Rafiq Aslanovun oğlunun Londonda MÜLKİ- FOTO
Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”


18.10.2025  11:05 

Arabaçının adına 5 şirkət var, 54 min 441 manat da...





A+  A-

Özü arabaçı işləyir, amma adına 5 şirkət var, 54 min 441 manat da vergi borcu. Şəhid qardaşı olan Xəqani Qasımov bunu da Rusiyaya getmək istəyərkən öyrənib. Vergi borcu olduğuna görə ölkədən çıxışına qadağa qoyulub, aldığı 950 manatlıq bilet də batıb.

XəzərNews.az “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, Xəqani Qasımov işə düzəltmək adı ilə ona bir neçə sənədə qol çəkdirib, şəxsiyyət vəsiqəsini də götürdüklərini bildirib.

Onlardan xəbər çıxmadığını görən Xəqani Qasımov arabaçılıq etməyə davam edir. Bir gün də Rusiyada yaşayan qohumlarının yanına gedib orada fəhlə kimi işləmək qərarına gəlir, borc tapıb bilet alır.

Xaqani Qasımovun sözlərinə görə, Dövlət Vergi Xidmətindən ona bildirilib ki, məhkəməyə müraciət etməlidir. Onun isə vəkil tutmağa da pulu yoxdur. Məsələ ilə bağlı Dövlət Vergi Xidmətindən bildirilib ki, başqa adamın adına VÖEN açmaq qeyri-münmkündür. Bunun üçün ya həmin adam kiməsə etibarnamə verməli, ya da özü idarəyə müraciət edib açdırmalıdır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:



Xəbər 4034 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +