Mehdiyevin qohumu və “Eurohome“un gizli sahibi həbs edilə bilər?
Bu ölkə iqtisadi fonunda Aİ ilə əməkdaşlığı genişləndirəcək
Bakıda rejissorun çantası oğurlandı
31 nömrəli avtobuslar yenilənir
Mərkəzi Bankda yeni təyinat
Hüquq müdafiəçisi: Türkiyənin Gültəkini Azərbaycana verməsi...
Dneprə raket zərbəsi: 4 ölü, 40 yaralı...
Yaxşı, işləməyən insanlar nə etməlidirlər? - İqtisadçı
Əli Hacı: Həsən Ruhaninin tənqidi onu göstərir ki...
Ramiz Mehdiyevin oğlu vəzifəsindən azad edildi – SƏRƏNCAM


03.10.2025  12:26 

Mirzoyan: Fundamental prinsiplər razılaşdırılıb





A+  A-

Avqustun 8-də Ermənistanın baş naziri və Azərbaycan prezidenti arasında Bəyannamə imzalanıb. ABŞ prezidenti Donald Tramp da sənədə şahid qismində imza atıb. Bəyannamə tərəflər arasında bir sıra vacib məsələlərdə razılığın əldə edilməsini təsbit edir.

XəzərNews.az xəbər verir ki, bu sözləri Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Varşava Təhlükəsizlik Forumunda Polşanın TVP World telekanalına müsahibəsində deyib.

A.Mirzoyan bildirib ki, sənədin əsas məqamlarından biri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan tərəfi tərəfindən paraflanmış Sülh Müqaviləsi prosesinə liderlərin dəstək göstərməsidir:

“Bu, danışıqların əhəmiyyətli mərhələsi kimi qiymətləndirilir. Bəyannamədə həmçinin regionda nəqliyyat əlaqələrinin blokadadan çıxarılması və tranzit imkanlarının bərpası ilə bağlı fundamental prinsiplər razılaşdırılıb. Bunlar ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının tanınması, suverenlik prinsiplərinə hörmət və yeni infrastrukturun milli yurisdiksiyası altında istifadəsini əhatə edir.

Məhz bu prinsiplər əsasında Ermənistan və Azərbaycan bir-birlərinin dəmir yolları və avtomobil yollarından istifadə etməyə razılıq veriblər. Yeni nəqliyyat dəhlizinin Azərbaycanın materik hissəsi ilə Naxçıvan arasında ən qısa marşrut rolunu oynaması nəzərdə tutulur. Bu marşrut “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” (TRIPP) adlandırılacaq”.

Mirzoyan deyib ki, razılaşmaya görə, Ermənistan və ABŞ dəmir yolu keçidinin inşası və idarəçiliyi üçün konsorsium yaradacaq:

”Konsorsium digər şirkətləri layihəyə cəlb edə, boru kəmərləri və elektrik xətləri kimi əlavə infrastrukturun tikintisini həyata keçirə biləcək.

Eyni zamanda, Naxçıvan ərazisindən istifadə etməklə Ermənistanın şimalı ilə cənubu arasında dəmir yolu əlaqəsinin qurulması da planlaşdırılır. ABŞ-ın Ermənistandakı səfirinin açıqlamasına görə, bu istiqamətdə müxtəlif layihələrə 145 milyon dollar vəsait ayrılıb.

Texniki detalların dəqiqləşdirilməsi üçün ABŞ nümayəndə heyəti ilə danışıqlar davam edir. Ekspertlərin qiymətləndirməsinə görə, dəmir yolunun tikintisi ən azı iki il çəkəcək”.



Xəbər 3136 dəfə oxunub.




01.12.2025  18:02 

31 nömrəli avtobuslar yenilənir

01.12.2025  18:00 

Mərkəzi Bankda yeni təyinat

01.12.2025  15:38 

Məmməd İbrahim də həbs olundu

01.12.2025  14:41 

Əli Kərimli həbs edildi


BÜTÜN XƏBƏRLƏR +