Mehdiyevin qohumu və “Eurohome“un gizli sahibi həbs edilə bilər?
Bu ölkə iqtisadi fonunda Aİ ilə əməkdaşlığı genişləndirəcək
Bakıda rejissorun çantası oğurlandı
31 nömrəli avtobuslar yenilənir
Mərkəzi Bankda yeni təyinat
Hüquq müdafiəçisi: Türkiyənin Gültəkini Azərbaycana verməsi...
Dneprə raket zərbəsi: 4 ölü, 40 yaralı...
Yaxşı, işləməyən insanlar nə etməlidirlər? - İqtisadçı
Əli Hacı: Həsən Ruhaninin tənqidi onu göstərir ki...
Ramiz Mehdiyevin oğlu vəzifəsindən azad edildi – SƏRƏNCAM


01.12.2025  16:03 

Ramiz Mehdiyevin adı 4 rəsmi sənəddən silinib - Foto





A+  A-

Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevlə bağlı qalmaqal davam edir. Ötən həftə məlum olub ki, Mehdiyev vaxtilə tutduğu bir sıra vəzifələrdən azad edilib.

12 noyabr 2025-ci il tarixdə Azərbaycan Respublikası Prezidenti tərəfindən 797 nömrəli sərəncam imzalanıb. Sərəncamla bağlı bir sıra detallar "e-qanun" platformasında dərc edilən rəsmi sənədlərdə məlumat yer alıb.

Sərəncama əsasən, Mehdiyevin adı 4 rəsmi sənəddən silinib:

1. Azərbaycan Milli Ensiklopediyası redaksiya heyətinin yeni tərkibinin təsdiq edilməsi haqqında
2. Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında

3. Azərbaycan Respublikasının Prezidenti yanında Heraldika Şurasının yeni tərkibinin təsdiq edilməsi haqqında

4. Bakı Beynəlxalq Humanitar Forumunun nəticələri haqqında.

Beləliklə, Ramiz Mehdiyevin uzun illər formalaşdırdığı təsir mexanizmləri sistemdən mərhələli şəkildə çıxarılır. Dövlət institutları onun adı ilə bağlı bütün izləri hüquqi və inzibati müstəvidə təmizləyir.

Artıq Mehdiyevin fəaliyyəti dövlətə xəyanət ittihamı fonunda qiymətləndirildiyi üçün onun adının rəsmi qurumlardan silinməsi həm siyasi, həm də institusional baxımdan qaçılmaz prosesdir.

Akademik Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.

Bir müddət öncə Səbail rayon Məhkəməsində Ramiz Mehdiyev barədə cinayət işi üzrə qərar qəbul edilib. Məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.

87 yaşlı Ramiz Mehdiyev 1995-2019-cu illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, 2019-2022-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti olub. O, hazırda Azərbaycan Milli Elmlər Akademikasının həqiqi üzvüdür./Modern.az



Xəbər 1307 dəfə oxunub.




01.12.2025  18:02 

31 nömrəli avtobuslar yenilənir

01.12.2025  18:00 

Mərkəzi Bankda yeni təyinat

01.12.2025  15:38 

Məmməd İbrahim də həbs olundu

01.12.2025  14:41 

Əli Kərimli həbs edildi


BÜTÜN XƏBƏRLƏR +