Tramp Kanadaya bu taarifi 50%-ə qaldırdı
Azərbaycan kimi seçir: Türkiyə, yoxsa İsrail?
Bu Mərkəz nazirin arvadına 120 min icarə haqqı ödəyir
Moskvaya hücum: Qurbanların sayı artır
Leks Fridman təyyarə hücumundan necə sağ çıxıb?
Ciddədə Ukrayna - ABŞ danışıqları başladı
Qarabağ qazisi diasporu və QHT-ləri sərt tənqid etdi
Bakıda sürücünü maşından çıxarıb döydülər
Kimlər pulsuz ev alacaqlar?
Bu restoranın qarşısında diqqətli olun!


07.02.2025  13:50 

Eritreyada girov saxlanılanların yaxınları aksiya keçirdi - FOTO





A+  A-

Eritreyada saxlanılan “CMS Pəhləvan”, “CMS İgid” və “CMS-3” gəmilərinin azərbaycanlı heyətinin yaxınları “Caspian Marine Services B.V.” şirkətinin qarşısında aksiya keçirib.

XəzərNews.az APA-ya istinadla xəbər verir ki, aksiyanın məqsədi gəmilərin buraxılmasına dair danışıqlar prosesi barədə məlumat almaq olub.

Girov götürülən Saleh Poladovun atası Vələd Poladov bildirib ki, oğlundan 3 aydır xəbər ala bilmirlər:

“Biz şirkətdən məlumat almaq istəyirik. Artıq 3 ay keçib. Bunun sonu necə olacaq? Gəmidə olarkən onlar bizimlə həftədə bir dəfə əlaqə saxlayırdılar. İndi isə heç bir xəbər yoxdur”.

Mahmud Rüstəmovun atası Əmrah Rütəmov deyib ki, hadisə ilə bağlı bir neçə dəfə şirkət rəsmiləri ilə, eləcə də Xarici İşlər Nazirliyində görüşdə olublar:

“Xarici İşlər Nazirliyində də olmuşuq, amma heç bir nəticə olmayıb. Biz dövlətimizdən övladlarımızı bizə qovuşdurmağını xahiş edirik. Gəmini nə vaxt istəsələr qurtararlar, bu şirkətin öz işidir. Ən son şirkətdən 2 həftə öncə demişdilər ki, 3 günə sənədləri götürüb çıxacaqlar. Dəqiq vaxt deyən yoxdur. 18 nəfərlik heyət artıq 3 aydır ailəsindən uzaqdır”.

Daha sonra girov saxlanılan şəxslərin yaxınlarını sözügedən şirkətin direktor müavini Aqşin Rəhimov qəbul edib. Görüş media nümayəndələri üçün qapalı keçirilib.

Görüşdən sonra görüş iştirakçıları bildirib ki, onları qəbul edən Aqşin Rəhimov prosesin gecikməsinə bir neçə səbəbin olduğunu deyiblər və əlavə olaraq vurğulanıb ki, Eritreyada Azərbaycanın diplomatik nümayəndəliyi yoxdur. Belə ki, məsələ ilə ilə bağlı viza vermilmir, müraciət edilsə də imtina cavabı gəlir. Şirkətdən saxlanılanların ailələrinə onu da bildirilblər ki, oların azad edilməsi istiqamətində işlər davam etdirilir.

“Caspian Marine Services B.V.” şirkətindən məsələ ilə bağlı hər hansı açıqlama verilməyib.

Xatırladaq ki, 7 noyabr 2024-cü il tarixində “Caspian Marine Services B.V.” şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən istismar olunan Azərbaycan Respublikasının dövlət bayrağı altında üzən “CMS Pəhləvan”, “CMS İgid” və “CMS-3” gəmiləri Süveyş kanalı istiqamətindən Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərinə səfəri zamanı hava şəraitinin kəskinləşməsi nəticəsində Eritreya Dövlətinin ərazi sularına məcburi giriş edib. Keçid zamanı Eritreya Dövlətinin liman qurumları ilə əvvəlcədən əlaqə saxlanılsa da, məlumat vermək mümkün olmadığından, dövlətin 12 millik ərazi sularına giriş olunduqdan sonra Eritreya Dövlətinin müvafiq qurumu tərəfindən girişin icazəsiz olduğu vurğulanaraq, sözügedən gəmilər saxlanılıb. Adları qeyd olunan gəmilərdə heyət üzvlərindən 18 nəfər Azərbaycan Respublikasının vətəndaşlarıdır. Baş vermiş hadisə ilə bağlı ilkin məlumatlar 07.11.2024-cü il tarixində işçi qaydada Xarici İşlər Nazirliyinə daxil olduqdan sonra, tərəfimizdən hadisəyə dərhal reaksiya verilərək məsələ nəzarətə götürülüb. Zəruri tədbirlərin görülməsi məqsədilə, Eritreya Dövlətinin ərazi sularına girişin beynəlxalq hüquq normaları ziddiyyət təşkil etmədiyinə dair hüquqi əsaslandırma Efiopiya Federativ Demokratik Respublikasında və Rusiya Federasiyasındakı səfirliklərimiz vasitəsilə Eritreya tərəfinə müvafiq nota vasitəsilə çatdırılıb. Eritreya XİN-də, Eritreyanın Türkiyə və Moskvadakı səfirliklərində müvafiq görüşlər keçirilib.

Xəbər 1415 dəfə oxunub.



11.03.2025  18:37 

Bəs, “ədalət“ nədir?

11.03.2025  14:37 

Yel çərşənbəniz mübarək!

11.03.2025  10:34 

Kimlər pulsuz ev alacaqlar?

10.03.2025  18:24 

Tofiq Yaqubluya hökm oxundu


BÜTÜN XƏBƏRLƏR +