AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


29.05.2024  13:32 

“Onlar aparıcı deyil, “opparıcı”dır” - Yusif Ağayevdən sərt sözlər





A+  A-

Bir müddət əvvəl efirə dəvət olunan qonaqların, tanınmış simaların geyimləri müzakirəyə çıxarılmışdı. Hətta iddialar səsləndirilirdi ki, açıq-saçıq geyim tərzini seçən müğənnilər efirə buraxılmayacaq. Bütün bunlar elə iddia olaraq qaldı. İndi isə, əsas müzakirə mövzusu aparıcıların geyindiyi libaslardır. Tamaşaçılar bəzi aparıcıların geyim tərzini efir üçün uyğunsuz olaraq görür. Bəs, aparıcılar öz geyimlərinə diqqət etməlidirlərmi?

Xəzərnews.az xəbər verir ki, mövzunu “Yeni Sabah”a şərh edən tanınmış aparıcı Yusif Ağayev həmin sualı belə cavablandırıb:

“Ümumiyyətlə, bu problemin bir neçə tərəfi var. Efirə gələn qonaqla adətən prodüsser əlaqə yaradır. Öz təcrübəmdən bir misal gətirə bilərəm. Bir dəfə dəb kraliçası Fəxriyə Xələfova ilə birlikdə təqdim etdiyim “Zövqə doğru” verilişinə estrada ulduzlarımızdan biri elə tərzdə gəlmişdi ki, onun efirə o tərzdə çıxması qətiyyən münasib deyildi. Verilişin formatına uyğun olaraq, müxtəlif geyim mağazalarından iştirakçı qızlar üçün libaslar gətirilirdi. Bu geyimlərdən həmin müğənniyə seçib geyindirdik. Hətta köynək əyninə bir az böyük qalmışdı, ancaq məcbur oldu belə tərzdə efirə çıxdı. Belə hadisələrin yaşanmaması üçün verilişlərə gələn qonaqlarla öncədən bu məsələlər razılaşdırılmalıdır. Mən demirəm “dresscode” olmalıdır. Bu da düzgün deyil, çünki kimin nəyi varsa, onu da geyinir. Ancaq kim nəyə önəm verirsə, onu geyinir. Avropada belə geyinmirlər. Məsələn, dizləri yırtıq olan şalvarlar geyinilmir. Bizdə isə hələ də bu dəb qalmaqdadır. Yaxud da yayda açıq paltarlar seçmək olar. Havanın isti olması buna təsir edir, başa düşüləndir. Amma, dəniz kənarında geyinilən paltarla, ictimaiyyət içində geyinilən paltarın bir fərqi olmalıdır”.

Yusif Ağayev qeyd edir ki, aparıcıların geyimi onların intellektual səviyyəsinə görə dəyişir:

“Aparıcıların geyimlərinə gəldikdə isə, bu onların bilik səviyyəsindən irəli gəlir. Ölkə hüdudlarından kənara çıxıb-çıxmamaqlarını demirəm. Bu onların şəxsi işidir. Savad, nitq qabiliyyəti yetəri qədər olmayanda bunu onlar öz xarici görkəmlərinə diqqət yetirməklə ört-bastır etməyə çalışırlar. İstəyirlər ki, tamaşaçı onların nitqindəki qüsura, səhvlərə yox, açıq-saçıq geyim tərzinə köklənsin. Bu, vizual aldadılma adlanır. Mən onlara aparıcı deməzdim. Bir sıra “opparıcılar” bu tərzdən istifadə edərək, bəzi nüanslardan uzaqlaşmağa çalışırlar. Qeyd etdiyim kimi, “dresscode”-un olmasının qəti şəkildə əleyhinəyəm. Özünə və tərzinə uyğun libası geyinib, efirə çıxmaq daha münasib olar. Əfsus ki, son vaxtlarda bunu görmürük. Aparıcılar özləri bu məsələyə diqqət etməlidirlər. Əlbəttə, verilişin aparıcısı elə geyinirsə, efirə gələn qonaq da deyəcək ki, qonşudan geri qalmayım”.

Xəbər 5572 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +