Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı


07.02.2017  18:41 

Azərbaycanlı diaspor rəhbəri erməni icma rəhbərilə işbirliyini TƏSDİQLƏDİ





A+  A-


Ukraynada azərbaycanlı diaspor rəhbəri Rövşən Tağıyevlə erməni icma rəhbərinin devrilmiş prezident Yanukoviç tərəfdarlarına qoşularaq yeni partiya yaratması barədə məlumat yayılıb.

Ukraynadakı azərbaycanlıların göndərdiyi məlumata əsasən Rövşən Tağıyev də  inqilab yolu ilə devrilmiş prezident Viktor Yanukoviçin tərəfdarlarının ermənilər ilə birgə yeni yaratdığı partiyaya qoşulub. Partiya Viktor Yanukoviçin hakimiyyətində Ukraynanın xarici işlər naziri işləmiş Leonid Kojaranın rəhbərliyi ilə yaradılır. Qeyd edilir ki, bununla bağlı təsis konfransı da keçirilib və partiya bu yaxınlarda rəsmən elan olunacaq. Eks-nazir L.Kojaranın rəhbərliyi ilə keçən tədbirdə Rövşən Tağıyev, onunla yaxın dost olduğu iddia olunan Ukrayna Erməniləri Milli Konqresinin sədri Aşot Avanesyan və digər Yanukoviç tərəfdaları iştirak ediblər. Yeni siyasi partiyanın Rusiyanın dəstəyi ilə yaradıldığı, Yanukoviç tərəfdarlarının bu partiya ilə indiki Ukrayna hakimiyyətinə qarşı yeni siyasi cəbhə açdığı elan olunub. Partiyanın adı Ukrayna Sosial-Demokrat Partiyasıdır. Bildirilir ki, partiya Ukraynada inqilabdan sonra zəifləmiş Rusiya maraqlarını bərpa etməyə xidmət göstərəcək, Avrointeqrasiya əleyhinə siyasi xətt götürəcək.

Sayt məsələ ilə bağlı diaspor rəhbəri Rövşən Tağıyevlə əlazə saxlayıb. Onun yayılan xəbərə cavabı belə olub:

“Çirkin kampaniya ilə bağlı haqqımda yazılanlar mənə maraqlı deyil. Bilirəm ki, bu məsələlər Kiyevə bir nəfər tərəfindən ötürülür. Çünki həmin şəxsin  jurnalist dostları var. Hansı ki, yeni il qabağı həmin jurnalistlərə burda yeyib-içmək təşkil edib.  

Guya ki, mən erməni diasporunu gedib təbrik etmişəm. Halbuki, bu Bakı restoranında olan azsaylı millətlərin, dövlət məmurlarının iştirakı ilə 45 millətin qatıldığı tədbir idi. Orada erməni diasporunun rəhbəri və digər millətlərin nümayəndələri olub.

Leonid Kojaraya  gəlincə, onunla  tanışam. O xarici işlər naziri olub. Həmin partiyanı da o yaradıb. Biz partiyanın yaradıcısı deyilik. Sadəcə, ictimai xadim kimi partiyaya dəvət olunmuşuq. Poroşenkonun da partiyası ilə münasibətimiz olub. Haqqımda yayılan informasiyaların arxasında bir azərbaycanlı dayanır. Həmin o şəxs və onun kimi insanlar Azərbaycan dövlətçiliyi adına ləkədirlər”. 

Rövşən Tağıyev ermənilərlə birgə olan şəkillərinə də aydınlıq gətirib.

“Şəkilə diqqətlə baxsaz, görərsiniz ki, orada Kojara və 20-dən artıq millətin nümayəndələri var. Mənim də şəklim ola bilər. Bir daha deyirəm ki, həmin şəxsin dəstəyi ilə barlara, saunalara gedən jurnalistlər bu gün mənə qarşı yazılar yazırlar. Sadəcə olaraq, demək istəyirəm ki, haqqımda yazılar yazdıran həmin şəxs, ətrafında olan insanlar Azərbaycan dövlətçiliyinə qarşı müxalifətdə olan insanlardır. Biz burda azərbaycanlı olaraq dövlətimiz adına çalışırıq və xidmət göstəririk”.

(modern.az)



Xəbər 1312 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib


BÜTÜN XƏBƏRLƏR +