Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı


08.02.2017  11:02 

Nazirdən sərt MESAJ: “Tələbə kreditləri gəlir götürmək üçün deyil”





A+  A-


"Ali təhsil müəssələrinin xərclərinin 82 faizi əmək haqqlarına sərf edilir".

XəzərNews.az xəbər verir ki, bunu "Maarifçi" Tələbə Kredit Fonunun fəaliyyəti və Azərbaycanda tələbə kreditləri" mövzusunda tədbirdə çıxışı zamanı təhsil naziri Mikayıl Cabbarov deyib.

Onun sözlərinə görə, yerdə qalan vəsait digər məsələlərin probleminə yönəlməlidir:

"Tələbə krediti yaratmaqda əsas məqsəd hər hansı bir şəkildə gəlir götürmək deyil, tələbələrin bu proqramdan yararlana bilməsidir. Qeyd edim ki, 103 tələbə artıq tələbə kreditindən istifadə edib".

Mikayıl Cabbarov bildirib ki, əsas məqsəd Azərbaycanın ali təhsil sisteminin infrasturukturunu yaxşılaşdırmaqdır:

"2013-cu ilin biz sisteminin islahatı barədə müzakirə apararkən əsas məqsədimiz təhsil sistemində inkişafa nail olmaq olub. Dövlət təhsil müəssəsinə tələbə təhsil haqqını ödəyir. Alı təhsil müəssisəsinin yeganə mənbəyi təhsil haqqıdır. Son 5 ildə yeni məqsəd var. Onlar mövcud olan imkanları vasitəsilə müəyyən edilib".

Təhsil naziri qeyd edib ki, dünyada ali təhsil səviyyəsində təhsil alanlar indiki qədər olmayıb:" Onun üçün biz əvvəlcə təhsil infrastrukturun yaratmalı, sosial qrupun ali təhsil müəssisələrinə çıxışını təmin etməliyik. Tələbə kreditlərinin mövcud olmaması ictimaiyyətin gündəmindədir. Qeyd edim ki, son illər ərzində ali təhsil müəssisələrimizin uğurlu layihələri var. Bu layihələrdə istedadlı tələbələrimiz iştirak edir".



Xəbər 887 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib


BÜTÜN XƏBƏRLƏR +