Bəxtiyar Hacıyevin dairəsi ilə bağlı QƏRAR
MSK daha üç məntəqəni etibarsız saydı
Bu dairədən də 5 məntəqə ləğv edildi
Haaqa Məhkəməsi Rusiyanı 50 milyard cərimələdi
Bakıda 11 dərəcə isti olacaq
Ukraynanın şərqində ağır döyüşlər başladı
“Aqrolizinq“də ciddi nöqsanlar AŞKARLANDI
“Sədərək“də 1000 kv metr ərazi yandı
Politoloq deputatlığa namizədi ifşa etdi
Orqanizmi təmizləyən məhsullar


17.02.2017  16:27 

Qüdrət Həsənquliyev: “O halda susmaq ölkənə xəyanətdir”





A+  A-


Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev APA-ya müsahibə verib.

XəzərNews.az onunla müsahibəni təqdim edir:

- Azərbaycan prezidenti İlham Əliyev fevralın 14-də  “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” fərman imzaladı.  Bu fərmana münasibətiniz necədir?

- Mən bu fərmanı çox yüksək qiymətləndirirəm. Təkcə mən yox, məcburi köçkünlər, bütünlüklə xalq bu fərmanı vətəndaşın rifahına yönəlmiş addım kimi qiymətləndirir.

Amma bu fərmanın imzalanmasından pərt olanlar da oldu. Məsələn, Əli Kərimlinin timsalında mən bunu gördüm. Son fərmandan sonra Əli Kərimli bir açıqlama vermişdi və pərtliyini heç cür gizlədə bilməmişdi. O dərəcə pərt olmuşdu ki, açıqlamasından qorxu hiss olunurdu ki, birdən həbs olunmuş cəbrayıllı məcburi köçkünləri də prezident əfv edə, onlar barədə həbs qətimkan tədbiri də dəyişdirilə bilər.  Əli Kərimlinin açıqlamasında elə bir ritorika, üslub seçilmişdi ki, sanki həmin məcburi köçkünləri azadlığa buraxmaz olmaq. Bu də nəyi göstərir? Çox təəssüf ki, Azərbaycanda bir qrup insan var ki, onlara iqtidara hücum etmək üçün bəhanə lazımdı.    

- Sizcə, həmin məcburi köçkünlər əfv olunmalıdırlarmı?

-  Birmənalı olaraq onlar barədəki həbs-qətimkan tədbiri dəyişdirilməlidir. Düşünürəm ki, iqtidar, dövləti idarə edən insanlar kifayət qədər çevik olmalıdırlar. Bizdə bəziləri hesab edir ki, bir qərar verildisə, onu nə dəyişdirmək, nə təkmilləşdirmək olar. Qərara yenidən baxılmasına görə ittiham etmək anormal yanaşmadır. Dövlət aparatı kifayət qədər çevik olmalı, istənilən ziyanlı qərara humanist düzəliş etməlidir. Düşünürəm ki, prezidentin son fərmanı xalqımızın maraqlarına xidmət edən və təxribatçı qüvvələrin ölkədə fəaliyyət bazasını daraldan, onları bir çox imkanlardan mərhum edən qərar idi. Bu fərmanın humanist tərəfi ilə yanaşı, çox böyük siyasi mahiyyəti də var. Bu baxımdan fərman çox yüksək qiymətləndirilməlidir.   

- Sizin məcburi köçkünlər və korrupsiya əməlləri ilə bağlı müsahibənizdən sonra sosial şəbəkələrdə bir kampaniyaya başlatdılar. Təxminən bu narahatlıqla ki, Qüdrət Həsənquliyev, ümumiyyətlə, niyə belə sərt danışır? 

- Bəzi insanlar uzun illərdir ki, müxalifətçiliyi və müxalifət düşərgəsindəki fəaliyyətlərini, tənqidi sanki bir biznesə çeviriblər, "tənqid bazarı" açıblar. Düşünürlər ki, birdən kimsə o bazara girər, kimsə onların çörəyinə şərik olar, onların sosial bazasını əllərindən alar.  Əslində sən bir cür düşünürsənsə, kənardan iqtidarın bir məmuru belə hansısa məsələyə sənin kimi yanaşırsa, bu, səni sevindirməlidir. Daha onun üzərinə getməməlisən ki, sən niyə mən düşünən kimi düşündün, mənim kimi bu münasibəti sən də sərgilədin? Bu da onu göstərir ki, bu adamların psixikasında ciddi qüsurlar var. Bu adamlar bundan heç cür xilas ola bilmirlər, modernləşmək, yeniləşmək imkanları yoxdur. Bu adamların islah olunması çox çətindir. Xalq Hərəkatında olan ağıllı insanlar cəmiyyətin inkişaf prosesi ilə bərabər ölkədə faydalı bir mövqe tutmağa, ölkənin inkişafına öz töhfələrini verməyə çalışdılar. Amma çox təəssüf ki, bir qrup adam dəyişə bilmədi. İndi də bu adamlar hər şeyi yalnız bir rəngdə görmək, ölkənin coğrafi mövqeyini, xalqımızın sosial inkişaf səviyyəsini nəzərə almadan yersiz, bəzən bayağı radikallıq etməklə nəinki demokratiyanın inkişafına töhfə verirlər, bir çox hallarda demokratik proseslərin inkişafına mane olurlar. Sözün doğrusu, mən onlara heç əhəmiyyət də vermirəm. Mən siyasətçi kimi proseslərin gedişi və təcrübə ilə nəticə çıxaranda ki, nəsə düz getmir, yanlışlıqlar var, heç vaxt susmuram. O halda susmaq yoluna və ölkənə xəyanətdir. Əgər mən hiss edirəmsə ki, bu proses son nəticədə ölkədə sosial gərginliyə, qarşıdurmaya yol aça bilər, o zaman heç vaxt susmuram, çünki vətəndaş və millət vəkili, siyasətçi kimi məsuliyyətimi dərk edirəm.

