İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili


08.02.2017  12:59 

Vidadi Zeynalov hakimin qarşısına şərt qoydu - "Maliyyə məsələləri araşdırılandan sonra ..."





A+  A-


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib

XəzərNews.az xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə Vergilər Nazirliyinin nümayəndəsi Nail Xəlilov nazirlik tərəfindən təqsirləndirilən şəxslərə qarşı irəli sürülən mülki iddiadan imtina edildiyini bildirib. Onun sözlərinə görə, təqsirləndirilən Emin Məmmədovun rəhbəri olduğu “Rabitə Mülki Tikinti” MMC və təqsirləndirilən Bayram Vəliyevin rəhbəri olduğu “Təmir Təchizat Servis”in vergi borcları yoxdur.

Sonra prosesdə şahidlər ifadə verib. Həsən Orucov bildirib ki, 2004-cü ildən Ağstafa filialında rəis işləyib. O istintaqa verdiyi ifadəsini təsdiq edib.

Vaqif Hacıyev isə deyib ki, tikinti şirkətinin rəhbəri olub. Onun sözlərinə görə, tenderlərdə qalib gəldikdən sonra ayrılan vəsaiti təqsirləndirilən Oktay Rüstəmova verib.

O. Rüstəmov isə ondan pul almadığını deyib:”İndi şahid burada danışır, mən ad çəkmək istəmirəm. Bu şahidi 2007-ci ildən tanıyıram. Pulu kimə verib. Qoy desin”.

Təqsirləndirilən Vidadi Zeynalov isə deyib ki, şahid Vaqif Hacıyev nazirin göstərişi ilə tenderlerdə iştirak edib.

Sonra hakim bildirib ki, bir neçə şahidlə bağlı məhkəməyə ərizə daxil olub. Həmin ərizədən məlum olub ki, şahidlərdən biri ölkədən qaçıb, buna səbəb həyat yoldaşı ilə boşanması və aliment ödəməməsidir. Digər şahidlərdən biri vəfat edib, bir neçəsi isə xəstələnib və bu səbəbdən prosesə gələ bilmirlər.

Vidadi Zeynalov deyib ki, prosesdə daha ciddi məsələləri araşdırmaq lazımdır: ”İttiham aktında çox qüsurlar var, həmin qüsurlu məsələləri araşdırmaq gərəkdir”.

Hakim isə Vidadi Zeynalova ifadə verməyi təklif edib. Vidadi Zeynalov deyib ki, işdə olan maliyyə məsələləri araşdırılandan sonra ifadə verəcək.

Hakim bildirib ki, V. Zeynalov məhkəmədə ifadə verməkdən imtina etsə, onun ifadəsi elan oluna bilər.

Daha sonra Beytulla Hüseynova yeni vəkil təyin olunduğu elan olunub. B. Hüseynov vəkilinin suallarını cavablandıraraq, bildirib ki, işlərin görülməsi üçün nazirin razılığı olub.

Digər təqsirləndirilən Bayram Vəliyev bildirib ki, tenderlərdə iştirak etmək üçün rəsmi icazəsi olub. O qeyd edib ki, nəzərdə tutulan işlərin hamısı görülüb.

Beytulla Hüseynovun vəkili təqsirləndirilən Bayram Vəliyevə görülən işlərdə qiymətlərin şişirdilməsi ilə bağlı suallar verib. Bayram Vəliyev qiymətlərin şişirdilməsi ilə bağlı sualları cavablandırmaqdan imtina edib.

Sonra şahid qismində Nürəddin Kərimov ifadə verərək deyib ki, Samux telefon qovşağının rəisi vəzifəsində çalışır. O ibtidai istintaqa ifadəsini təsdiq edib.

Proses fevralın 15-də davam etdiriləcək.

Qeyd edək ki, həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynovun 2009-2015-ci illərdə arvadının təsisçisi olduğu “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev, yaxın münasibətlərdə olduğu “3 nömrəli Rabitə Təmir Tikinti”, “Rabitə Mülki Tikinti” MMC-lərinin direktoru Emin Məmmədov və birliyin baş mühasibi Anar Mustafayevlə qabaqcadan əlbir olub yeni rabitə xətlərinin çəkilməsi, binaların, qurğuların təmiri-tikintisi və sair işlərin yerinə yetirilməsi üçün onların hesablaşma hesablarına köçürüləcək pul vəsaitlərinin işlərin həcmindən asılı olaraq 35-45% həcmində hissəsinin nağdlaşdırılaraq B. Hüseynovun özünə verilməsi barədə razılığa gəliblər. B. Hüseynov tabeliyində olan qovşaqların formal olaraq keçirdikləri tenderlərdə vəzifə saxtakarlığı ilə həmin məhdud məsuliyyətli cəmiyyətlərin qalib elan olunaraq müqavilələr bağlanmaqla və faktiki işlərin tam icra olunmadığı halda, o cümlədən internet xidmətinin təmin edilməsi üçün fiber-optik kabel xətlərinin çəkilişi zamanı işlərin faktiki olaraq telefon qovşaqları tərəfindən aparıldığı halda guya həmin işlərin faktiki özünə məxsus olan müəssisələr tərəfindən görülməsi və işlərin həcminin artırılması barədə saxta sənədlərin tərtib edilməsi yolu ilə adıçəkilən MMC-lərin hesabına köçürülmüş ümumilikdə 71 milyon 263 min manat məbləğində vəsaitin 21 milyon 379 min manatını mənimsəməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmalarında şübhələr üçün əsaslar müəyyənləşib.

Nazirliyin Aparat rəhbəri Vidadi Zeynalovun qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdə olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat vəsaitin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməsində şübhələr üçün əsaslar müəyyən edilib.

Cinayət işi üzrə nazirliyin strukturuna daxil olan “Aztelekom” MMC, “AzİnTelekom” MMC, “Azərpoçt” MMC, Məlumat Hesablama Mərkəzi və özəl şirkət “Optik Rabitə Tikinti və Quraşdırma” MMC-nin fəaliyyətində də mənimsəmə və israf etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı faktları müəyyənləşib.

İş üzrə Beytulla Hüseynov, Anar Mustafayev, Emin Məmmədov, Bayram Vəliyevə və “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), Vidadi Zeynalova, həmçinin “AzİnTelekom” MMC-nin baş direktoru Cəlil Cəfərova, “Azərpoçt” MMC-nin baş direktoru Qəmbər Bəybalayevə və “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədova həmin məcəllənin 179.3.2 və 308.2-ci, MMC-nin baş mühasibi Səhrab Hümbətova isə 179.3.2, 308.2 və 313-cü maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.



Xəbər 1126 dəfə oxunub.




24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib

22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı


BÜTÜN XƏBƏRLƏR +