Dolların məzənnəsi düşür, məhsullar bahalaşır
“Toplum TV işi“ üzrə növbəti prosesi keçirilib
Pirəkəşküldə partlayış olacaq... - Qorxmayın
Putin -Tramp görüşü razılaşma tələb edir- Uşakov
Qəzza qatliamı: 54 418 nəfər ölüb, 124 190 nəfər yaralanıb
Eldar Mahmudovun şəxsiyyət vəsiqəsini yeniləmirlər
Sabahın havası açıqlandı: Bakıda və rayonlarda...
Messi Azərbaycan millisini təbrik edib
Öpüşmək psixikaya mənfi təsir göstərir
Prezident Alparslan Bayraktarı qəbul edib


14.11.2024  16:25 

Vəfa Nağı ermənilərlə bir arada - Azərbaycan əleyhinə aksiyada iştirak etdi - FOTO+VİDEO+YENİLƏNİB





A+  A-

Bəlli olduğu kimi, isveçli iqlim fəalı Qreta Tunberq Bakıda keçirilən BMT-nin İqlim Konfransına (COP29) qarşı dünən Tbilisinin mərkəzindəki Azadlıq meydanında etiraz aksiyası keçirib.

Xəzərnews.az Bakupost.az-a istinadən xəbər verir ki, sözügedən aksiyaya bəzi gürcü və azərbaycanlı ictimai fəallar da qatılıb. Onların arasında ötən parlament seçkilərində 70 saylı Neftçala Seçki Dairəsindən deputatlığa namizəd Vəfa Nağı da olub.

Maraqlısı isə odur ki, Vəfa Nağı yalnız "Azərbaycan COP29-u saxta yaşıl gündəm altında təsir dairəsini möhkəmləndirmək, nəzarətini gücləndirmək və regional gərginliyi artırmaq üçün istifadə edir" deyən Qreta Tunberqlə deyil, ermənilərlə də həmrəylik nümayiş etdirib. Belə ki, o, sözügedən aksiyada "We - azerbaijan is stand with karabakh armenia" ("Biz, azərbaycanlılar Qarabağ ermənilərinin yanındayıq") şüarını qaldırıb.



Başqa sözlə, ekoloji məzmunlu aksiyada Vəfa Nağı Qreta Tunberqdən də, "Roma papasından da artıq katolik olduğunu" nümayiş etdirib. Amma burada təəccüblü bir şey yoxdur. Xanım aktivist 44 günlük müharibə zamanı da eyni ampluada idi. O, istənilən ortamda peyda olmağa hazırdır - təki orada mövzu və toplaşanlar Azərbaycanın əleyhinə olsun...

Ancaq onun bu addımı bu dəfə öz tərəfdarları arasında da birmənalı qarşılanmayıb. Belə ki, vaxtilə Vəfa Nağını müdafiə edənlər bu aksiyadan sonra sosial şəbəkələrdə onun ünvanına kəskin tənqidi fikirlər səsləndiriblər.








Xəbər 6594 dəfə oxunub.




02.06.2025  14:54 

Rusiyada 41 təyyarə vurulub

02.06.2025  09:17 

Lerikdə zəlzələ qeydə alınıb

01.06.2025  14:54 

Saleh Səmədovu DTX həbs edib?


BÜTÜN XƏBƏRLƏR +