Qobuda dəhşətli qəzanın... - Videosu
Bəzi qanunların dili olduqca çətindir - Sabir Rüstəmxanlı
Mehdiyev-Kərimli birliyi: Gizli əlaqələr, birgə “layihə“lər...
Büdcəyə gömrük daxilolmaları niyə azalıb?
Kimlərə 8 min manat müavinət veriləcək?
Tibbi Sığorta ilə dərmanları necə alacağıq?
Prezident Əliyev Əraqçı ilə nədən danışıb?.. - QƏBUL
Şüeyb Bəhmən yenə cəfəng iddialar səsləndirib
Pirəkəşkül və Ağdərədə partlayış olacaq - Rəsmi
Əraqçi Prezident İlham Əliyevlə görüşüb


07.02.2017  11:00 

Millimizin sabiq hücumçusu Türkiyə klubunu çalışdıracaq





A+  A-

 

Azərbaycan millisinin sabiq voleybolçusu İnessa Qorxmaz karyerasını məşqçi kimi davam etdirəcək.

XəzərNews.az apasport.az-a istinadən xəbər verir ki, 45 yaşlı mütəxəssis Türkiyənin Sultanlar Liqasında çalışacaq.

O, “Nilüfer Belediyespor” klubu ilə anlaşıb. Qorxmaz artıq komandanın prezidenti Muhammet Aydınla birgə müqaviləni də imzalayıb. Rusiya əsilli təmsilçimiz ən azı mövsümün sonuna kimi bu komandada işləyəcək.

Qorxmaz bir həftə öncə komandaya qoşulsa da, Rusiya Voleybol Federasiyası onun sənədlərini bir qədər gec göndərib. Buna baxmayaraq, bir qədər öncə Bakıda FİVB məşqçilərinin II kateqoriyası üzrə kursu bitirən sabiq hücumçu hesabat turunda komandasını “Vakıfbank”la oyuna da çıxarıb.

“Nilüfer Belediyespor” 14 turdan sonra 12 komanda sırasında sonuncudu. Onların hesabında 6 xal var.

Qeyd edək ki, 2001-2004-cü illərdə “Azərreyl”in də şərəfini qoruyan İnessa Bakı klubu ilə “Top-komandalar” kubokunu qazanıb.

 



Xəbər 3429 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +