Mehdiyevin qohumu və “Eurohome“un gizli sahibi həbs edilə bilər?
Bu ölkə iqtisadi fonunda Aİ ilə əməkdaşlığı genişləndirəcək
Bakıda rejissorun çantası oğurlandı
31 nömrəli avtobuslar yenilənir
Mərkəzi Bankda yeni təyinat
Hüquq müdafiəçisi: Türkiyənin Gültəkini Azərbaycana verməsi...
Dneprə raket zərbəsi: 4 ölü, 40 yaralı...
Yaxşı, işləməyən insanlar nə etməlidirlər? - İqtisadçı
Əli Hacı: Həsən Ruhaninin tənqidi onu göstərir ki...
Ramiz Mehdiyevin oğlu vəzifəsindən azad edildi – SƏRƏNCAM


01.12.2025  13:06 

Xarici qüvvələrdən asılılıq pis ənənədir - Millət vəkili





A+  A-

Ramiz Mehdiyev barəsində dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirmə və cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma maddələri ilə cinayət işinin başlaması son dövrlərin əsas gündəm mövzusu idi. AXCP sədri Əli Kərimlinin, AXCP və Milli Şura rəhbərliyinin bu cinayət işi ilə bağlı istintaqa cəlb olunması cəmiyyətdə çox böyük səs-küyə və müzakirələrə səbəb oldu.

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə millət vəkili Elşad Musayev çıxış edib.

E.Musatev qeyd edib ki, hüquqi baxımdan yanaşaq, AXCP və Milli Şura rəhbərliyi və ətrafi istintaqa cəlb olunublar, son məlumata görə artıq Əli Kərimliyə hakimiyyəti zorla ələ keçirmə maddəsi ilə ittiham verilib və onun barəsində araşdırma Ramiz Mehdiyevin cinayət işi çərçivəsində aparılır:

"Yəqin, yaxın zamanda hüquq-mühafizə oranlarının rəsmi mövqeyi də açıqlanacaq.Bütün hallarda istintaqın gedişini və nəticələrini gözləmək hüquqi baxımdan daha doğru yoldur. Amma təbii ki, siyasi baxımdan hadisələri araşdırmaq, mülahizələr söyləmək də hər kəsin haqqıdır.

AXCP və hakimiyyətə qarşı radikal mövqedə olanlar ciddi-cəhdlə bu işin qurama olduğunu sübut etməyə çalışırlar. Amma baxaq, əgər əsas yoxdursa AXCP-nin hakimiyyət üçün təhlükə törətmək bakımından bu qədər zəif olduğu dövrdə hakimiyyətin nəyinə lazımdır ki, bu işin içinə girsin. Bir halda ki, Azərbaycanı sevməyən xarici dairələrə bir bəhanə lazımdır ki, Azərbaycana qarşı hücuma keçsinlər, ölkəmizin beynəlxalq imicinə zərbə vursunlar.

Belə bir "arqument"də səsləndirilir ki,AXCP-Milli Şura Rusiya -Ukrayna savaşında Ukraynanın yanında durub.

Durub nə edib? Heç kəs bu qüvvələrin nə Rusiya, nə İran, nə də Azərbaycanın əleyhinə olan qərb qüvvələrin və dövlətlərin əleyhinə bir mövqe ortaya qoymaqlarının şahidi olmayıb. 44 günlük müharibədə birbaşa ermənilərin arxasında duran Fransanın və digər Anti-Azərbaycan mövqeyində olan ölkələrin səfirliklərinin keçirdikləri tədbirlərin ön cərgəsində olublar. 44 günlük Vətən müharibəmizdə siyasi birliyimizi pozan addımlar atıblar.

Digər tərəfdən, Gədəbəyin keçmiş İcra başçısı pulu məhz Rusiyadan göndərmirdi AXCP rəhbərliyinə və onun media quruluşlarına? Bu ki, onun videoçəkilişə alınmış ifadələrində aydın göstərilir.

Bütün bunlar onsuz da zəifləmiş siyasi partiyalarımızın daha da zəifləməsinə səbəb olur. Xarici qüvvələrdən asılılıq və xarici qüvvələrə söykənərək hakimiyyətə gəlmək pis ənənədir. AXCP bu ənənənin Azərbaycandakı əsas daşıyıcılarından biri olub son 30 ildə.

Artıq bu pis ənənəyə son qoyulmalıdır.

Azərbaycan hüquqi, dünyəvi dövlətdir. Kimliyindən asılı olmayaraq dövlətin, millətin əleyhinə fəaliyyət göstərən, hakimiyyəti qanunsuz yollarla ələ keçirməyə cəhd göstərən hər kəs öz layiqli cəzasını almalıdır".

Xəbər 531 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

01.12.2025  18:02 

31 nömrəli avtobuslar yenilənir

01.12.2025  18:00 

Mərkəzi Bankda yeni təyinat

01.12.2025  15:38 

Məmməd İbrahim də həbs olundu

01.12.2025  14:41 

Əli Kərimli həbs edildi


BÜTÜN XƏBƏRLƏR +