Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək
Bellevue azərbaycanlıları... - Amerikaya getmək asandır, yoxsa orda yaşamaq?
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?


24.02.2017  15:39 

Qarşıda duran məsələlərlə bağlı müşavirə keçirildi - Füzulidə





A+  A-

Horadiz şəhərində Heydər Əliyev Mərkəzində Prezident İlham Əliyevin Fərmanı ilə təsdiq edimiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə qarşıya qoyulmuş vəzifələrə həsr olunan müşavirə keçirilib.
Füzuli RİH-dən XəzərNews.az-a verilən məlumata görə, müşavirədə rayon İcra Hakimiyyətinin başçısı Aparatının məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ərazidəki icra nümayəndələri, bələdiyyə sədrləri, kənd təsərrüfatı üzrə mütəxəssislər, taxıl, pambıq, barama istehsalçıları, ictimaiyyət nümayəndələri iştirak edib. Müşavirəni rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev açıb, Prezident İlham Əliyevin respublikada kənd təsərrüfatının inkişafı, yerli istehsalın artırılması, idxaldan asılılığın azaldılması, əhalinin məşğulluğunun yüksəldilməsi barədə tapşırıqlarının Füzuli rayonunda icra olunması barədə danışıb. Bildirib ki, ölkə başçısının kənd təsərrüfatı ilə bağlı təsdiq etdiyi Strateji yol xəritəsinə uyğun olaraq rayonda hər biri 1000,0 ha olan 4 iri taxılçılıq təsərrüfatı yaradılıb, 2700,0 ha torpaq sahəsi isə Nazirlər Kabinetinin qərarı ilə rayonda yaradılacaq Aqroparkın istifadəsinə verilib. Eyni zamanda rayonda taxıl istehsalçılarını yüksək keyfiyyətli toxumla təmin etmək üçün 500,0 ha torpağın Azərtoxum-a verilməsi istiqamətində iş aparılır. Horadiz-Arayatılı avtomobil yolunun sağ hissəsində 10 ha sahədə müxtəlif kənd təsərrüfatı məhsulları istehsal edən istixana kompleksinin və Üçüncü Zobucuq qəsəbəsində kənd təsərrüfatı məhsullarının istehsalı üçün Bazarın tikintisi isə başa çatmaq üzrədir.
Alı Alıyev bildirib ki, rayonda ənənəvi təsərrüfat sahələri olan pambıqçılıq və baramaçılığın inkişafı da diqqət mərkəzindədir. Bu il rayonda 2000 hektar sahədə pambıq əkilməsi üçün yerlər müəyyənləşdirilib, pambıq istehsalçıları ilə müqavilələr bağlanılıb, payız şumu aparılıb. Rayonda 30 tona yaxın barama istehsal olunması nəzərdə tutulub. Artıq bu məqsədlə rayonda 50 minə yaxın çəkil ağacı əkilib, ipəkqurdu saxlayacaq kümçülər müəyyənləşdirilib. Biz ərazidə yaşayan əhalimizin məşğulluğunu pambıqçılıq, baramaçılıq, taxılçılıq, heyvandarlıq və kənd təsərrüfatının digər sahələri hesabına təmin etməliyik.
Ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasında strateji əhəmiyyət daşıyan taxılçılığın inkişafına da ciddi diqqət yetirilir. 2016-2017-ci təsərrüfat ilində rayonda 36082 ha ərazidə taxıl əkini aparılıb ki, bunun da 24838 hektarı buğda, 11244 hektarı isə arpadır.
Alı Alıyev qeyd edib ki, rayon sakinlərinin həyətyanı və pay torpaqlarından səmərəli istifadə etməsi, kənd təsərrüfatı məhsullarına, o cümlədən bostan-tərəvəz məhsullarına olan tələbatlarını yerli istehsal hesabına ödəmələri də ciddi diqqətdə saxlanılmalıdır. Həyətyanı torpaq sahələrində kartof əkininə başlanılıb, bostan-tərəvəz məhsullarının yetişdirilməsi üçün isə işlərə başlanılıb.
Müşavirədə çıxış edənlər bildiriblər ki, füzulili məcburi köçkünlər ölkə başçısının kənd təsərrüfatı ilə bağlı təsdiq etdiyi Strateji yol xəritəsinə uyğun olaraq yerli istehsalın artırılması, idxaldan asılılığın azaldılması, ekoloji təmiz kənd təsərrüfatı məhsulları istehsal olunması, əhalinin bu sahələrin hesabına məşğulluğunun təmin olunması barədə verdiyi tapşırıqları yüksək qiymətləndirdiklərini bildiriblər.
Sonda Alı Alıyev Ölkə başçısının kənd təsərrüfatı ilə bağlı təsdiq etdiyi Strateji yol xəritəsində göstərdiyi istiqamətlərdən irəli gələn vəzifələrdən danışıb, aidiyyəti təşkilatlara tapşırıq və tövsiyələrini verib.


Xəbər 3284 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

28.03.2024  19:08 

Bişkekdə güclü fırtına

28.03.2024  18:58 

Sabah bu rayonda qaz olmayacaq

28.03.2024  17:41 

Rahib Əliyev vəfat edib

28.03.2024  17:10 

Larri Lloyd vəfat edib

28.03.2024  17:05 

Krişjanis Karinş istefa verib

28.03.2024  16:57 

Marutyan tezliklə partiya yaradacaq

28.03.2024  15:04 

Ərdoğan Qarabağdan danışıb

28.03.2024  14:38 

“3 manatlıq supa görə...”

28.03.2024  14:34 

Bakıda hansı evlər bahalaşıb?

28.03.2024  12:19 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +