Mehdiyevin qohumu və “Eurohome“un gizli sahibi həbs edilə bilər?
Bu ölkə iqtisadi fonunda Aİ ilə əməkdaşlığı genişləndirəcək
Bakıda rejissorun çantası oğurlandı
31 nömrəli avtobuslar yenilənir
Mərkəzi Bankda yeni təyinat
Hüquq müdafiəçisi: Türkiyənin Gültəkini Azərbaycana verməsi...
Dneprə raket zərbəsi: 4 ölü, 40 yaralı...
Yaxşı, işləməyən insanlar nə etməlidirlər? - İqtisadçı
Əli Hacı: Həsən Ruhaninin tənqidi onu göstərir ki...
Ramiz Mehdiyevin oğlu vəzifəsindən azad edildi – SƏRƏNCAM


01.12.2025  16:50 

Əli Hacı: Həsən Ruhaninin tənqidi onu göstərir ki...





A+  A-

İranın sabiq prezidenti Həsən Ruhani müxalif çıxışlarını davam etdirərək rəsmi Tehranın hərbi güc nümayişini şişirdilməkdə günahlandırıb və bu siyasəti həm hökumətə, həm də üstüörtülü şəkildə Ali Lider Əli Xameneiyə qarşı yanlış siqnal sayıb. O, bunu İsrail və ABŞ-ın niyyətlərini səhv qiymətləndirməyə gətirib çıxara biləcək “xəyanət” adlandırıb.

Ruhani deyib ki, İran “on iki günlük müharibədən beş ay keçməsinə baxmayaraq hələ də müharibə vəziyyətindədir və ölkə daxilində təhlükəsizlik hissi yoxdur”. O əlavə edib ki, əsl təhlükəsizlik isə hələ formalaşmayıb.

Sülh şəraitini möhkəmləndirmək üçün Ruhani genişmiqyaslı addımlar atmağa çağırıb və “müdafiə qabiliyyətinin bərpasının” vacib olduğunu vurğulayıb. Bunun üçün o, kəşfiyyat gücünün artırılmasını, beynəlxalq xüsusi xidmət orqanları ilə əməkdaşlığın genişləndirilməsini və təhlükəsizlik qurumları vasitəsilə vətəndaş dəstəyinin təmin olunmasını zəruri sayıb.

Rəsmi dairələrin son zamanlardakı “İranın yüksək hərbi gücü” vurğusuna baxmayaraq, Ruhani qeyd edib ki, İsraildən İrana qədər uzanan hava məkanı artıq tamamilə düşmən üçün təhlükəsiz məkana çevrilib.

O vurğulayıb ki, “Əgər biz yalan danışıb özümüzü hər şeyə sahib böyük bir güc kimi göstərsək, qarşı tərəfi aciz, zəif və heç nəyə malik olmayanı kimi təsvir etsək bu, çox təhlükəli bir vəziyyətdir”.

Qeyd edək ki, İranda həm mühafizəkarların, həm də islahatçıların önəm verdiyi əsas simalardan olan Ruhani son zamanlar müxalif fikirləri ilə gündəmə gəlməkdədir. Maraqlıdır ki, sabiq prezident təkcə hökuməti hədəf almır. O, üstüörtülü şəkildə “toxunulmaz”ı da hədəfə qoyur.



XəzərNews.az xəbər verir ki, məsələni Yenicag.az-a şərh edən Dünya Azərbaycanlılar Konqresinin Avropa bölməsinin rəhbəri Əli Hacı hesab edir ki, “Həsən Ruhaninin tənqidi onu göstərir ki, İran daxilində müharibə ritorikasına və hərbi güc nümayişinə etiraz edən, sülhü üstün tutan güclər var. Ruhani kimi təcrübəli siyasətçilərin səslərinin yüksəlməsi, hakimiyyətin sərt xəttindən narazılığın artdığını, islahatçı və praqmatik yanaşmanın yenidən aktuallaşdığını göstərir. Bu, həm daxili sabitliyin təmin olunmasına, həm də Qərb və region ölkələri ilə münasibətlərin yumşalmasına çağırış mahiyyətindədir”.

Xəbər 549 dəfə oxunub.




01.12.2025  18:02 

31 nömrəli avtobuslar yenilənir

01.12.2025  18:00 

Mərkəzi Bankda yeni təyinat

01.12.2025  15:38 

Məmməd İbrahim də həbs olundu

01.12.2025  14:41 

Əli Kərimli həbs edildi


BÜTÜN XƏBƏRLƏR +