“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


27.02.2025  10:11 

Ağalarov “Crocus Group“un terror hücumu sonrası itkilərini açıqladı





A+  A-

"Agalarov Development” şirkətinin prezidenti, “Crocus Group”un sahibi Araz Ağalarovun oğlu Emin Ağalarov “Crocus City Hall”da törədilən terror aktı nəticəsində şirkətə dəymiş ziyanı açıqlayıb.

XəzərNews.az Rusiya medias;na istinadla xəbər verir ki, Ağalarov ziyanın təxmini olaraq 150-200 milyon dollar olduğunu bildirib.

"Biznes nöqteyi-nəzərindən bu, bütün “Crocus Group” üçün dağıdıcı təsir oldu, çünki terror aktından sonra ərazidəki bütün obyektlərin fəaliyyəti iflic vəziyyətə düşmüşdü və ziyarətçilərin sayı "azalmışdı”,
- "RİA Novosti" onun sözlərindən sitat gətirib.

Qeyd edək ki, 22 mart 2024-cü il tarixində Rusiyanın Moskva şəhərindəki "Crocus City Hall"da terror aktı törədilib. Bir neçə silahlı şəxs məkana toplaşan insanlara kütləvi atəş açıb və məkanı yandırmaq üçün yandırıcı vasitələrdən istifadə edib. Hücum 2004-cü ildə Beslanda terror aktından sonra Rusiyada ən qanlı terror aktı olmaqla, ən azı 144 nəfərin ölümü, 360-dan çox insanın yaralanması ilə nəticələnib.


Xəbər 583 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +