“Kartımdan 30 manat oğurlayıblar“ - “Kapital Bank“a fırıldaqçılıq ittihamı - VİDEO
Yardımlı sakinləri qaz və yol axtarışında - VİDEO
Prezidenti İlham Əliyev BƏƏ-yə işgüzar səfərə getdi
Palata UNEC-də yoxlama apardı - Nəticələr AÇIQLANDI
Bakıda gənc qadın falçının qurbanı oldu -VİDEO
Aleksandar Vuçiç İlham Əliyev təşəkkürünü bildirib
General ekspertizadan imtina etdi - Həbsdə qaldı
ABŞ Vahid Ələkbərovun oğluna sanksiya tətbiq etdi - Fotolar
Samir Şərifov nazir müavini təyin edilib -YENİLƏNİB
Deputat borcuna görə obyektini təhvil verdi


07.06.2024  20:14 

İctimai Birlik azsaylı xalqlarla bağlı yeni layihənin icrasına başlayıb





A+  A-

“Kamillik Vətəndaşların Hüquqi Maarifləndirilməsi” İctimai Birliyi QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Azərbaycanda birgəyaşayış: Azsaylı xalqların sosial-mədəni dəyərlərinin təbliği istiqamətində tədbirlərin təşkili” mövzusunda yeni layihənin icrasına başlayıb.

İB-dən Xəzərnews.az-a verilən məlumata görə, layihənin məqsədi Azərbaycanda yaşayan azsaylı xalqların sosial-mədəni irsinin qorunması və təbliğinə, habelə onların milli kimliyinin daha yaxşı ifadəsinə imkan verən platformaların yaradılmasına və inkişafına nail olmaqdır. Layihə konkret olaraq tatlar, saxurlar, hapıtlar, qrızlar və buduqların müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə imkanlarının, eləcə də mediaya əl çatımlığının yaxşılaşdırılmasını qarşısına vəzifə qoyub. Bu məqsədin reallaşması nəticəsində sözügedən multikultural subyektlərin mədəniyyəti, adət-ənənəsi, sosial-məişət tərzinin təbliğinə əlverişli və bərabər şərait yaradılacaq.

Layihənin icrası zamanı azsaylı xalqların milli-mədəni irsi və dəyərlərinin təbliği məqsədilə 6 məqalə hazırlanacaq, milli azlıqları təmsil edən gənc və qadın fəalların sosial media bacarıqları artırılacaq, “Azərbaycanda birgəyaşayış” adlı 6 video-müsahibə çəkiləcək, tat icması ilə bağlı Qubada “Çiçi” adlı veriliş (5-7 dəqiqə, TV formatında) hazırlanacaq.

Layihənin əsas benefisiarları informasiya və media resurslarına çıxış imkanları zəif olan, öz milli-mədəni dəyərlərinin qorunması, ifadəsi və təbliğində yetərli mexanizmlərə malik olmayan azsaylı xalqlardır. Layihənin əsas hədəf qrupu olaraq seçilmiş azsaylı xalqları təmsil edən təşkilatlar – mədəniyyət mərkəzləri, cəmiyyətlər, icmalar, onların liderləri və xüsusilə gənc və qadın fəalları olacaq.

Xəbər 6847 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.01.2025  17:03 

Bakıda müğənni vəfat etdi

13.01.2025  12:54 

Sabahın havası necə olacaq?

13.01.2025  10:28 

Lənkəranda kişi meyiti tapılıb


BÜTÜN XƏBƏRLƏR +