Əhalinin 95%-i sığorta ilə əhatə olunacaq - Nazir
Nazir bu rəisləri vəzifədən azad etdi
Rusiya sülh danışıqlarına hazırdır, amma... - Peskov
Polkovnik İlqar Quliyev vəfat edib
Mehdiyevin daha bir gizli müraciətinin üstü açıldı
Şahin Şıxlinskiyə ömürlük həbs cəzası verilə bilər
Donald Tramp bəyanatla çıxış edəcək
Əli Əsədov yeni qərar imzalayıb
Polis “Zuerx” platformasına qarşı əməliyyat keçirib
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər?


16.10.2025  15:14 

Bu adam 45 milyon insanın ölümünə necə bais oldu?





A+  A-

Dünya tarixində ən çox insan ölümünə səbəb olmuş canilərdən biri Mao Tszedundur. Mao 1949-cu ildə Çində hakimiyyətə gəldi və Sovet İttifaqının yaydığı mənfur kommunist rejimini nəhəng Çin dövlətində tətbiq etməyə çalışdı.

O, bütün digər siyasi təşkilatların fəaliyyətini qadağan etdi, mülkədarların çoxunu qətlə yetirdi, qalanlarını isə müflis etdi. Bazar iqtisadiyyatını ləğv etdi, kəndliləri kollektivləşdirmək məqsədilə iri kommunalara topladı. Əmək haqqını “əmək günü” adlanan xüsusi sistemlə əvəz etdi.
Bir sözlə, Mao ölkəni bir nəhəng ferma halına gətirib sənayeləşmə ilə ABŞ və Böyük Britaniyanı geridə qoyacağına inanırdı.

Tarixə “Böyük Sıçrayış” adı ilə düşən bu islahatlar Çinə yalnız qan, aclıq və dəhşət gətirdi. Mao düşünürdü ki, kollektiv əmək sayəsində Çin buğda və düyü istehsalında bütün dünyanı ötüb keçəcək. O, hətta sərçələrin kütləvi məhvi ilə taxıl istehsalının artacağına inanırdı — hər bir sərçənin ildə nə qədər buğda yediyi belə hesablanmışdı.

1958-ci ildə ikinci beşillik plan çərçivəsində Mao hədəf qoymuşdu ki, Çin polad istehsalında Böyük Britaniyanı keçməlidir. Bunun üçün kəndlərdə kiçik “domna” sobaları quraşdırıldı. Kəndlilər polad istehsal etmək üçün bütün dəmir əşyaları — kotan, xış, balta və digər kənd təsərrüfatı alətlərini belə əridirdilər. Nəticədə ölkənin əkin-biçin üçün nə texnikası, nə də gücü qaldı.

Sərçələrin qırılması ilə həşəratlar bütün ölkəni bürüdü. Buğda, qarğıdalı və çəltik tarlaları məhv oldu. Ardınca Xuanxe çayının daşması və sonra gələn quraqlıq vəziyyəti daha da faciəli hala gətirdi. Üst-üstə yığılan bu fəlakətlər nəticəsində 45 milyon insan həyatını itirdi.

Tarixçi Frank Dikötter “Maonun böyük aclığı” kitabında yazır ki, hər gün minlərlə insan aclıqdan ölürdü. Hətta bəzi bölgələrdə insanlar öz uşaqlarını yeməyə məcbur olurdu. Bəziləri isə uşaqlarını başqaları ilə dəyişib yeyirdi.
Bu, insan ağlının qəbul edə bilməyəcəyi səviyyədə bir dəhşət idi.

Aparılan tədqiqatlar göstərir ki, 1958–1962-ci illərdə təkcə aclıqdan deyil, həm də işgəncə və kütləvi qətllər nəticəsində 2–3 milyon insan öldürülüb. Məsələn, Hunan əyalətində yerli rəhbər Xiong Dechang bir ovuc buğda oğurlayan oğlanın atasını onu diri-diri basdırmağa məcbur etmişdi. Ata bir neçə gün sonra oğlunun ağrısına dözməyib özü də dünyasını dəyişmişdi.

Bu hadisələr Mao Tszedunu tarixdə ən amansız diktatorlardan biri kimi yadda saxladı.

Osman Eminov

Xəbər 3486 dəfə oxunub.



02.12.2025  15:36 

Polkovnik İlqar Quliyev vəfat edib

02.12.2025  14:31 

Əli Əsədov yeni qərar imzalayıb

02.12.2025  14:11 

Metroda ixtisarlar aparılır

02.12.2025  11:04 

Talıbovun qurumu LƏĞV EDİLDİ

02.12.2025  10:11 

Bakıda ağır qəza...-Ölən var

02.12.2025  10:09 

Tanınmış rejissor həbs olundu

02.12.2025  10:08 

Sabiq nazir vəfat etdi

02.12.2025  09:58 

Bakıda avtobus piyadanı vurdu


BÜTÜN XƏBƏRLƏR +