.

Lakin müasir dövrdə qələbələr tək hərb yolu ilə deyil, həm də siyasi-intellektual vasitələrlə təmin edilir. Bu sahədə malik olduğumuz vacib resurslardan biri də xarici ölkələrdə yaşayan həmvətənlərimiz və onların yaratdıqları təşkilatlardır. Ona görə də Azərbaycan diasporu, o cümlədən Avropadakı icmalar öz fəaliyyətini daha da genişləndirməli, işlərin koordinasiyasını və dost ölkələrin analoji təşkilatları ilə əlaqələrini gücləndirməlidirlər. Diaspor nümayəndələri ölkəmizlə bağlı məlumatların, Dağlıq Qarabağ münaqişəsinə dair həqiqətlərin Avropa ictimaiyyətinə daha çevik və dolğun çatdırılması, mədəniyyətimizin təbliği və başqa istiqamətlərdə yeni metod və vasitələrdən səmərəli istifadə etməlidirlər. Əminəm ki, Avropa Azərbaycanlıları Konqresinin bu ali toplantısı yüksək işgüzarlıq şəraitində keçəcək, irəli sürülən təkliflər və qəbul edilən qərarlar qurumun işini keyfiyyətcə daha yüksək mərhələyə qaldırmağa xidmət edəcəkdir.

Qurultay iştirakçılarına bu yolda nailiyyətlər, Konqresin yeni seçiləcək rəhbər heyətinə ardıcıl və məhsuldar fəaliyyət arzulayıram".

Xəbər 2189 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

29.03.2024  11:23 

Kimlər hakim ola biləcək?

29.03.2024  11:00 

Lavrov Paşinyanı ittiham edib

29.03.2024  10:37 

Ombudsman bəyanat yayıb

29.03.2024  10:28 

Tanınmış jurnalist vəfat edib

28.03.2024  23:50 

Yevlaxda yol qəzası baş verib

28.03.2024  19:08 

Bişkekdə güclü fırtına

28.03.2024  18:58 

Sabah bu rayonda qaz olmayacaq

28.03.2024  17:41 

Rahib Əliyev vəfat edib


BÜTÜN XƏBƏRLƏR +