Rusiya Türkiyədən “KALKA” istədi
Bu sürücülər 40 manat cərimələnəcək
Laçınlı şairin atasının sevincdən ürəyi dayandı
Gürcüstanda xəstəxanaya silahlı hücum edildi
Sabah hava necə olacaq?
Təhsil Nazirliyi vaxtı uzatdı
Paşinyan məhkəmədə uduzdu
Pentaqon İŞİD-ə qarşı bu birliyi ləğv etdi
Laçının təhsil statistikası açıqlandı
Trampın müşaviri istefa verdi


15.02.2017  11:07 

“MTN işi”ndəki şahid General Nağıyevin qohumu imiş





A+  A-

 

Hazırda Bakı Hərbi Məhkəməsində prosesi davam edən MTN generalı Akif Çovdarov və əməkdaşlarının cinayət işlərinin araşdırması zamanı yeni məlumatlar aşkarlanıb.

Məlumata görə, bugünkü iclasda dindirilmələr aparılacaq “Nəsib Əliyev epizodu” üzrə şahidlərdən biri, Ceyhun Nağıyevin Milli təhlükəsizlik nazirinin sabiq birinci müavini Əli Nağıyevin əmisi oğlu olduğu ortaya çıxıb.

Ə.Nağıyevin həmin vəzifədə olduğu dövrdə C.Nağıyev MTN-ə çağırılıb, ona borclu olan Nəsib Əliyevin pulu qaytarması istiqamətində araşdırmalar aparılıb. N.Əliyevin C.Nağıyevə və onun 2 şərikinə 650 min manat borcu olsa da, yalnız 209 min manatlıq əmlak verə bilib. Həmin paydan 118 min manatlıq əmlak Ceyhun Nağıyevə verilib, digər iki şərikə isə 500 min manatlıq ziyan qarşılığında 91 minlik mənzil verilib.

Ceyhun Nağıyev istintaqa ifadəsində bildirib ki, 2009-cu ildə Elçin Həsənzadə və Rauf Sultanovla birgə ticarət mərkəzi tikiblər, onun orada 100 min manat dəyərində payı olub. 2010-cu ildə R.Sultanov çoxlu borcları olduğu üçün obyekti satmağı təklif edib və razılaşıblar. Ticarət Mərkəzini 1,3 milyon manata İldırım Əsgərzadəyə satıblar, əvəzində isə onlara “Badu Kubə” MTK-nın tikdiyi binadan yaşayış mənzilləri verilib. 2010-cu ildə həmin mənzillərə verilən müqavilələrin saxta olduğu aşkarlanıb. İ.Əsgərzadəni axtarsalar da, tapa bilməyiblər və həmin obyektin sonradan Nəsib Əliyevə satıldığını öyrəniblər. N.Əliyevlə görüşsələr də, o, pulunun olmadığını deyib, borcu qaytaracağını bildirib. Bundan sonra onlar N.Əliyevin “Texnikabank”da işləyən oğlu Elton Əliyevi tapıblar. E.Əliyev də onlardan heç yerə şikayət etməmələrini xahiş edib və pulu qaytarcaqlarını deyib. C.Nağıyev deyib ki, bundan 2 gün sonra MTN-dən zəng edib onu nazirliyə çağırıblar. Orada ona şikayət yazmaq təklif edilsə də, imtina edib və pulunu R.Sultanovdan alacağını deyib. R.Sultanov və E.Həsənzadə isə tələb olunan şikayət ərizəsini yazıblar. Sonradan N.Əliyev də oraya çağırılmaqla 44 gün araşdırma aparılıb. N.Əliyev 650 min manat borcu olduğunu etiraf edib. MTN-in Alı və Elxan adlı əməkdaşları onlara N.Əliyevin “Yeni Yasamal” MTK-dan 209 min manat dəyərində mənzil verməsini təklif etdiyini, etiraz etdikdə isə “götürməsəniz, bunlar da əlinizdən çıxacaq” deyiblər. Şərik olan üçlü məcbur bununla razılaşıblar və MTN əməkdaşlarının təkidi ilə notariusda gələcəkdə Nəsib Əliyevdən bu işlə heç bir şikayət etməyəcəklərini bildirən müqavilə imzalayıblar. C.Nağıyev ifadəsində deyib ki, MTN-də onlarla da ittiham olunan şəxs kimi aşağılayıcı formada davranıblar.

Qeyd edək ki, General-mayor Əli Nağıyev 2011-ci ildə vəzifəsindən çıxarılıb və hazırda Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəis müavinidir.

(qafqazinfo.az)



Xəbər 2150 dəfə oxunub.




01.12.2020  12:43 

Sabah hava necə olacaq?

01.12.2020  12:28 

Təhsil Nazirliyi vaxtı uzatdı

01.12.2020  12:09 

Paşinyan məhkəmədə uduzdu

01.12.2020  09:32 

Trampın müşaviri istefa verdi


BÜTÜN XƏBƏRLƏR +