Baş nazirin evində yanğın baş verib
Bu ərazilərdə yaşayanlara XƏBƏRDARLIQ: Sabah...
Ərdoğan Zelenski ilə telefon danışığı aparıb
Pensiya alanlara YENİ XƏBƏR: Öz pensiyanızdan imtina edib...
“Son zəng“ə görə pul tələb etdi, məktəbdən qovuldu -VİDEO
Yaşar Gülər Azərbaycana səfər edəcək
PKK-a silahı yerə qoydu: Siyasi və ideoloji mübarizə isə...
“Qarabağ“ bir ildə 21 milyona yaxın pul xərcləyib
İcra başçısı özü haqqında sənədli film çəkdirib?
Putin günün sonuna qədər... - Vaxt daralır


01.02.2017  19:02 

Sağlam bədən, yoxsa sağlam ruh?





A+  A-


Belə bir deyim var: “sağlam bədəndə sağlam ruh olar”.

İfadə olunan fikrin bu sayaq deyilişi (nə qədər şablon görünsə də) ilkin mahiyyətinə xarakterikdir və düzgün ifadə forması hesab oluna bilər – yəni bədən sağlam olsa, ruh da sağlam olar. Bu, deyilən sözün ilkin məntiqi nəticəsidir, deyildiyi kimi də qəbul olunur – bunu yekun nəticə kimi qəbul etsək, fikir fərqliliyi alınar və təbii sual yaranar: fiziki sağlamlığını ömrünün hansısa mərhələsində, yaxud doğuluşdan itirmiş birisinin sağlam ruh daşıyıcısı olduğunu inkar etməliyikmi? “Xeyr” deyərək bu inkarı inkar edəcəyik. Lakin nəticə öz nəticəliyində qalır və ilkin deyilişdən tamam əks nəticə alınır: “fiziki qüsurlu (xəstə) bədəndə xəstə ruh olar”.

Məntiqə əsaslansaq, tamam fərqli nəticə ilə qarşılaşarıq. Məs., birinin bədəni olduqca sağlamdır, ruhu isə başdan-ayağa çirkablıqlar içindədir – yəni, bütün sağlam bədən daşıyıcılarında sağlam ruh olmaya bilər. Nəticədə, “sağlam bədəndə sağlam ruh olar” ifadəsini belə şəxs(lər)ə aid etməyəcəyik. İnsan anadangəlmə fiziki qüsurlu ola bilər, bu təbii haldır. Amma onda elə bir ruh yüksəkliyi, həyat eşqi müşahidə edilə bilər ki, özünü hər mənada sağlam hesab edənlər də heyrətlənər. Bunun dəfələrlə şahidi olmuşuq. Bədən formasına görə ruhun ölçü vahidini müəyyənləşdirmək və ya bədənin sağlamlıq əmsalını bu sayaq səciyyələndirmək insanı yalnış istiqamətə yönəldir. Sağlam bədənin sağlam ruh formalaşdırması deyimi məntiqi olaraq özünü tam olaraq təsdiqləmir. Çünki bədən mahiyyətcə formaldır, əsas ruhun bədənə təsiri və insanı formalaşdırmasıdır.

Qurani-kərim də ruhi sağlamlığı önə çəkir və bunu insanın formalaşmasında, ömrün müəyyən mərhələlərində kamiliyə çatmasında ən vacib şərt kimi səciyyələndirir. Bu, tarixin bütün dönəmlərində özünü təsdiqləyib – xəstə təfəkkürə (ruha) malik sağlam bədən sahibləri xəstə cəmiyyətin rüşeymi kimi qəbul olunub. Burdan belə bir məntiqi nəticə alınır: ruh sağlam olarsa, bədən də sağlam olacaqdır. Sağlam ruh sağlam bədən formalaşdırır. Fiziki qüsurlar ruhun sağlamlığına dəlalət edə bilməz. İnsan vücudunun ruh və bədənin vəhdətindən yarandığını, bədəni hərəkətə gətirən qüvvənin ruh olduğunu əsas götürsək, o zaman cismin (bədənin) ruha təsirinin heç də deyildiyi kimi əsas vasitə olmadığının, həmçinin şərti də olsa, “sağlam bədəndə sağlam ruh olar” deyiminin bütünlükdə özünü təsdiqləmədiyinin şahidi olarıq. Amma hər ikisi – həm ruh, həm də bədən sağlam olsa, əlbəttə gözəldir.

Bu, ilahi bir nemətdir, hamıya nəsib olmur.

 

Vasif Hüseynov



Xəbər 3948 dəfə oxunub.




12.05.2025  17:32 

Roma Papası Türkiyəyə gedir

12.05.2025  13:00 

Gələn ay 13 gün iş olmayacaq

12.05.2025  12:54 

Sabah Bakıda yağış yağacaq


BÜTÜN XƏBƏRLƏR +