Tramp Kanadaya bu taarifi 50%-ə qaldırdı
Azərbaycan kimi seçir: Türkiyə, yoxsa İsrail?
Bu Mərkəz nazirin arvadına 120 min icarə haqqı ödəyir
Moskvaya hücum: Qurbanların sayı artır
Leks Fridman təyyarə hücumundan necə sağ çıxıb?
Ciddədə Ukrayna - ABŞ danışıqları başladı
Qarabağ qazisi diasporu və QHT-ləri sərt tənqid etdi
Bakıda sürücünü maşından çıxarıb döydülər
Kimlər pulsuz ev alacaqlar?
Bu restoranın qarşısında diqqətli olun!


07.02.2025  15:22 

Samir Şərifov niyə Sahil Babayevlə əvəzləndi?





A+  A-

Yanvarın 10-da Maliyyə naziri vəzifəsindən azad olunan Samir Şərifovun kreslosu uzun müddət boş qalmadı. Dünən Əmək və əhalinin sosial müdafiəsi naziri postundan azad edilən Sahil Babayev bu vəzifəyə təyin olundu.

Onun bu təyinatı maraqla qarşılandı. Dünən və bu gün sosial şəbəkələrdə davam edən müzakirələr də bunu təsdiq edir.

Maraqlıdır, maliyyə naziri postuna təyinat məsələsində seçim niyə 7 il (2018-2025) ƏƏSM naziri işləyən Sahil Babayevdən yana oldu?

Siyasi müşahidəçilərin fikrincə, bunun bir sıra səbəbləri var. Əvvəla, xeyli vaxtdır ölkədə uzun müddət nazir postu tutanların əvəzlənməsi prosesi gedir. Bu baxımdan Samir Şərifov vəzifədə olan ən stajlı 2-3 nazirdən biri sayılırdı. O, demək olar ki, karyerasının böyük hissəsini (19 il) nazır postunda keçirmişdi. Bu baxımdan Samir Şərifovun vəzifəsindən uzaqlaşdırılması və onun bu sahəyə bələd olan digər kadrla əvəzlənməsi o qədər də gözlənilməz deyildi.

İkincisi, Sahil Babayev hakimiyyətin mövcud kadrları arasında bu posta ən uyğun namizəd idi. 7 il ərzində media və sosial şəbəkələrdə ciddi tənqid olunan nazirlərdən olsa da, onun fəaliyyəti hər zaman hakimiyyət tərəfindən təqdir olunub. Hətta bir neçə halda bu tənqidlərin kampaniya şəkli aldığı məqamlarda o, hakimiyyətdən yüksək səviyyədə dəstək alıb. Bu da təsadüfi deyil. Çünki nazir kimi fəaliyyətə başladığı ilk günlərdən Sahil Babayev sosial müdafiə sahəsində ciddi dəyişikliklərə başlayıb. Onun vaxtına qədər bu sistemdə qeyri-qanuni hallar geniş yayılmışdı. On minlərlə insan rüşvət, tanışlıq və s. yollarla özlərinə pensiya düzəltmişdilər. Beləcə hər ay on milyonlarla manat əmək qabiliyyətli "pensiyaçı"ların təminatına yönəldilirdi. Lakin Sahil Babayevin dövründə bu məsələlərə nəzarət gücləndirildi və KİV-də səslənən rəqəmlərə görə, qanunsuz yollarla pensiya alan 100 mindən artıq insan bu imkandan məhrum edildi. Təbii ki, həm bu, həm də sosial müdafiə sahəsində digər islahatlar hakim komandada Sahil Babayevə rəğbəti artırdı. Onun işgüzarlığı, komanda ilə işləmək bacarığı və digər xüsusiyyətləri də yeni təyinatında ciddi rol oynadı.

Üçüncüsü, sosial müdafiə sahəsində olduğu kimi, xeyli vaxtdır maliyyə sahəsində də uğurlu islahatlara, xüsusən də dövlət vəsaitlərinin qənaətlə və səmərəli istifadəsinə ehtiyac yaranıb. Sahil Babayev isə heç də maliyyə sahəsinə yad kadr deyil. Nazır olmazdan əvvəl o da Dövlət Neft Şirkətinin Xarici Sərmayələr İdarəsində baş mütəxəssis, daha sonra şöbə rəisi vəzifələrində çalışıb. Hasilatın Pay Bölgüsü, "Şahdəniz" təbii qazının satışı üzrə sazişlərin, Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum boru kəməri üzrə müqavilələrin hazırlanmasında iştirak edib. Bundan başqa, 2014-2018-ci illərdə İqtisadiyyat Nazirliyində şöbə müdirliyindən nazir müavinliyinədək yol qət edib.
Nəzərə alsaq ki, son illərdə enerjidaşıyıcılardan gələn büdcə gəlirləri azalıb, o zaman Sahil Babayevin maliyyə naziri təyin olunmasını bu sistemdə yeni bir mərhələnin başlanğıcı da hesab etmək olar. Onu indi büdcə gəlirlərini artırmaqdan tutmuş, vəsaitin daha qənaətlə və səmərəli şəkildə xərcələnməsinə qədər çətin vəzifə gözləyir./Bakupost.az

Xəbər 1248 dəfə oxunub.




11.03.2025  18:37 

Bəs, “ədalət“ nədir?

11.03.2025  14:37 

Yel çərşənbəniz mübarək!

11.03.2025  10:34 

Kimlər pulsuz ev alacaqlar?

10.03.2025  18:24 

Tofiq Yaqubluya hökm oxundu


BÜTÜN XƏBƏRLƏR +