Mehdiyevin kürəkəninə ağır ittiham... - Hər il 10 milyon manatı ölkədən çıxarır
Belə absurd sübut olar? - İlqar Mustafayevin məhkəməsi...
Moldovada parlament seçkilərinin nəticələri açıqlanıb
“Kəpəz”in susqunluğu... - Adnan icazə vermir? - Jurnalist
Putin əsgər toplayır: 135 min nəfər hərbiyə çağırılacaq
“Bakılı oğlanlar“ın üçü də ürəkdən ölüb...
Cabir İmanov məşq prosesində vəfat etməyib - Məşq yoldaşı
Sanksiyalar İranın “nəfəsliklərini“ tutacaq - Politoloq
Parisdə Natavan poeziya məclisi keçirilib - Foto
Cabir İmanov idman zalında vəfat etdi


02.02.2017  16:53 

“Könüllü tələbələrin güzəştə ehtiyacı yoxdur” - Təhsil naziri





A+  A-


Bu il Azərbaycanda təşkil İslam Həmrəylik oyunları və Formula 1 Azərbaycan Qran Prisi yarışlarının tədris prosesinə təsiri təsiri ilə bağlı danışan təhsil naziri Mikayıl Cabbarov bildirib ki, bu məsələ barədə müzakirə olunmayıb.

 “Beynəlxalq idman yarışlarının keçirildiyi coğrafi məkanların yaxınlığında yerləşən təhsil müəssisələrində bu məsələyə baxıla bilər. Hazırda bu istiqamətində müəyyən işlər həyata keçirilir. Bu məsələlərdə biz cəld hərəkət edirik və həmin təhsil müəssisələrinin rəhbərlikləri ilə Təhsil Nazirliyi daimi əlaqə yaradır."

XəzərNews.az xəbər verir ki, nazir beynəlxalq idman yarışlarında iştirak edəcək könüllü tələbələrə tədris və imtahanı zamanı hər hansı güzəştlərin ediləcəyi ilə bağlı verilən suala cavab verərək bildirib ki, Könüllü təhsil təcrübəsi əslində təhsil təcrübəsinin bir növüdür.

 "Düşünmürəm ki, könüllü tələbələrin imtahanlarda hər hansı bir güzəştə ehtiyacı var. Keçmişdə biz könüllülərlə bağlı belə müraciətlərlə qarşılaşmamışıq. Bu məsələlər ali təhsil müəssisələri ilə birlikdə sivil qaydada həyata keçirilir."



Xəbər 2984 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +