Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


21.10.2025  11:47 

İsa Həbibbəylidən qızı ilə bağlı açıqlama





A+  A-

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti İsa Həbibbəylinin qızı Günay Məsimovanın Almaniyada bank seyfində saxladığı bir milyon avrodan artıq nağd pul və qiymətli əşyalarının fırıldaq yolu ilə ələ keçirildiyi məlumatı yayılıb.

XəzərNews.az xəbər verir ki, AMEA rəhbəri Manset.az-a açıqlamasında yayılan məlumatların şişirdildiyini deyib.

“Bu barədə dünən oxumuşam. Yazılır ki, guya qızımın seyfindən 1 milyon avro məbləğində pul oğurlanıb. Əslində isə bu, doğru deyil. Qızımın çoxlu qızıl-zinət əşyaları və şəxsi əşyaları oğurlanıb.

Həmin zinət əşyaları onun anasından və qayınanasından yadigar qalan əşyalardır. Yazılanlar həddindən artıq şişirdilib. Qızımın seyfindən 1 milyon avronun oğurlanması barədə isə mənim heç bir məlumatım yoxdur. Xahiş edirəm, bu kimi məsələlərdə adım hallandırılmasın”, - İ.Həbibbəyli qeyd edib.

Xəbər 4653 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +