Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


05.11.2025  18:40 

Ceyhun Bayramov Maqdalena Qrononu qəbul edib





A+  A-

Xarici işlər naziri Ceyhun Bayramov Avropa Birliyinin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Maqdalena Qrononu qəbul edib.

XəzərNews.az xəbər verir ki, görüş zamanı Azərbaycan-Avropa Birliyi (AB) əməkdaşlığının hazırkı vəziyyəti və perspektivləri, Azərbaycan-Ermənistan normallaşma prosesi, habelə regional və beynəlxalq məsələlər müzakirə olunub.

Azərbaycan və AB arasında siyasi, iqtisadi, nəqliyyat, enerji təhlükəsizliyi və s. istiqamətlər üzrə əməkdaşlıq məsələləri nəzərdən keçirilib. Azərbaycanla Avropa Birliyi arasında əməkdaşlıq platformaları və alətləri üzrə danışıqların əhəmiyyəti diqqətə çatdırılıb.

İki tərəf arasında yüksək səviyyədə təmasların və son aylarda keçirilmiş dialoqların məmnunluq doğurduğu, bu istiqamətdə səylərin davam etdirilməsinin vacibliyi vurğulanıb.

Xüsusi nümayəndə Vaşinqton Zirvə görüşü çərçivəsində əldə edilmiş nailiyyətlərə dəstək verilməsi istiqamətində Avropa Birliyinin hazırlığını ifadə edib.

Nazir Ceyhun Bayramov, öz növbəsində Azərbaycan-Ermənistan normallaşma və sülh prosesi üzrə əldə olunan irəliləyişlər və perspektivlər barədə qarşı tərəfə məlumat verib, ölkəmizin mövqeyini qarşı tərəfin diqqətinə çatdırıb.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xəbər 1991 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +