Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


19.11.2025  12:32 

Rusiya Dağ Yəhudiləri Birliyində “Ana Duası” filminin təqdimatı -FOTO





A+  A-

Moskvada, Rusiya Dağ Yəhudiləri Birliyinin Mədəniyyət Mərkəzində azərbaycanlı rejissor Rüfət Əsədovun “Ana duası” filminin təqdimatı keçirilib.

XəzərNews.az xəbər verir ki, təqdimat mərasimi Beynəlxalq Dağ Yəhudiləri Fondunun və “Sholumi” Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə təşkil olunub.

Ekran əsəri Azərbaycanın Oğuz rayonunda məskunlaşmış dağ yəhudilərinin tarixindən bəhs edir. Dağ yəhudilərinin ölkəmizin təbliği ilə bağlı İsraildə gördükləri əhəmiyyətli işlərə həsr olunan filmdə Azərbaycan və yəhudi xalqlarının tarixi dostluğu tərənnüm edilir.

Ekran əsərinin qəhrəmanı Oğuzda doğulan, hazırda İsraildə yaşayan, Azərbaycan diasporunun fəallarından biri olan ravvin Şmuel Simantovdur. Filmin prodüseri İsraildəki Azərbaycan diasporunun fəallarından olan Shaul Siman-Tovdur.

Sözügedən sənədli film rejissor Rüfət Əsədovun dağ yəhudiləri haqqında yeddinci ekran əsəridir.





Xəbər 1196 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +