Şahin Şıxlinski sərbəst buraxılıb
Onlar başlatdı, biz bitirəcəyik!
Voronejdə azərbaycanlı sahibkar həbs edilib
Yekaterinburqdakı diaspor liderimizi polis qaçırdı
Əliyevlə Zelenski bu məsələdə razılığa gəldi
Sobçak öldürülən azərbaycanlılardan yazdı
Zelenski Əliyevə zəng etdi, başsağlığı verdi
XİN Rusiyanı Azərbaycanın daxili işlərinə qarışmamağa çağırıb - NOTA
Prezident İlham Əliyev bu məhkəmələrə hakim təyin etdi
Böyük Britaniya 3 qrupu terror təşkilatı elan etməyə hazırlaşır


03.03.2025  14:45 

Biz niyə “Oskar” üzünə HƏSRƏTİK?





A+  A-

ABŞ-nin Los-Anceles şəhərində “Oskar 2025” mükafatının qalibləri açıqlanıb.

Hollivudun “Dolby” Teatrında baş tutan 97-ci “Oskar” mükafatlandırma mərasimində “Anora” filmi “Ən yaxşı film”, filmin rejissoru Şon Beyker isə “Ən yaxşı rejissor” nominasiyası üzrə qalib olub. “Ən yaxşı aktyor” nominasiyasında “Brutalist” filminin aktyoru Adrien Brodi və “Ən yaxşı aktrisa” nominasiyasında Mayki Medison qalib seçilib. Zoi Saldana “Emiliya Peres” filminə görə “Ən yaxşı ikinci dərəcəli aktrisa”, Kiran Kalkin isə “Əsl ağrı” filminə görə “Ən yaxşı ikinci dərəcəli aktyor” seçilib.

Bu dəfə də qaliblərin adlarını oxuyub, dərindən köks ötürməli olduq. Dünyanın kino cameəsinin diqqət mərkəzində olan bu nüfuzlu kino mükafatının təqdimatı hər zaman böyük maraqla izlənilir. Elə mən də hər dəfə bu mərasimdə kimlərin qalib olacağını, türklər demişkən, “mərak” edirəm. Ona görə yox ki, orada hansısa əcnəbi kinorejissorun, ssenaristin, yaxud da aktyor və aktrisanın qalib olduğunu görüb qürur hissi keçirirəm. Yox, məni maraqlandıran başqa səbəbdir. Hər dəfə ürəyimdən bir arzu keçir: kaş ki, o qalib nominasiyalar sırasında öz filmlərimizin də çox demirəm, bircəciyinin adına rast gəlim. Amma təəssüflər olsun ki, illərdir bu arzum elə arzu, ilğım olaraq qalır. “Oskar” olmasın, digər beynəlxalq mükafatlar olsun. Lap elə “Venesiya”, “Berlin”, “Kann” və digər kinofestivallar olsun…

Biz nə vaxta qədər öz qazanımızda bişəcəyik? Nə vaxta qədər Azərbaycan kinosu yerində sayacaq? Niyə bizdə kino industriyası hələ də inkişaf mərhələsinə çatmayıb? Suallar bitib-tükənmir, amma bu suallara hələ də çözüm bulan yoxdur. Dövlət kino üçün bu qədər vəsait ayırır. O vəsait hara gedir, nəyə xərclənir, bilən yoxdur. Çəkməyin 5-6 “arxiv” üçün film, çəkin bir dənə sanballı film. Hansı ki, onu ortalığa çıxara biləsiniz. Başqa vaxt kino xadimlərimiz kinodan danışanda ağızlarına “çullu dovşan sığışmır”. “Ay bizdə potensial aşıb-daşır”, “ssenaristlərin ssenariləri əllərində qalıb”, “rejissorlar pul tapa bilmir şedevrlərini çəkib, dünya ekranlarında nümayiş etdirsinlər” və s…

Çəkə bilmirsinizsə, onda dünya kino ənənələrindən bəhrələnin, müştərək filmlər çəkin. Heç olmasa, bunun üçün bir addım atın…

Son vaxtlar kino deyəndə Azərbaycan tamaşaçısının ağlına yalnız kino xadimləri arasında səngiməyən qarşıdurmalar, qalmaqallar gəlir. Bu onu söyür, o bunu günahlandırır. Film kimi qalmaqallardan artıq cana doymuşuq. Bəlkə artıq qalmaqallardan bezib, real işə – film çəkilişlərinə başlayasınız? Biz də onun-bunun çəkdiklərinə baxıb həsəd aparmaqdansa, öz filmlərimizə baxaq və zövq alaq.

Cəvahir Nehru
www.yenicag.az


Xəbər 2657 dəfə oxunub.




02.07.2025  00:31 

Onlar başlatdı, biz bitirəcəyik!

01.07.2025  16:33 

Çində güclü daşqın olub

01.07.2025  16:09 

Rusiya Azərbaycana nota verib

01.07.2025  15:17 

Ukrayna Rusiyaya PUA hücumu edib

01.07.2025  15:03 

Azər Zahid buraxılıb


BÜTÜN XƏBƏRLƏR +