Müdafiə Nazirliyində yeni təyinat
Bakıda 553 küçə dezinfeksiya edildi
Daha 10 şagirddə koronavirus aşkarlandı
Yoluxanların sayı artdı
Qanunsuz özəl mühafizə fəaliyyəti aşkarlandı
Ermənilər atəşkəsi 48 dəfə pozdu
Ər-arvad evində bıçaqlandı
Xarkovda matəm elan olundu
İctimai nəqliyyat iki gün işləməyəcək
Baş Nazirdən təhsillə bağlı yeni qərar


06.02.2017  16:17 

Bakıda işıq sayğacı qaz turbasına “skoçlanıb” - Onlarla ev PARTLAYIŞ təhlükəsində+FOTOLAR





A+  A-


Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Əliheydər Qarayev küçəsindəki evlərdə yaşayan əhali təhlükədədir.

XəzərNews.az bildirir ki, bu barədə BakiPost.az-a həmin ərazidə yaşayan sakinlər məlumat verib. Onların sözlərinə görə, Ə.Qarayev küçəsindən keçən qaz turbasına işıq sayğacı quraşdırılıb. Sakinlər işıq sayğacının qaz turbasına quraşdırılmasının hər an fəlakətə səbəb ola biləcəyini düşünür: "İşıq sayğacını küçədə qaz turbasına az qala "skoçlayıbar". Hər şey də açıq-aşkar şəkildə çöldədir. Sayğacda qığılcım olsa, yaxud qaz turbasında sızma olsa, güclü partlayış ola bilər. Partlayış da olsa, küçədəki bütün evlərə ziyan dəyəcək. Çünki həmin turba hamının evinin yanından keçir. Ölüm olsa, kim cavab verəcək buna?”

Küçə sakinləri bildirir ki, bununla bağlı işıq sayğacının sahibi 2 dəfə "Azərişıq”a müraciət edib: "Ev sahibi müraciət edib, 2 dəfə də idarədən əməkdaşlar gəlib. Deyiblər ki, pul verin, sayğacı turbadan ayırıb, təhlükəsiz yerə quraşdıraq. Bu gün də bir əməkdaşları gəlmişdi. Deyir, bu sayğac çox təhlükəlidir. Bu cür işlətmək qəti şəkildə olmaz. Hər yerindən "skoç" sallanır. Ev yiyəsi deyib ki, onda köçürün. Cavab verib ki, mən köçürə bilmərəm, plombu qırılar. Bəs kim köçürsün? "Azərişıq” öz işini görmək üçün camaatdan pul istəyir. Bu qədər camaat da hər an hansısa partlayış ola bilər düşüncəsiylə yaşayır”.

Əliheydər Qarayev küçəsində qaz turbasına sancılmış sayğacın fotolarını təqdim edirik:





Xəbər 476 dəfə oxunub.




26.09.2020  17:12 

Rusiyada rekord göstərici

26.09.2020  16:49 

Yoluxanların sayı artdı

26.09.2020  14:06 

Livanın Baş Naziri istefa verdi

26.09.2020  11:25 

Ər-arvad evində bıçaqlandı

26.09.2020  10:07 

Xarkovda matəm elan olundu


BÜTÜN XƏBƏRLƏR +