Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


07.11.2025  11:01 

Xanımı Vahid Əliyevin vəfat səbəbini açıqladı: “Sözə baxmadı“





A+  A-

"Həkimin dediyi məsləhətlərə əməl etmədi, onların dediklərinin əksini etdi".

XəzərNews.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar artist Vahid Əliyevin həyat yoldaşı Tamella Əliyeva aktyorun ölüm səbəblərindən danışarkən deyib.

Onun sözlərinə görə, Vahid Əliyevin ölümünə səbəb xərçəng olub:

"Baxanda yaxşı görünürdü, adamın ağlına gəlməzdi ki, öləcək. Deməli yaxşı deyilmiş, proses gizlin gedirmiş, metastaz vermişdi. Ağ ciyərlərində xərçəng yaranmışdı. Dəfələrlə müalicə olundu, həkim dedi ki, sənə siqaret olmaz, Vahid də sözə baxmadı, çəkdi. Siqareti tərgitmədi".

Tamella Əliyeva Vahid Əliyevin qəfil öldüyünü bildirib:

"Səhər yeməyini yedi, ordan-burdan danışdıq. İynəsini vurdum yatdı, sonra da ayılmadı. Mənə onsuz çox çətin olacaq".

Qeyd edək ki, Əməkdar artist Vahid Əliyev noyabrın 6-da dünyasını dəyişib.


Xəbər 3202 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +