Donald Tramp bəyanatla çıxış edəcək
Əli Əsədov yeni qərar imzalayıb
Polis “Zuerx” platformasına qarşı əməliyyat keçirib
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər?
Əli Kərimli apeliyasiya şikayəti verəcək
Metroda ixtisarlar aparılır
Bazarlarda meyvələrin üzərinə milçək dərmanları səpilir? – AÇIQLAMA
Anti-Azərbaycançı siyasi şərhçi erməni məktəbində - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var
Sabiq deputatın oğlu Bakıda restoran açıb


02.12.2025  14:11 

Metroda ixtisarlar aparılır





A+  A-

Bakı Metropoliteni QSC-də ixtisarlar aparılır.

XəzərNews.az xəbər verir ki, depo və qatarların yuyulmasından məsul olan işçilərdən öz ərizələri ilə işdən çıxmaq tələb edilir.

Mənbənin sözlərinə görə, bu ilin yayında qurum daxilində əvvəlcə 8 saatlıq rejimə keçid, bir qədər sonra isə ixtisarlar olacağı ilə bağlı məlumatlar yayılıb:

“Öz ərizəsi ilə işdən çıxarılan əməkdaşlara Bakı Metropoliteninin başqa bir şirkətin idarəçiliyinə verildiyi bildirilir. Bu səbəbdən də işçilərin sayının azaldıldığı deyilir. Xüsusilə 50 yaşdan yuxarı əməkdaşlar işdən çıxarılır”.

İddia olunur ki, ixtisarlar dekabrın 4-dən başlayacaq. Məsələ ilə bağlı qurum tərəfindən hələlik rəsmi açıqlama verilməyib.

Onu da qeyd edək ki, 2024-cü ilin yanvar-sentyabr aylarına olan məlumatlara əsasən metro işçilərinin orta aylıq maaşı 1 241,5 manat təşkil edib. Bu da 2023-cü ilin eyni dövrünə nisbətən 96,8 manat və ya 8,5% çox idi. Ötən ilin yanvarında isə işçilər Bakı Metropoliteni rəhbərliyinin əmək haqqı artımlarını ödəməməkdə günahlandırmışdılar.

Nəzərə çatdıraq ki, metroda gediş haqqı 60 qəpik təşkil edir. Sərnişin sayına görə (yanvar-oktyabr aylarında 184 513,6 nəfər) ən çox istifadə edilən nəqliyyat növü ölmasına baxmayaraq, Bakı Metropoliteni illərdir sərnişindaşıma xidmətinin maya dəyərindən aşağı olması nəticəsində yaranan zərərin ödənilməsi məqsədilə büdcədən vəsait alır. 2026-cı il üçün quruma 40 milyon manat subsidiya nəzərdə tutulub. Bu göstərici 2025-ci illə müqayisədə 12,3 milyon manat və ya 44,6 faiz çoxdur. Bu ilin büdcəsində Bakı Metropoliteni QSC-yə 2024-cü illə müqayisədə 44,7% az 27,7 milyon manat subsidiya proqnozlaşdırılıb. Belə ki, 2024-cü ildə dövlət büdcəsindən 50 milyon manat ayrılmışdı. Bu, 2023-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 30,2% çoxdur.

Bakı Metropolitenində sərnişindaşımada qiymət artımından sonra bu qurumun gəlirləri artıb. Bakıda yeganə metro operatoru olan Bakı Metropoliteni QSC 2024-cü ildə 100.44 milyon manat gəlir əldə edib. Həmin ildə gediş haqqı 50 qəpiyə qaldırılmışdı. Metro ilə 229.58 milyon sərnişin daşınmaqla illik 4.6 faiz illik artıma nail olunmuşdu.

Xatırladaq ki, Bakı Metropoliteni QSC 2021-ci ildən bu tərəfə rəsmi internet səhifəsində illik audit hesabatlarını dərc etmir. 1 yanvar 2022-ci il tarixinə dövlət şirkətinin balansında 565 milyon manat həcmində illərin yığılmış zərəri vardı.

Xəbər 76 dəfə oxunub.




02.12.2025  14:31 

Əli Əsədov yeni qərar imzalayıb

02.12.2025  14:11 

Metroda ixtisarlar aparılır

02.12.2025  11:04 

Talıbovun qurumu LƏĞV EDİLDİ

02.12.2025  10:11 

Bakıda ağır qəza...-Ölən var

02.12.2025  10:09 

Tanınmış rejissor həbs olundu

02.12.2025  10:08 

Sabiq nazir vəfat etdi

02.12.2025  09:58 

Bakıda avtobus piyadanı vurdu

01.12.2025  18:02 

31 nömrəli avtobuslar yenilənir

01.12.2025  18:00 

Mərkəzi Bankda yeni təyinat


BÜTÜN XƏBƏRLƏR +