Prezident Thonqlun Sisulitə təbrik məktubu ünvanlayıb
Cənubi Qafqazda yeni siyasi xətt: Tbilisi hansı oyunu qurur?
Talıbovun qurumu LƏĞV EDİLDİ
Ukrayna ordusu Rusiyanın neft bazasını vurdu
Qərbdən Əli Kərimliyə dəstək gələcəkmi?
Bakıda ağır qəza...-Ölən var
Tanınmış rejissor həbs olundu
Sabiq nazir vəfat etdi
Rusiya Ukraynanın 45 PUA-sını vurub
Bakıda avtobus piyadanı vurdu


02.12.2025  10:15 

Qərbdən Əli Kərimliyə dəstək gələcəkmi?





A+  A-

Milli Şura liderləri - Ramiz Mehdiyev əlaqələri barədə heç bir söz deyə bilmirəm. Çünki Milli Şuranın bəzi mitinqlərində iştirak etməkdən savayı onun tədbirlərində və toplantılarında yer almamışam. Nəticədə onun fəaliyyəti ilə bağlı ancaq bir sıra media orqanlarında dərc olunan yazılar və bəzi söyləntilər vasitəsilə xəbər tutmuşam. Şahidi olmadığım, qulaqdan-qulağa eşitdiyim sözləri yenidən təkrarlayıb vəbal altına girmək istəmirəm. Sadəcə onu vurğulamağı özümə borc biirəm ki, Milli Şuranın bir çox hərəkətlərindən həqiqətən də rus qoxusu gəlirdi.

Yeri gəlmişkən, bu barədə fikirləri təkcə mən yox, Milli Şurayla yaxın təmaslarda olan şəxslər də dəfələrlə dilə gətiriblər. Üstəlik təkcə bizimkilər yox, hətta əcnəbilər də, konkret desək, Avropa Şurası da bu qənaətdə olub. Bir vaxtlar Milli Şuranın üzvlərindən olan Novella Cəfəroğlu 09.02.2014 tarixində “Yeni Müsavat”a verdiyi müsahibəsi də bu iddianı təsdiqləyir. Hüquq müdafiəçisi həmin müsahibədə bildirirdi: “Mən Milli Şura ilə bağlı bir məsələni də demək istəyirəm. Avropa Şurasında sona qədər belə hesab elədilər ki, Milli Şura Rusiya projesidir”.



Jurnalistin “siz də Milli Şurada idiniz. Sizi də Rusiya projesi hesab edirdilər?” sualını Novella xanım belə cavablandırıb:

“Onları inandırmışdılar. Biz çox mühüm insanlarla görüşdük və onlara dedik ki, əgər bu Kremldə hazırlansa idi nə İsa Qəmbər, nə Əli Kərimli, nə də biz dünya dağılsa da bu məsələdə yer almazdıq…”

Daha sonra hüquq müdafiəçisi bunları əlavə edib: “Bu arqumenti biz də səsləndirdik. Milli Şura yarananda durum başqa idi, ancaq sonradan situasiya dəyişdi. Bu məsələni qapadaq, çünki çox şey bilirəm. Onları hələ danışmağın zamanı deyil”.

Göründüyü kimi, Azərbaycanın demokratik qüvvələrinin bütün səylərinə baxmayaraq, Avropa Şurasını Milli Şuranın “təmizliyinə” inandırmaq mümkün olmayıb. Sözsüz ki, bu etimadsızlıq mühiti sadəcə ötəri müşahidənin gətirdiyi qənaət ola bilməzdi. Hər halda Avropa Şurası kimi ciddi bir qurum hansısa daşdan keçən məlumatlara malik olmasaydı, onlarda yaradılan yanlış qənaətin üzərində israrla dayanmazdılar.

Söz verdiyim kimi, yıxılan kötüklərə balta vurmaq kimi bir xislətim olmadığından ayrıntılara girmək niyyətində deyiləm. Yalnızca onu qeyd etməyi lazım bilirəm ki, bir çoxları ümidlərini Avropa İttifaqına və ABŞ bağlayıb xəyallara qapılmasın. Hər iki ittifaq özlərinin prioritet maraqlarını bir kənara atıb “rus projesi” olduğuna inandıqları, yaxud şübhələndikləri təşkilatı və onun üzvlərini müdafiə etməyəcək. Mümkündür ki, “xala xətrin qalmasın” tipli bəzi dişsiz bəyanatlar verəcəklər, amma ardınca da Azərbaycan yetkililərinə zəng edib, asta səslə “qüsura baxmayın, ictimai rəyi nəzərə alıb cızıqdan kənara 3 dəfə ayağımızı basdıq” deyərək üzr istəyəcəklər. Məşhur lətifədə deyildiyi kimi…


Xəbər 26 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

02.12.2025  11:04 

Talıbovun qurumu LƏĞV EDİLDİ

02.12.2025  10:11 

Bakıda ağır qəza...-Ölən var

02.12.2025  10:09 

Tanınmış rejissor həbs olundu

02.12.2025  10:08 

Sabiq nazir vəfat etdi

02.12.2025  09:58 

Bakıda avtobus piyadanı vurdu

01.12.2025  18:02 

31 nömrəli avtobuslar yenilənir

01.12.2025  18:00 

Mərkəzi Bankda yeni təyinat

01.12.2025  15:38 

Məmməd İbrahim də həbs olundu

01.12.2025  14:41 

Əli Kərimli həbs edildi


BÜTÜN XƏBƏRLƏR +