AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


04.06.2024  11:18 

Qadınların fəallığına kişilər mane olur - Qadınlar Şurasının sədri





A+  A-

Xəzərnews.az xəbər verir ki, “Diasporla Müsahibə”nin növbəti qonağı Qazaxıstanın Almatı şəhərində fəaliyyət göstərən Azərbaycanlı Qadınlar Şurasının sədri Ceyran Məmmədova olub.

C.Məmmədova müsahibəsində Qadınlar Şurasının fəaliyyətindən bəhs edib.

O, bildirib ki, Qazaxıstanda müxtəlif peşə sahəsində çalışan qadın soydaşlarımızın bir hissəsi Şurada fəaliyyət göstərir:

“Əvvəllər dövlət işində çalışırdım, 1 ildir təqaüdə çıxmışam. Koronavirus başlayandan sonra onlayn formada qruplar açıb fəaliyyət göstərdik. Sonra əyani görüşlər təşkil etdik, tədbirlər, yığıncaqlar keçirdik. Azərbaycanlı qadınların bir hissəsi aktivdir, bəziləri isə ailəli olduqları üçün həyat yoldaşları icazə vemir, yaxud da körpə uşaqları var deyə, fəallıq göstərə bilmirlər”.

C.Məmmədova əlavə edib ki, ara-sıra qadınları və uşaqları bir araya toplayır, Azərbaycan həqiqətlərindən, adət-ənənələrindən bəhs edir.

Müsahibimiz etiraf edib ki, qadınların və gənclərin fəallığına kişilər mane olur:

“Kişilər deyirlər ki, hər şeyi qadınların əlinə vermək olmaz, onları başlı -başına buraxsan hər şey edərlər. Belə zarafatlar da edirik. Etiraf edim ki, bəzən belə də olur. Kişilər nə qədər mane olsalar da biz yenə öz bildiyimizi edirik”.

C.Məmmədovanın sözlərinə görə, Diasporla İş üzrə Dövlət Komitəsi bəzi layihələrdə onlara dəstək olub:

“Bizə əvvəl dedilər ki, Komitə sizə dəstək olmayacaq, biz də müraciət etmədik. Sonra Komitədən adamlar gəldi, görüşdük. Hətta onların dəstəyi ilə avqust ayında Qazaxıstanda qadınlar konfransını keçirmək istəyirik. Konfransa Komitənin dəstəyi ilə bir neçə müğənni - incəsənət nümayəndələri çağırmaq planımız var”.

Şura sədrinin sözlərinə görə, gələcək üçün əsas planlarından biri də gənc qızlar və oğlanların birgə fəaliyyətinə şərait yaratmaqdır:

“Azərbaycanlı ailələri bir-birinə daha yaxından tanıtmaq, qohumluq əlaqələrini gücləndirmək istəyirik”.



Xəbər 7729 dəfə oxunub.





Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +