“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı
Türkiyənin çoxəsrlik mənzərəli şəhərləri Cittaslow Şəbəkəsinə qoşulur


16.02.2017  11:07 

Bakıda bütün məktəb direktorları Təhsil İdarəsinə çağırıldı





A+  A-


Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərinin direktorları ilə görüş keçirilib.

XəzərNews.az xəbər verir ki, BŞTİ-nin təşkilatçılığı ilə keçirilən görüşün əsas məqsədi tədrisin təşkili, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərin fəaliyyətində səmərəliliyin artırılması, məktəblərin təşkilati mədəniyyətinin inkişafı, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli işin aparılması, təhsil sahəsindəki yeniliklərin uğurla icra olunması və müəssisə rəhbərlərinin məsuliyyətinin artırılmasından ibarətdir.

276 nömrəli tam orta məktəbdə təşkil edilən görüşdə çıxış edən BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva tədbir iştirakçılarını salamlayaraq, təhsil sahəsində aparılan islahatlardan, BŞTİ-nin qarşısında duran vəzifələrin icrası istiqamətində görülən işlərdən danışıb.

M.Vəliyeva bildirib ki, cari tədris ilində fəaliyyətini  “Təhsili dəyərə çevirək” devizi altında reallaşdırılan  BŞTİ tərəfindən təhsilin keyfiyyətinin yüksəldilməsi məqsədilə çoxşaxəli tədbirlər həyata keçirilir. Sevindirici haldır ki, bu istiqamətdə atılan addımlar cəmiyyət tərəfindən ciddi dəstək qazanır.

“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda nəzərdə tutulan strateji istiqamət və hədəflərə çatmaq üçün müxtəlif inkişafyönümlü layihələrin icrasının təmin edildiyini bildirən M.Vəliyeva paytaxt təhsilində əldə olunan uğurlardan və qarşıda duran vəzifələrdən də danışıb.

Təhsilin bütün meyarlar üzrə müasir tələblər səviyyəsinə qaldırılmasının və təhsili idarəetmə sisteminin təkmilləşdirilməsinin əsas hədəflərdən biri olduğunu xatırladan BŞTİ müdiri məktəb direktorlarının üzərinə düşən məsuliyyətin düzgün dəyərləndirilməsinin vacib olduğunu vurğulayıb.

Görüşdə məktəbəhazırlıq qruplarının fəaliyyəti, təmayülləşmə, IX siniflərdə keçirilən buraxılış imtahanları, fənn olimpiadaları, məktəblərin idarəetməsi, Təlimə Dəstək Mərkəzinin fəaliyyəti, məktəblərdə psixoloji xidmət, müəllim-şagird və müəllim-valideyn münasibətlərinin tənzimlənməsi, məktəbdənkənar fəaliyyətin təşkili, ictimaiyyətlə əlaqələr və digər məsələlər müzakirə olunub, məktəb direktorlarına müvafiq tövsiyə və tapşırıqlar verilib.

Tədbirdə çıxış edən BŞTİ müdirinin müavinləri Hüseyn Əsgərov və Rəşad Tağıyev kadrlarla iş, müəllimlərin işə qəbulu və yerdəyişməsi, müsabiqələrin təşkili, kargüzarlıq, maddi-texniki təminat və digər məsələlər haqqında fikirlərini bildiriblər.

Daha sonra təhsil müəssisələrinin rəhbərlərini maraqlandıran suallar cavablandırılıb və qaldırlan məsələlərə aydınlıq gətirilib.

 



Xəbər 1447 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb

10.04.2024  16:36 

Ehsan fırtınası


BÜTÜN XƏBƏRLƏR +