Dolların məzənnəsi düşür, məhsullar bahalaşır
“Toplum TV işi“ üzrə növbəti prosesi keçirilib
Pirəkəşküldə partlayış olacaq... - Qorxmayın
Putin -Tramp görüşü razılaşma tələb edir- Uşakov
Qəzza qatliamı: 54 418 nəfər ölüb, 124 190 nəfər yaralanıb
Eldar Mahmudovun şəxsiyyət vəsiqəsini yeniləmirlər
Sabahın havası açıqlandı: Bakıda və rayonlarda...
Messi Azərbaycan millisini təbrik edib
Öpüşmək psixikaya mənfi təsir göstərir
Prezident Alparslan Bayraktarı qəbul edib


09.11.2024  16:29 

Kimsə bütün düymələrə basıb ki, “vurun“ - Fərid Pərdəşünas





A+  A-

"COP29-a sayılı günlər qalıb. COP29 öncəsi bir neçə Qərb mediasında Azərbaycana qarşı inanılmaz basqı var. Hətta, deyərdim ki, Azərbaycan heç vaxt bu qədər ağır informasiya müharibəsinin içində olmayıb (ən son müharibə dövründə idi)".

Xəzərnews.az Bakupost.az-a istinadən xəbər verir ki, bunu texnobloger Fərid Pərdəşünas bildirib:

O, qeyd edib ki, Bakıda keçiriləcək tədbir bəlkə də yeganə COP-dur, bəzi medialar mövzudan çox keçirən ölkəni danışır:

"Sanki Azərbaycan böyük bir daş olub, düşüb başlarına. Nüfuzlu mediaları oxuyursan, görürsən ki, iqlimdən yazır, Azərbaycanda neftdən yazır, sonunu da gətirir bağlayır Qarabağa ki, guya Azərbaycan etnik təmizləmə edib, insanları didərgin salıb.

Elə bil, kimsə bütün düymələrə basıb ki, "vurun". Təkcə Amerikadakı erməni təşkilatı "ANCA"nın "X" hesabında Azərbaycana qarşı yazılan 10-larla məqalənin "reshare" olunduğu görünür. Əslində açıq-aydın bəllidir ki, sifariş və dəstək haradan gəlir.

Bunun qarşılığında Azərbaycanla bağlı pozitiv notlarda paylaşım edən medialara qarşı linçləmə var. Ən son Azərbaycanda günəş panelləri haqqında paylaşım edən "Nas Daily" çox ağır şəkildə hücuma məruz qaldı.

Biz qələbə qazanmışıq və cəmiyyətdə hiss edilir ki, qalib tərəf olaraq artıq heç nə vecimizə deyil, bizi maraqlandırmır. Amma informasiya müharibəsi çox böyük arealda davam edir və dayanmır. COP29 bir bahənədir. Bu diqqətdən istifadə edib, hər tərəf öz marağını güdür.

Bildiyim bir şey var ki, bizim böyük düşmən qonşumuz ermənilər yox, məhz Amerikada, Avropada məskunlaşmış ermənilər olub. Onlar daha güclü, geniş əlaqəli və dəqiq olublar. Ola bilər, biz qonşumuzdakı ermənilərlə sülhə nail olaq, amma təşkilatlanmış, Ermənistan vətəndaşı olmayan xaricdəki ermənilər hər fürsətdə bax bu formada bizi vurmağa çalışacaqlar.

Ümid edirəm, Azərbaycan bu ağır tədbiri uğurla təşkil edib, üzüağ çıxacaq. Buna qətiyyən şübhəm yoxdur. Ən yaxşı cavabı da vermiş olacaq".




Xəbər 7384 dəfə oxunub.




02.06.2025  14:54 

Rusiyada 41 təyyarə vurulub

02.06.2025  09:17 

Lerikdə zəlzələ qeydə alınıb

01.06.2025  14:54 

Saleh Səmədovu DTX həbs edib?


BÜTÜN XƏBƏRLƏR +