“Meydan” TV işi üzrə məhkəmə başlayır
Azərbaycanda minimum pensiya 2,9 dəfə artıb
Koxalski “Qarabağ“dan gedir?
Canlıda nalayiq ifadələr işlətdi...-Saxlanıldı
Rəqəmsal İqtisadiyyat Strategiyasının qəbulu niyə illərlə uzanır?
Xalq şairi xəstəxanaya yerləşdirilib
Əhalinin 95%-i sığorta ilə əhatə olunacaq - Nazir
Nazir bu rəisləri vəzifədən azad etdi
Rusiya sülh danışıqlarına hazırdır, amma... - Peskov
Polkovnik İlqar Quliyev vəfat edib


02.12.2025  17:10 

Sahil Babayevi tənqid etdi: Bunun adına güzəşt, imtiyaz deyirsiz?





A+  A-

“Azərbaycan gəlir vergisinin dərəcəsini 50 % aşağı salır. Qanuna dəyişiklik edilməsəydi 2 500 manata qədər gəlir 14 %-lə, 2500 manatdan artıq gəlir isə 25 %-lə cəlb ediləcəkdi. Lakin Azərbaycan hökuməti yenə də özəl və qeyri-neft-qaz sektorunun inkişafını, bu sektorun ehtiyacını nəzərə alaraq növbəti böyük güzəştli rejim tətbiq edir, 14 %-lik vergini 7 %-ə salırıq. Özü də bunu tədricən edirik. Bu, çox böyük bir güzəştdir və Azərbaycan hökumətinin özəl sektorun inkişafı üçün yaratdığı növbəti imtiyazdır”.

XəzərNews.az xəbər verir ki, maliyyə naziri Sahil Babayevin bu açıqlamasını sərt tənqid edən iqtisadşı Natiq Cəfərli qeyd edib ki, 2019-cu ilə qədər, yəni, güzəştləri tədbiq etməyə başlayanda, özəl və qeyri-neft sektorunda çalışanlar maaşdan (gəlirdən) DSMF-ə cəmi 3% ödəniş edirdilər.

“Hökumət 7 illik güzəşt tədbiq etdi – insafən, qərarın özü çox doğru idi, amma, hədəflərinə çatmadı. İndi isə güzəşt ləğv edilir, yaxın 3 ildə 2500 manat qədər maaş alanların gəlir vergisi 7%-ə qədər artırılır, amma, DSMF-ə ödənişlər elə 10% qalır axı! Yəni, 2019-a qədər 3% idi, sonra 10% oldu, indi vergi 7% olursa, yenə DSMF ödənişləri 10% olaraq qalır! Bundan başqa, 2019-cu ilə qədər 2% icbari tibbi sığorta, 0,5% isə icbari işsizliyin sığorta haqqı, yəni, vergisi yox idi!

Yəni, 2019-cu ilə qədər işçinin 14% vergi, 3% DSMF ödənişi var idi – cəmi 17% ödəyirdi. İndi isə, yaxın 3 ildə 2500 manata qədər maaşı olanlar 10% DSMF, 7% vergi, 2% tibbi, 0,5% işsizlik vergisi ödəyəcək, yəni, cəmi ödənişi 19,5% olacaq! Nə qədər idi – bəli, 17%, nə qədər olacaq – bəli, 19,5%, bunun adına güzəşt, növbəti imtiyaz deyirsiz? Niyə ağa-qara deməklə məşğulsunuz ki?!”, -deyə N.Cəfərli əlavə edib.

Xəbər 309 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

02.12.2025  17:07 

Koxalski “Qarabağ“dan gedir?

02.12.2025  15:36 

Polkovnik İlqar Quliyev vəfat edib

02.12.2025  14:31 

Əli Əsədov yeni qərar imzalayıb

02.12.2025  14:11 

Metroda ixtisarlar aparılır


BÜTÜN XƏBƏRLƏR +