Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


07.11.2025  10:24 

Bu marşrutda gediş haqqı 60 qəpiyə qalxdı





A+  A-

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma sahəsində xidmət keyfiyyətinin yüksəldilməsi və vətəndaş məmnuniyyətinin artırılması məqsədilə 71 nömrəli müntəzəm marşrut xəttinə müasir və komfortlu avtobuslar cəlb edir.

XəzərNews.az xəbər verir ki, AYNA-nın rəsmi saytında dərc olunan məlumata görə, marşrut üzrə keçirilən müsabiqədə qalib gələn "Xaliq Faiqoğlu" MMC avtobuslarla xəttin istismarını noyabrın 7-dən həyata keçirəcək.

Metronun “Azadlıq prospekti” stansiyasını “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi ilə əlaqələndirən 71 nömrəli şəhərdaxili marşrut üzrə “Golden Dragon” markalı müasir, ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunan avtobuslar fəaliyyət göstərəcək.

Marşrut üzrə ümumilikdə 10 avtobus 8-10 dəqiqə hərəkət intervalı ilə sərnişinlərin xidmətində olacaq.

Avtobuslarda ödənişlər nağdsız qaydada həyata keçiriləcək. Gedişhaqqı 0,60 AZN müəyyən edilib.

Xəbər 3159 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +