200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


15.02.2017  15:23 

Usubov polis zabitini işdən qovdu - Sürücü şikayətinə görə





A+  A-

 

Daxili işlər naziri Ramil Usubov haqqında şikayət edilən Bakı Şəhər Dövlət Yol Polisinin əməkdaşını işdən qovub.

XəzərNews.az-ın BakiPost.az-a istinadən məlumatına görə, 2017-ci ilin yanvar ayında Nizami rayonu, Rüstəm Rüstəmov küçəsi ilə öz şəxsi avtomobiliylə hərəkət edən Həbib Nuruşov adlı Bakı sakini həmin vaxt ərazidə xidmət aparan yol polisləri tərəfindən saxlanılıb. Onun idarə etdiyi BMW markalı 10 VP 102 dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılmasına səbəb isə yol hərəkəti qaydalarını pozması olub. H. Nuruşov ona yaxınlaşan Vüqar Abbasov və Vüsal Nəcəfov adlı polis əməkdaşlarına qaydanı pozduğunu etiraf edib və buna görə cəriməni ödəməyə hazır olduğunu deyib.

Sürücü polislərdən "eyni yol hərəkəti qaydasını məndən əvvəl və sonra pozan sürücüləri hansı səbəbdən saxlamırsınız” sualını verdikdə isə təhqir edilib.

Həbib Nuruşovun vəkili, hüquq müdafiəçisi Səməd Vəkilov sayta açıqlamasında bildirib ki, bununla bağlı Daxili işlər naziri Ramil Usubova müraciət ünvanlanıb. Sonra Bakı şəhər Baş Polis İdarəsindən sürücünün müraciətinə cavab verilib. Cavab məktubunda qeyd olunub ki, şikayət olunan polis zabitlərinin əməlləri araşdırılıb və onlardan biri Vüqar Abbasovun işdən azad edilməsiylə bağlı qərar verilib.

Onun sözlərinə görə, araşdırma zamanı məlum olub ki, həmin polis zabiti ilə bağlı dəfələrlə şikayət edilib.



Xəbər 4136 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +