Pensiya və müavinətlər artırıla bilər?
Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək
Bellevue azərbaycanlıları... - Amerikaya getmək asandır, yoxsa orda yaşamaq?


09.02.2017  11:37 

Rəqabət böyüyür, ballar artacaq - Yeni qəbulun detalları





A+  A-

 

Təhsil eksperti Kamran Əsədov Dövlət İmtahan Mərkəzinin yeni qərarı haqda fikirlərini bölüşüb.

XəzərNews.az bildirir ki, o, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul qaydalarında edilən dəyişikliyə əsasən abituriyentlərə seçdikləri ixtisas qrupu üzrə eyni tədris ilində keçirilən bir neçə qəbul imtahanında iştirak etməyə icazə verməsi qərarı ilə bağlı “Qafqazinfo”nun suallarını cavablandırıb:

- İmtahan qaydalarında dəyişiklik edilməsinin səbəbi nədir?

- Hesab edirəm ki, son 3 il ərzində istər qəbul imtahanlarında, istərsə də təhsilin idarə olunmasında ciddi islahatlar aparılıb. Bunlar təkcə məzmun dəyişikliyi ilə nəticələnməyib, həm də təhsil göstəriciləri nəzərə çarpacaq qədər irəliləyib. Dünya təcrübəsində ildə bir dəfə keçirilən və 3 saatlıq imtahanda məzunun gələcəyinin, taleyinin həll olunması qəbul edilmir. Bu qayda abituriyentlərin imkanlarını məhdudlaşdırırdı. Ona görə də bu addım atılmalı idi.

Bundan əlavə TQDK (DİM) onsuz da il ərzində ali məktəblərə qəbul imtahanlarını iki dəfə həyata keçirirdi. Belə ki, may ayında əvvəlki illərdə məzun olmuş şəxslər, iyul ayında isə cari ilin məzunları I, II, III və IV ixtisas qrupu üzrə qəbul imtahanı verirdi. Sadəcə olaraq mayda qəbul imtahanı verən abituriyent iyulda, iyulda imtahan verən abituriyent isə mayda keçirilən qəbul imtahanında iştirak edə bilməzdi. İndi hər iki imtahanda bütün abituriyentlərə iştirak etmək imkanı verildi.

- Dövlət İmtahan Mərkəzinin məhz bu istiqamətdə həyata keçirdiyi dəyişiklik maliyyə problemlərinin həlli ilə bağlı ola bilərmi?

- Düşünürəm ki, Dövlət İmtahan Mərkəzinin il ərzində abituriyentlərin bir neçə dəfə qəbul imtahanını keçirmək təklifini verməsinə səbəb onun publik şəxs olması nəticəsində dövlət büdcəsinin vəsaitlərindən məhrum edilməsi və maliyyə gəlirlərinin az olması ilə bağlıdır. Hər il ali məktəblərə qəbul imtahanlarında 80 minə yaxın abituriyentin iştirak etdiyini nəzərə alsaq, DİM bu proseslə öz maliyyə sıxıntısını həll edə biləcək. Yəni azı beş dəfə sınaq, iki dəfə qəbul imtahanı keçirməklə özünə lazım olan vəsaiti əldə etmiş olacaq.

Kamran Əsədov 

- Bəs keyfiyyətli təhsil baxımından hansı yeniliklər ola bilər?

- Ötən müddət ərzində biliyin qiymətləndirilməsi üzrə beynəlxalq təcrübəyə əsaslanaraq, qəbul imtahanlarının məzmunu, modeli və s. ilə bağlı bir çox yeniliklərə imza atan, təcrübəsi dünya səviyyəsində qəbul olunan TQDK zaman-zaman yeni layihələrini ortaya qoyur. Bu təcrübələri gündəmə gətirməzdən əvvəl digər ölkələrin tələbə qəbulu sistemindəki qabaqcıl təcrübəsini öyrənsə də, komissiya indiyədək heç bir ölkənin qəbul sistemini olduğu kimi təlqin və tətbiq etməyib. Prosesə qlobal yanaşılmasına baxmayaraq, yeni milli modelin yaradılması üzərində işlər daim davam etdirilib və etdirilir. TQDK-nın tələbə qəbulu sistemindəki builki yenilikləri də bu baxımdan istisna deyil.

İlk növbədə hesab edirəm ki, qəbul imtahanlarının bir dəfə deyil, iki dəfə keçirilməsi abituriyentləri əlavə stressdən də qurtaracaq. Bir çox abituriyentlər ildə bir dəfə keçirilən sınaq imtahanında yüksək səviyyədə hazırlıq prosesi keçsələr də, imtahan zamanı yaşadıqları stress onların yüksək nəticələr əldə etməsinə mane olurdu.

- Bir dəfə imtahana girməklə, iki dəfə imtahana girməyin nə fərqi var?

- TQDK-nın bu qərarını görəndə şagirdlərim üçün çox sevindim. Bir şagirdin biliyini bir dəfə imtahan etməklə tam dəqiq bilmək qeyri-mümkündür. Bunu hər bir peşəkar müəllim təsdiq edər, xüsusən də məktəbdə dərs deyən və repititorluqla məşğul olan müəllimlər. Hər gün dərsə hazır olan, bütün suallara doğru cavab verən şagird bir də görürsən ki, imtahanda elə səhvlər edib ki, adamın heç inanmağı gəlmir. Başqa vaxt bəlkə də o, sualların hamısını doğru yazardı.

Həmin gün şagird özünü çox narahat hiss edə, xəstə və həyacanlı ola bilər və.s. Bu, bir psixoloji amildir və hər bir şagirddə ola bilər. Mən hesab edirəm ki, ikinci imtahanın olması o şagirdlərə bir daha şansın verilməsi deməkdir və bu qərarı çox yüksək dəyərləndirirəm.

Abituriyentlərimiz də heç də arxayın olmamalıdırlar. Çünki bu, daha böyük rəqabət deməkdir, yəni keçid balları daha çox ola bilər.

- Qəbul imtahanlarının iki dəfə keçirilməsi boş qalan plan yerlərinə təsir göstərə bilərmi?

- Ali məktəblərin plan yeri abituriyentlərin qəbul imtahanında topladıqları ballar nəticəsində dolur və ya boş qalır. Hər il keçid balını toplayanların sayının plan yerindən az olması elə yerləşdirmənin birinci mərhələsində boş plan yerlərinin qalması ilə nəticələnirdi. Amma indi iki dəfə imtahan olacağına görə keçid balı toplayanların sayı ciddi şəkildə çoxalacaq ki, bu da müsabiqə vəziyyətinin artmasına, belə deyək ki, qəbul ballarının artmasına səbəb olacaq. Bundan başqa keçid balını toplayanların sayı ciddi şəkildə artacağına görə ali məktəblədə plan yeri tam şəkildə dolacaq və boş yerlərin qalması problem olmayacaq.

- Dünya təcrübəsində qəbul imtahanlarının bir neçə dəfə keçirilməsi prosesi mövcuddurmu?

- Əlbəttə ki, var. Bu gün dünyanın ən nüfuzlu universietlərinin qəbul etdiyi beynəlxalq imtahanlar var. İELTS, SAT, TOEFL, YÖS kimi. Bu imtahanlar il ərzində bir neçə dəfə keçirilir. İELTS imtahanı hətta Azərbaycanda belə il ərzində 30 dəfədən çox keçirilir. Bir İELTS imtahanın qiyməti 255 AZN-dir. Siz hətta 30 dəfə ayrı-ayrı bu xidmət haqqını ödəyib imtahanda iştirak edə bilərsiniz və əldə etdiyiniz ən yüksək nəticələrlə ali məktəblərə müraciət edə bilərsiniz. Bu, adını çəkdiyim digər imtahanlara da şamildir.

- İmtahan vaxtları hansı aylara təsadüf edə bilər?

- Nəzərə alsaq ki, yeni qaydalara görə bir neçə il əvvəl olduğu kimi qəbul imtahanlarında əvvəlki illərin məzunları cari ilin məzunları ilə birlikdə imtahan verəcək. 11-ci siniflər 14 iyun tarixində orta məktəbi bitirəcəklər. Və bundan sonra regionlar üzrə buraxılış imtahanları keçiriləcək ki, bu da bütün ölkə ərazisində iyun ayının sonuna qədər keçirilib qurtaracaq. Bu o deməkdir ki, cari ilin məzunları təhsil aldıqları müddətdə qəbul imtahanında iştirak edə bilməzlər və deməli, birinci qəbul imtahanının iyun ayında olması inandırıcı görünmür. Ən tez halda birinci qəbul imtahanının iyul ayında olacağını düşünürəm. Beynəlxalq və yerli təcrübəyə əsasən abituriyentlərin bir imtahanı ilə digəri arasında azı bir ay vaxt fərqi olduğunu nəzərə alsaq, ikinci qəbul imtahanı avqust ayında ola bilər.

Bu zaman qəbul imtahanlarını həyata keçirən DİM sənəd qəbulu və ixtisas seçiminə verdiyi vaxtı qısaltmalıdır ki, avqust ayının sonuna qədər həm əsas yerləşdirmə, həm əlavə qəbul, həm də tələbələrin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı tədris ili başlayana qədər başa çatsın.

- Qəbul imtahanlarının iki dəfə keçirilməsi abituriyentlərin imtahan qrafikini sıxlaşdıra və hətta imtahanlar arasında vaxt toqquşması yarada bilərmi?

- Bu, çox aktual bir məsələdir. İlk növbədə baxaq ki, cari ilin məzunu qəbul imtahanına qədər hansı imtahanlar verir. Misal üçün, rus bölməsinin şagirdi azı bir uğursuz nəticə əldə edərsə, iki dəfə Azərbaycan dilindən imtahan verəcək. Yeni dəyişikliyə görə, şagirdlər seçdiyi ixtisas qrupu üzrə iki dəfə qəbul imtahanı verəcəklər. Bundan başqa, bildiyiniz kimi keçən il I, II, III və IV ixtisas quruplarından birini seçmiş abituriyentlər həm də V ixtisas qrupunu seçib imtahan verirdilər. Doğrudur, cari ilin məzunları ayrıca V qrup imtahanı vermirdilər, onların buraxılış imtahanlarının nəticələri V qrupun nəticəsi kimi qəbul edilirdi. Amma əvvəlki illərin məzunları ayrıca V qrup imtahanı verirdilər. Belə çıxır ki, I, II, III və IV ixtisas qruplarından birini seçmiş abituriyentlər həm bu ixtisas üzrə iki dəfə qəbul imtahanı verəcəklər, həm də V ixtisas qrupu üzrə. Bu zaman cari ilin məzunlarının hüququ tapdanmış olur. Çünki onlar buraxılış imtahanını bir dəfə verirlər.

Bundan başqa, abituriyentlər imtahanlara səmərəli hazırlaşmaq üçün DİM (TQDK) tərəfindən keçirilən azı beş dəfə sınaq imtahanında iştirak etməlidirlər. Bu, o deməkdir ki, abituriyentlər aprel ayından etibarən hər bazar günü bu və ya digər sınaq – qəbul imtahanlarında iştirak etməlidirlər.

Belə olan halda düşünürəm ki, buraxılış imtahanları keçirilməyəcək. Yalnız iki dəfə keçirilən qəbul imtahanlarında müəyyən edilmiş bal həddini keçmiş şəxslər attestatla təmin olunacaq.

- İki imtahanın nəticələri toplanacaqmı? Yoxsa sonuncu nəticə əsas olacaq?