 

- Bu həftənin gündəmdə olan məsələlərindən biri də Nəqliyyat Nazirliyinin ləğv edilərək, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə birləşdirilməsi idi. Sizcə, yenə də struktur islahatlar davam etməlidirmi?

- Mən bu prosesə çox yaxşı baxıram. Hazırda Nazirlər Kabinetinin 44 üzvü var, bu bizim ölkə üçün çoxdur İnkişaf etmiş ölkələr var ki, əhalisinin sayına, iqtisadi gücünə görə bizdən çox böyükdürlər, onlarda hökumət üzvlərinin say 20-22 nəfəri keçmir. Üstəlik vitse-prezidentlik institutu, yeni agentliklər, səhmdar cəmiyyətlər, publik hüquqi şəxslər də yaradılır. Ümumiyyətlə, məmur təbəqəsinin çoxalması yaxşı hal deyil. Azərbaycan müharibə vəziyyətindədir, idarəetmə xərclərini minimum azaltmağa çalışmalıyıq ki, həmin vəsaiti ölkənin müdafiə qüdrətinin gücləndirilməsinə sərf edək. Həmçinin, dövlət qulluqçusunun əməkhaqqı azdır. İxtisarlarla dövlət qulluqçusunun əməkhaqqı artırmalıdır ki, o, rüşvət haqqında düşünməsin. Bu günlərdə özüm sürücülük vəsiqəmi dəyişmək üçün ASAN Xidmətdən istifadə etdim. Günün axırı idi, amma ASAN Xidmətdə kifayət qədər adam vardı. Orda sürücülük vəsiqəmi dəyişməyim 5 dəqiqə çəkdi və o qədər xoş hissələrlə ASAN Xidmətdən ayrıldım ki! İnsanlarımız üçün burada nə qədər rahatlıq təmin olunub. Çox müxtəlif dövlət xidmətləri bir binada təşkil olunub. Adam dövlətilə fəxr edir, qürur hissi keçirir. Binanın daxili interyeri elə təşkil olunub ki, orada heç neqativ hal da mümkün deyil. Hər tərəfdə kameralar var, dövlət rüsumları yazılıb, şəffaflıq yüksək səviyyədə təmin olunub.

- Deputat kimi “Asan xidmət”də sizi növbədənkənar qəbul etdilər?        

- Qətiyyən. Heç əvvəlcə mənim deputat olduğumu bilmədilər. Növbəyə dayandım, sıramı aldım, yalnız xidmət vaxtı deputat olduğumu bildirilər.  Şəxsiyyət vəsiqəmi və sürücülük vəsiqəsini yoxladılar, fotomu çəkdilər, 18 manat 20 qəpik dövlət rüsumununu bank filialına ödəyib qəbzi gətirəndə artıq vəsiqəm hazır idi. Mənə ən çox xoş gələn o oldu ki, xidmətin səviyyəsini qiymətləndirməyə də şərait yaradılıb.

ASAN Xidmət modeli göstərir ki, bizim millət olaraq buna qabiliyyətimiz var. Bir çox dünya ölkələri də ASAN Xidmətdə işin təşkilini nümunə kimi öyrənirlər, doğrudan da bu bir Azərbaycan brendidir. Bunu digər dövlət orqanlarında da etmək lazımdır ki, hər yerdə şəffaflıq təmin olunsun. Niyə ASAN Xidmətin əməkdaşları şəffaflığı təmin etmək üçün avtobusla, qatarla hansısa rayona getməlidirlər ki, orda şəffaf və normal xidmət göstərilsin? İslahatlar davam etdirilməli və bu model bütün strukturlarda tətbiq olunmalıdır.   



Xəbər 11222 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.02.2020  21:54 

Manisada 5,2 ballıq zəlzələ oldu

18.02.2020  18:12 

Şamaxıda zəlzələ oldu

18.02.2020  14:06 

Bakıda 11 dərəcə isti olacaq

18.02.2020  09:57 

Cəbhədə gərginlik artıb

18.02.2020  09:26 

Orqanizmi təmizləyən məhsullar

18.02.2020  09:15 

Koronavirus can almaqda davam edir

18.02.2020  08:53 

“Sədərək” yanır - VİDEO

18.02.2020  08:46 

Vanda zəlzələ oldu


BÜTÜN XƏBƏRLƏR +