- Nəticələr toplanmayacaq. Abituriyent iki imtahanda iştirak edəcək . Məsələn, birində 250 bal, o birində isə 300 bal toplayacaq. O daha üstün imtahan nəticəsi ilə ixtisas seçimində iştirak edəcək. Bu, kifayət qədər qəbul prosesindən sonra ixtisas seçimini qəlizləşdirəcək. Yəni abituriyentlər daha çox diqqətli olmalıdır və peşəkarlara müraciət etməlidir. Əvvəlki illərin statistik göstəriciləri kömək etməyəcək.

- Bəs iki imtahanda da iştirak etmək məcburi ola bilərmi?

- İmtahanda iştirak etmək həmişə könüllü əsaslarla olub. Bu imtahanda da belə olacaq. Abituriyentlər istədiklərində iştirak edə bilərlər. Hətta birincidə iştirak etmədən ikincidə iştirak etmək də mümkündür. Çünki son elektron ixtisas seçiminə bir imtahan nəticəsi tələb olunur. Fərqi yoxdur, birinci imtahan, yoxsa ikinci imtahan. Abituriyentlər qəbul imtahanlarında iştirak etmək üçün bir dəfə qeydiyyatdan keçəcəklər və bu qeydiyyat əsasında hər iki imtahana buraxılış əldə edəcəklər. Ancaq düşünürəm ki, bir imtahanda iştirak etməklə iki imtahanda iştirak etmək arasında xidmət haqqı fərqi olacaq.

Hesab edirəm ki, bir imtahanın dəyəri 10 manat ikisində iştirak zamanı isə bu rəqəm 15 manat olacaq. Bunu bir dəfəyə ödəyənlər hər iki imtahanda iştirak etmək hüququ qazanacaqlar.

- Belə çıxır ki, artıq yeni dəyişikliyə görə boş qalan yerlərə qəbul üçün keçirilən mərhələ olmayacaq?

- Bu prosesin olmasını məcbur edən amil o idi ki, birinci yerləşmədə plan yerləri dolmurdu. Ona görə də TQDK (DİM) məcbur qalıb əlavə yerləşdirmə həyata keçirirdi. İxtisas seçiminə buraxılan abituriyentlərin sayı plan yerindən az olduğuna görə nə qədər əlavə qəbul keçirilsə belə, yenə də boş qalırdı. Amma indi iki imtahanda iştirakdan sonra daha çox abituriyent keçid balını toplayıb ixtisas seçiminə buraxılacaq. Bu, o demək deyil ki, əlavə qəbul aparılmayacaq. Bu, yenə də olacaq. Çünki abituriyentlər ilkin olaraq daha üstün yerləri seçirlər. Amma bu zaman ən çox bal toplayan həmin yerə qəbul olur. Abituriyentlər tərəfindən həmişə az seçim edilən ixtisaslar və universitetlər var ki, bu məsələ boş qalan yerlərin yaranmasına da səbəb olur. Boş yerləri abituriyentlər ikinci yerləşdirmədə məcburən seçib qəbul olurlar. Bütün hallarda bu il olduğu kimi yüksək sayda boş plan yerləri əlbətdə ki, qalmayacaq.



Xəbər 1192 dəfə oxunub.




29.03.2024  11:23 

Kimlər hakim ola biləcək?

29.03.2024  11:00 

Lavrov Paşinyanı ittiham edib

29.03.2024  10:37 

Ombudsman bəyanat yayıb

29.03.2024  10:28 

Tanınmış jurnalist vəfat edib

28.03.2024  23:50 

Yevlaxda yol qəzası baş verib

28.03.2024  19:08 

Bişkekdə güclü fırtına

28.03.2024  18:58 

Sabah bu rayonda qaz olmayacaq

28.03.2024  17:41 

Rahib Əliyev vəfat edib


BÜTÜN XƏBƏRLƏR +